ƏL MANİ

By:

Dec 3, 2009

"Qoruyucu səbəblər yaradaraq zərərləri önləyən."

 

"Bir şeyin meydana gəlməsinə icazə verməyən."

 

 

Bilindiyi kimi, hər cür xeyirə çatmanın iki əhəmiyyətli səbəbi vardır. Biri ‘mənfəəti cəlb', digəri isə ‘mazarratı dəf' etməkdir.

 

Bir milyonu keçən heyvan növünün bütün fərdlərinin, qoruyucu cihazlarla təchiz edilmiş olmaları Mani' adının təcəllisiylədir.

 

İnsan bədənində, hətta hər hüceyrəsində zərərləri dəf edəcək qoruyucu sistemlər qurulmuşdur. Məsələn, ağ qan hüceyrələri Mani' adından bir təcəlliyə tabedirlər və zərərli mikroblarla mübarizə etmək surətiylə həyata xidmət edərlər.

 

Bu adın bir başqa təcəllisi də bu şəkildə reallaşır:

 

İnsan, özünə faydalı gördüyü bir sahədə səy göstərər, lazımlı səbəblərə baş vurar; amma ümid etdiyi nəticəyə çatmasında qarşısına bir xeyli maneələr çıxar. Bu maneələr də Mani adının təcəlliləridirlər.

 

Adam, özünə düşən vəzifəni haqqıyla etdikdən sonra, dilədiyi nəticəni əldə edə bilməzsə, Mani' adının təcəllisindəki hikmət və rəhmətə etimad etməli, ehtiras göstərmədən və şikayət yoluna girmədən nəticəni razılıq ilə qarşılamalıdır.