Allahın ilk olaraq yaratdığı şey nədir?

By:

Aug 2, 2010

Cənabı Haqq, insanlığın atası Hz. Adəmi yaratmışdı.

Başını qaldırıb baxan Adəm (ə.s. ), Ərşi Alada böyük bir nur ilə bir ad yazılı gördü: "Əhməd."

Maraqlanıb soruşdu:

"Ya Rəbbi, bu nur nədir?" Allah Təala buyurdu:

"Bu sənin nəsilindən bir peyğəmbərin nurudur ki, onun adı göylərdə Əhməd və yerlərdə Məhəmməddir. Əgər, o olmasaydı, səni yaratmazdım!" 1

İmanımızla qəbul etdiyimiz bu böyük həqiqəti, milyardlar il sonra gələn o nurun sahibi də, bütün açıqlığıyla ifadə etmişdir.

Bir gün Səhabələrdən Abdullah bin Cabir (r.ə.),

"Ya Rəsulullah," dedi, "mənə, Allahın hər şeydən əvvəl yaratdığı şey nədir, söyləyərsənmi?" Bu cavabı verdilər:

"Hər şeydən əvvəl sənin Peyğəmbərinin nurunu, öz nurundan yaratdı. Nur, Allahın qüdrəti ilə dilədiyi kimi gəzərdi. O zaman nə Lövhü Məhfuz, nə qələm, nə Cənnət, nə Cəhənnəm, nə mələk, nə səma, nə ərz, nə günəş, nə ay, nə insan və nə də cin vardı." 2

Səmanı bütün işıqlandıran nur, sonra ilk olaraq Hz. Adəmin alınında parladı. Sonra peyğəmbərlərdən peyğəmbərə keçərək İbrahimə (ə.s.) qədər gəldi. Ondan da oğlu Hz. İsmayıla intiqal etdi…

1. Kastalani, Mevahibü'l-Ledünniye: 1/6.

2. Kastalani, Mevahibü'l-Ledünniye:1/7