Yer üzünün ilk məbədi haradır?

By:

Aug 2, 2010

İlk banisi Hz. Adəm olan yer üzünün ilk məbədi Kəbə, uzun zamanın keçməsiylə yıxılmış, sanki yerlə bir olmuşdu. Hz. İbrahim, bu müqəddəs binanın təkrar inşası üçün Cənabı Haqqdan əmr aldı və oğlu İsmayılla birlikdə dərhal işə başladı.

Kəbənin inşası tamamlanınca, ata oğul əllərini dərgahı İlahiyyə açaraq belə yalvardılar:

"Ey Rəbbimiz! Nəsilimizdən gələn Müsəlman ümmət içindən bir peyğəmbər göndər. Ki o, onlara ayələrini oxusun, Kitabı və hökmlərini öyrətsin. Onları günahlardan təmizləsin!" 1

 

1. Bəqərə Surəsi, 129