ƏL-VARİS

By:

Dec 3, 2009

"Hər şeyin tək varisi, həqiqi sahibi"

 

"Hər şey yox olub getdikdən sonra Baqi qalan."

 

 

Biz xoş güzəranına naşükür olub qürrələnən neçə-neçə məmləkəti (məmləkət əhlini) həlak etdik. Bu onların özlərindən sonra yalnız az bir hissəsi məskun olan (bomboş, xaraba qalmış) yurdlarıdır. Onlara Biz varis olduq. (Qəsəs surəsi, 58)

 

Bu adın bir əvvəlki adla çox yaxın əlaqəsi vardır. Fani olan varlıqlar bu dünyadan köçdüklərində, bütün mülklərini o mülkün Baqi olan həqiqi Malikinə təslim etmiş olarlar. Bu tərk və təslimdə, Allahın Varis adı təcəlli edər.

 

Bu addan qulun alacağı ən böyük dərs, mal və mülkünün mənəvi təmizliyinə diqqət yetirməsidir. Allahın tərtəmiz olaraq yaradıb, ömrü müddətincə əmanət verdiyi mülkü, faizlə, rüşvətlə, zülmlə çirklətmədən Ona təslim etməyə çalışmaq lazımdır.

 

Eyni şəkildə, günahsız olaraq yaradılan orqanların, hisslərin və duyğuların da ləkələnilməməsinə səy göstərilməlidir.

 

Bir istiqamətiylə Varis adı, cüzi iradəmizlə işlədiyimiz hər cür əmələ baxar.

 

 

Buna görə Varis adı, həm Malik həm də Hasib adlarıyla yaxından əlaqəlidir.