Təsəttür Risaləsi

By:

Apr 6, 2014

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِيمِ

يَا اَيُّهَا النَّبِىُّ قُلْ ِلاَزْوَاجِكَ وَبَنَاتِكَ وَنِسَاءِ الْمُؤْمِنِينَ يُدْنِينَ عَلَيْهِنَّ مِنْ جَلاَبِيبِهِنّ

Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, naməhrəm yanında çarşabları ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah Bağışlayandır, Rəhmlidir. (Əhzab, 33:59)

ayəsi, təsəttürü əmr edir. Səfeh mədəniyyət isə, Quranın bu hökmünə qarşı çıxır. Təsəttürü, fitri görmür, "bir əsarətdir" deyir.*

Cavab: Quran-ı Hakim'in bu hökmü tam fitri olduğuna və qeyri-fitriyə müxalif olduğuna dəlalət edən çox hikmətlərindən, yalnız "dört hikmət"ini bəyan edirik.

Birinci Hikmət: Təsəttür, qadınlar üçün fitridir və fitrətləri gərəkdirir. Çünki qadınlar xilqətən zəif və nazik olduqlarından, özlərini və həyatından ziyadə sevdiyi övladlarını himayə edəcək bir kişinin himayə və yardımına möhtac olduğundan, özünü sevdirmək və nifrət etdirməmək və xoşlanmamağa məruz qalmamaq üçün, fitri bir meyli var. Həm qadınların on nəfərdən altı-yeddisi ya yaşlıdır, ya çirkindir ki; yaşlılığını və çirkinliyini hər kəsə göstərmək istəməzlər. Ya qısqancdır; özündən daha gözəllərə nisbətən çirkin düşməmək və ya təcavüzdən və ittihamdan qorxur, təcavüzə məruz qalmamaq və ərinin nəzərində xəyanətlə ittiham olmamaq üçün, fitrətən təsəttür istəyirlər. Hətta diqqət edilsə, ən çox özünü qoruyan yaşlılardır. Və on nəfərdən ancaq iki-üç nəfəri ola bilər ki; həm gənc olsun, həm gözəl olsun, həm özünü  göstərməkdən sıxılmasın. Məlumdur ki; insan sevmədiyi və xoşlanmadığı adamların nəzərindən sıxılır, mütəəssir olur. Əlbəttə açıq-saçıqlıq qiyafəsinə girən gözəl bir qadın, baxmasından xoşlandığı naməhrəm kişilərdən onda iki üçü varsa, yeddi səkkizindən xoşlanmaz. Həm əxlaqsızlıq və açıq-saçıqlıq etməyən bir gözəl qadın, nazik və tez mütəəsir olduğundan,  maddətən təsiri təcrübə edilən  zəhərli pis nəzərlərdən əlbəttə sıxılır. Hətta eşidirik; açıq-saçıqlıq yeri olan Avropada çox qadınlar, bu diqqətli nəzərdən sıxılaraq, "Bu alçaqlar bizi göz həpsinə alıb sıxırlar" deyə polislərə şikayət edirlər. Demək mədəniyyətin təsəttürü aradan qaldırması, fitrətə xilafdır. Quran'ın təsəttür əmri fitri olmaqla bərabər, o şəfqət mənbəyi və qiymətdar əbədi  həyat yoldaşı ola bilən qadınları, təsəttür ilə süqutdan, zillətdən və mənəvi əsarətdən və səfalətdən qurtarır.

Həm qadınlarda, əcnəbi kişilərə qarşı fitrətən qorxaqlıq, qorxuya düşmək var. Qorxaqlıq  isə, fitrətən təsəttürü gərəkdirir. Çünki səkkiz doqquz dəqiqə bir zövqü ciddi səkildə acılaşdıracaq səkkiz dokuz ay ağır bir vələd yükünü zəhmət ilə çəkməklə bərabər, hamisiz bir vələdin tərbiyəsiylə səkkiz doqquz il, o səkkiz doqquz dəqiqə qeyr-i məşru, haram zövqün bəlasını çəkmək ehtimalı var. Və çoxluqla vaqe olduğundan, ciddi olaraq şiddətlə fitrəti naməhrəmlərdən qorxur və təbiəti çəkinmək istəyir. Və təsəttür ilə naməhrəmin iştahasını açmamaq və təcavüzünə meydan verməmək, zəif xilqəti əmr edir və qüvvətli xəbərdarlıq edir. Və bir sipəri və qalası çarşabı olduğunu göstərir. Eşitdiyimə görə: Mərkəz və hökumətin paytaxtında, bazar içində, gündüz, əhalinin gözləri önündə, çox adi bir ayaqqabı boyaçısı dünyəvi rütbəcə böyük bir adamın açıq ayaqlı qadınına sataşması, təsəttür əleyhində olanların həyasız üzlərinə bir şillə  vurur!.

