Rüşvətin haram olmayanı var?

By:

Aug 8, 2010

Atamın Gediz Çayı sahilində ərazisi vardı. Bir ara Gediz yer dəyişdirdi, sonra yenə eyni yerinə gəldi: Bu vaxt atam da öldü. Ancaq o ərazinin atamın olduğunu isbat edə bilmirik. Sənəd rüşvət istəyirlər. Qəti atama aid olan bu ərazini geri ala bilməmiz üçün rüşvət versək günah işləmiş olarıq?

 

Rüşvət; haqqı olmayan bir şeyə çatmaq, ya da haqqını haqqı olmayan yolları əldə etmək üçün verilən şeydir. Buna görə başqa yöndən ala bilmədiyi haqqını əldə etmək və dinini və ismətini zalımlardan qorumaq üçün verilən şey, verənə görə rüşvət deyil. (ibn Abidin VI/423-24) Amma alan üçün rüşvətdir və ən çirkin haramlardandır.

 

Sözünü etdiyiniz haqqınızı əldə edə bilmək üçün başqa çarəniz yoxsa rüşvət vermənizdə problem yoxdur. Ancaq şərtləri sonuna qədər məcbur etməniz lazımdır. Ta ki, başqasının haram işləməsinə də səbəb olmuş olmazsınız. (Alauddin Abidin 269; Rəsulullah Əfəndimiz (s.ə.v.) islama dil uzadan şairləri susdurmaq üçün onlara pul vermiş və biri üçün: "Ya Bilal, bunun dilini məndən kəs" buyurmuşdur. (Eyni qaynaq); ayrıca bx. ibn Nüceymdən "islam Hüququnda Rüşvətin Vəziyyəti" adıyla tərcümə edilən risaləsi; Kardavi, əl-Halal və haram 306, 309- 310) Bu, eyni zamanda "əmr bil- marufun da gərəyidir.