Ramazan Müjdəsi

By:

Aug 11, 2010

   Ramazan`ın ilk günü ilə birlikdə nur və feyiz dolu bir mövsümü yaşamağa başlayarıq. Kainat şənlənir, dünya Cənnətdən süzülən nurani bir hava ilə dolub daşar .. Ulvi aləmlərin məsum və mübarək sakinləri yığın yığın mü'minlərin çevrəsini sarar. Rəhmət ölkəsindən müjdələr, kainatın Rəbbindən salamlar və məğfirət ümidləri gətirər, Ramazan ayı ...

   Müqəddəs kəlamın nazil olmasını möminlərlə birlikdə cinlər, mələklər; ağacı, çiçəyi, böcəyi, qurdu, quşu, dənizi və dəryasıyla yaşlı dünyamız da qeyd edər. Görünən və görünməyən aləmlərdə tam mənası ilə bir bayram havası yaşanır

   Bu ayın Cənab-ı Haqq qatında müstəsna bir yeri vardır. Uca Rəbbimiz özünə müxatab olaraq seçdiyi qullarına sonsuz rəhmətinin ən geniş təcəllilərini bu aya təsis edər. Başda Qur`ani Kərim olmaqla! Tövrat, Zəbur və İncil kimi digər səmavi kitabların da bu ayda endirilmiş olması, bu günlərin qiymət və müqəddəsliyini artıran digər bir xüsusdur.

   Mü`minlər ilahi bir ehsan olaraq bu günləri gözəl bir fürsət bilərək dəyərləndirmə çalışar, Rəblərinə olan qulluq dərəcələrini göstərər, ona müxatab ola bilmək cəhdi içinə girərək tam bir ixlas və şüurla ibadət və itaətə qaçarlar.

   Bu səyin,cəhdin nəticəsi əlbəttə qarşılıqsız qalmayacaqdır. Oruc tutub, Ramazan ayını bir qulluq şüuru içində keçirənlər şirin bir anı yaşadıqları, hüzura qovuşduqları kimi çox nemətlərə nail olurlar.

   Ubadə bin Samit rəvayət edir:

    Ramazan ayının başladığı bir gündə Rəsulullah Aleyhissalatu Vəssalam belə buyurdu:

"Bərəkət ayı olan Ramazan gəldi. Artıq Allah`ın rəhməti sizi bürüyür. O ay, yer üzünə bol-bol rəhmət enər. Günahlar bağışlanar. Dualar qəbul olunar. Allah sizin yaxşılıq və ibadətdə yarışmağınıza baxıb da, bununla mələklərinə qarşı iftixar edər. Elə isə qulluğunuzla özünüzü Allah`a sevdirin. Əsil bədbəxt olan da, bu ayda Allah`ın rəhmətindən nəsibini almayandır. (ət-Tərgib və't-Tərhîb, 2:99.)

   Ramazan hər yönüylə ibadət mövsümüdür. Hər mü`min namazı, orucu, yaxşılıqları və duasıyla bu rəhmət və bərəkətdən nəsibini almağa çalışar. Bilərək və ya bilməyərək etmiş günahları üçün Allah`dan əfv diləyər. Rəbbinə niyaz edər.

   Cənab-ı Haqq da qulunun bu səmimi dua və niyazını qarşılıqsız qoymaz, günahlarını əfv edər, rəhmətinə qərq edər.

   Ramazan ayının qudsiyyət və bərəkətini bildirən bu hədisi-şərifi birlikdə oxuyaq. Peyğəmbər Əfəndimiz geniş mənada bu xüsusu diqqətimizə təqdim edir.

    Salman-ı Farisi (r.a.) rəvayət edir:

    Rəsul-i Əkrəm Əfəndimiz Aleyhissalatu Vəssalam Şaban ayının son günlərində bizə irad etdiyi bir xütbədə belə buyurdu:

"Ey insanlar, böyük və mübarək bir ay yaxınlaşdı, kölgəsi başınızın üstünə düşdü. Bu elə bir aydır ki, içində min aydan daha xeyirli olan Qədr gecəsi vardır. Allah o mübarək ayın gündüzlərində orucu fərz, gecələrində nafilə namazı məşru etdi. Bu ayda kiçik bir xeyir iş görən insan, başqa aylarda bir fərz əda etmiş kimi savab alar.

Bu ayda bir fərzi yerinə yetirmək, başqa aylarda yetmiş fərz yerinə keçir.

Bu ay Allah üçün aclıq və susuzluğun, itaət və ibadətin məşəqqətlərinə səbr və təhəmmül ayıdır. Səbrin qarşılığı Cənnətdir.

Bu ay yardımlaşmaq ayıdır.

Bu ay möminlərin ruzilərini artıran aydır.

Bu ayda hər kim oruclu bir möminə iftar edəcək bir şey verərsə, etdiyi bu iş günahlarının bağışlanmasına və Cəhənnəmdən qurtulmasına səbəb olar. Oruclunun savabından da heç bir şey azalmadan onun qədər savaba qovuşar. "

Əshabi-Kiramdan bəziləri, "Ya Rəsulullah, hamımız orucluya iftar edəcək bir şey tapıb verəcək vəziyyətdə deyilik" dedilər.

Bunun üzərinə Rəsulu Əkrəm Əfəndimiz Aleyhissalatu Vəssalam, "Allah bu savabı bir tək xurma ilə, bir içim su ilə, bir qurtum süd ilə oruclu möminə iftar etdirənə də verər" buyurdular və xütbələrinə belə davam etdilər:

"Bu ayın əvvəli rəhmət, ortası bağışlama, sonu da Cəhənnəmdən qurtuluşdur.

Bu ayda kim köləsinin (işçi və xidmətçisinin) işini yüngülləşdirərsə, Allah da onu əfv edər və Cəhənnəmdən uzaq tutar.

Bunun üçün bu ayda bu söyləyəcəyim dörd xisləti artıqlamasıyla saxlamağa çalışın. Bu dörd xislətdən ikisi ilə Rəbbinizi razı edərsiniz, digər ikisindən isə heç bir zaman ayrı qala bilməzsiniz.

Rəbbinizin rizasına səbəb olan xislətlərin biri, kəlimeyi-şəhadətə davam etməyiniz, digəri də Allahdan məğfirət diləməyinizdir.

İmtina edə bilməyəcəyiniz iki xislətdən biri Allah`dan Cənnəti istəmək, digəri isə Cəhənnəmdən Allaha sığınmaqdır.

Hər kim orucluya bir qurtum su versə, Allah da ona mənim məhşərdəki hovuzumdan elə bir su içirəcəkdir ki, Cənnətə girincəyə qədər bir daha susuzluq çəkməyəcək. (A.k.ə, 2:94.)