İslamın terror dini olmadığını tam əksinə terror anarxiya və fitnəni qadağan etdiyini Qurandan dəlil gətirərək isbat edərsiniz?

By:

Oct 14, 2010

Quran, terroru lənətləmiş, anarxiyanı və fitnəni ən dəhşətli bir hadisə olaraq xarakterizə etmişdir. İslam, hər cür terror, zülm və xəyanəti qadağan edər; hər cür anarxiyaya, təxribatçılığa şiddətlə qarşı çıxar. İslam, zərərə zərərlə cavab verməz. İslam dini, ədaləti təsis etmək, azğın nəfslərin tahakküm və istibdadını qırmaq və insan vicdanını etidal halına gətirmək üçün tərəfi ilahidən göndərilmişdir. Bu səbəblə İslam bu mövzuda çox həssasdır. Belə ki, Quran, haqsız olaraq bir cana qıymağı, qan axıtmağı bütün insanlıq aləminə qarşı işlənmiş ən dəhşətli bir cinayət olaraq xarakterizə etməkdədir.

Necə ki, Cənabı Haqq : "Kim ki, bir cana qarşılıq və ya yer üzündə təxribatçılıq çıxarmağa qarşılıq (cəza) olmadan (haqsız yerə) bir cana qıysa BÜTÜN İNSANLARI ÖLDÜRMÜŞ KİMİ OLAR. Hər kim də bir həyatı qurtarsa BÜTÜN İNSANLIĞI QURTARMIŞ KİMİ OLAR" (Maidə Surəsi, 32) buyurmaqdadır. Quran, terror ilə birlikdə hər cür fitnə və fəsadı da lənətləmişdir. Qurani Kərim, fitnə çıxardan, cəmiyyət həyatında fitnəyə vəsilə olan və rəhbərliyə keçdiyi zaman fitnə toxumları əkənlərin ifsat və şərlərinə diqqəti çəkmiş, təxribatçılığın dəhşətini, fitnənin pisliyini açıq bir şəkildə ortaya qoymuşdur : (O şəxs səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli (islam cəmiyyətini) məhv etməyə çalışar. Halbuki, Allah fitnə-fəsadı sevməz! (Bəqərə Surəsi 2/205)

Quran, fitnəni qadağan etmişdir. Bir Ayədə Cənabı Haqq :"Fitnə, zülm və təzyiq adam öldürməkdən daha qorxuncdur" (Bəqərə Surəsi, 217 ) buyurmaqdadır.

Quranın bu kimi ayələrindən tam istifadə edən bir Müsəlmanın ruhunda düşmənlik, kin, vəhşilik yoxdur. Ən böyük düşməniylə bir cür qardaşlığı vardır. Mömin, "Yaradılanı xoş gördük, Yaradandan ötəri" həqiqətini qəbul edər. Mömin, məhəbbət fədaisidir. Pisliyə vaxtı yoxdur. Cənabı Haqq, Qurani Kərimdə, bir qisim insanların zərərlərinin digər bir qisim insanlar tərəfindən maneə törədilməsi nəticəsində məbədlərinin zərərlərdən qorunduğunu ifadə edərək, inanların diqqətlərini zərərlərin önlənməsinə çəkməkdədir: O kəslər ki, haqsız yerə, ancaq "Rəbbimiz Allahdır" - dediklərinə görə yurdlarından (Məkkədən) çıxarıldılar. Əgər Allah insanların bir qismini digər qismi ilə (müşrikləri mö’minlərlə) dəf etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan soməələr (rahiblərin yaşadığı monastırlar), kilsələr, mə’bədlər (yəhudi mə’bədləri) və məscidlər dağılıb gedərdi (darmadağın edilərdi). Allah Ona (öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!" (Həcc Surəsi, 40).

Hz. Məhəmməd (s.ə.v), rəhmət və şəfqət peyğəmbəridir. Qurani Kərimdə Cənabı Haqq : "(Rəsulum!) Biz səni ancaq aləmlərə rəhmət olaraq göndərdik" (Ənbiya Surəsi, 107 ) buyurmaqdadır. Hz. Peyğəmbər, gözəl əxlaqın bütün qisimlərini həyatında ən gözəl bir şəkildə həqiqətən sərgiləmiş, həyatı boyunca səhabələrini fitnədən çəkindirmişdir. Fövqəladə bir ciddilik və həssaslıq ilə fitnədən qaçmağı əmr etmişdir:

"Fitnədən qaçın ! Çünki o əsnada dil, qılınc zərbəsi kimidir." (İbni Macə, Fiten,24 ) "Qiyamətdən dərhal əvvəl qaranlıq gecələrin parçaları kimi fitnələr var. Adam o fitnələrdə mömin olaraq səhərə çatar, axşama kafir olar ; mömin olaraq axşama çatar, səhərə kafir çıxar. O fitnədə oturan, ayaqda dayanandan xeyirlidir. Gedən qaçandan xeyirlidir. Elə isə yaylarınızı qırın, tirlərinizi parçalayın, qılınclarınızı da daşa vurun. Sizdən birinin evinə girsələr Hz. Adəmin iki oğulundan xeyirlisi olsun (ölən olsun, öldürən deyil ) ( Əbu Davud, Fiten 2, Tirmizi, Fiten 33)