İkinci Hikmət: Qadın və kişi arasında çox əsaslı və şiddətli münasibət, məhəbbət və əlaqə; yalnız dünyəvi həyatın ehtiyacından irəli gəlmir. Bəli bir qadın, ərinə yalnız dünya həyatına məxsus bir həyat yoldaşı deyildir. Bəlkə əbədi həyatda da bir həyat yoldaşıdır. Madam əbədi həyatda da ərinə həyat yoldaşıdır; əlbəttə əbədi yoldaşı və dostu olan ərinin nəzərindən qeyri, başqasının nəzərini öz gözəl görünüşünə cəlb etməmək və onu sıxmamaq və qısqandırmamak lazım gəlir. Madam mömin olan ərinin iman sirrindən dolayı onun ilə əlaqəsi, dünya həyatına aid  və yalnız heyvani və gözəllik vaxtına məxsus müvəqqəti bir məhəbbət deyil; bəlkə əbədi həyatda da bir həyat yoldaşı nöqtəsində əsaslı və ciddi bir məhəbbətlə, bir hörmətlə əlaqədardır. Həm yalnız gəncliyində və gözəllik zamanında deyil, bəlkə yaşlılıq və çirkinlik vaxtında da o ciddi hörmət və məhəbbəti daşıyır. Əlbəttə ona müqabil, o da öz gözəlliyini onun nəzərinə yönəltməsi və məhəbbətini ona həsr etməsi insanlığın gərəkdirdiyi haldır. Yoxsa çox az qazanır, fəqət lap çox itirir.

Şəri olaraq ər, arvada bərabər olmalı, yəni bir-birinə münasib olmalıdır. Bu bənzər və bərabər olmaq, ən mühimi din nöqtəsindədir. Nə xoşbəxtdir o ər ki; qadınının dindarlığına baxıb təqlid edir, yoldaşını əbədi həyatda itirməmək üçün dindar olur.

Bəxtiyardır o qadın ki; ərinin dindarlığına baxıb "əbədi yoldaşımı itirməyim" deyə təqvaya girər.

Vay halına o kişinin ki; salihə qadınını əbədi itirəcək olan səfahətə girir. Nə bədbəxtdir o qadın ki; müttəqi ərini təqlid etməz, o mübarək əbədi yoldaşını itirər.

Minlər vay halına o iki bədbəxt zövc və zövcəyə ki; bir-birinin fisqini və səfahətini təqlid edirlər. Bir birinə atəşə atılmasında yardım edirlər!..

Üçüncü Hikmət: Bir ailənin əbədi səadəti; ər və arvad arasında qarşılıqlı bir əmniyət və səmimi bir hörmət və məhəbbətlə davam edir. Təsəttürsüzlük və açıq-saçıqlıq, o əmniyəti pozur, o qarşılıqlı hörmət və məhəbbəti də qırır. Çünki açıq-saçıqlıq edən on qadından ancaq bir dənəsi tapılar ki, ərindən daha gözəlini görmədiyindən, özünü  başqalarına sevdirməyə çalışmaz. Doqquzu, ərindən daha yaxşısını görür. Və iyirmi kişidən ancaq bir dənəsi, həyat yoldaşından daha gözəlini görmür. O vaxt səmimi məhəbbət və qarşılıqlı hörmət getməklə bərabər, çox çirkin və çox alçaqca bir his oyandırmağa səbəbiyyət verə bilir. Belə ki:

İnsan, bacı misalı məhrəmlərinə qarşı fitrətən şəhvani his daşıya bilmir. Çünki məhrəmlərin simaları, soyca yaxınlıq və məhrəmiyət cəhətindəki şəfqət və halal məhəbbəti hiss etdiyi cəhətlə; nəfsi, şəhvani meyilləri qırar. Fəqət ayaqlar kimi şər`i olaraq məhrəmlərə də göstərməsi caiz olmayan yerlərini açıq-saçıq buraxmaq, səfil nəfslərə görə çox çirkin bir hissin oyanmasına səbəbiyyət verə bilər. Çünki məhrəmin siması məhrəmiyyətdən xəbər verir və naməhrəmə bənzəməz. Fəqət məsələn, açıq ayaq məhrəmdən qeyrisiylə eynidir. Məhrəmiyyəti xəbər verəcək fərqli bir əlaməti olmadığından, heyvani həvəsi, bir qisim səfil məhrəmlərdə oyandırmaq mümkündür. Belə nəzər isə, tükləri ürpərdəcək bir  insaniyyət süqutudur!.

Dördüncü Hikmət: Məlumdur ki; nəslin çoxluğu hər kəsin mətləbidir. Heç bir millət və hökumət yoxdur ki, nəslin artımına tərəfdar olmasın. Hətta Rəsul-i Əkrəm Əleyhissalatu Vəssəlam fərman etmişdir: تَنَاكَحُوا تَكَاثَرُوا فَاِنِّى اُبَاهِى بِكُمُ اْلاُمَمَ -əv kəma qal- Yəni: "İzdivac edin; çoxalın. Mən qiyamətdə, sizin çoxluğunuzla iftixar edəcəyəm." Halbuki təsəttürün aradan qaldırılması, izdivacı çoxaltmayıb, çox azaldır. Çünki ən sərsəri və əsrin dəbinə uyan bir gənc dəxi, həyat yoldaşını namuslu istəyir. Özü kimi əsrin dəbinə uyan, yəni açıq-saçıq olmasını istəmədiyindən bekar qalır, bəlkə də fuhş yoluna girir. Qadın elə deyil, o dərəcə ərini inhisar altına ala bilməz. Çünki qadının ailə həyatında daxili müdiri olmaq xasiyətilə ərinin bütün malına, övladına və hər şeyinə mühafizə məmuru olduğundan- ən əsaslı xisləti sədaqətdir, əmniyətdir. Açıq-saçıqlıq isə bu sədaqəti qırır, əri nəzərində əmniyəti itirir, ona vicdan əzabı çəkdirir. Hətta kişilərdə iki gözəl xislət olan cəsarət və səxavət qadınlarda olsa, bu əmniyətə və sədaqətə zərər olduğu üçün, pis əxlaq sayılırlar. Fəqət ərinin vəzifəsi, ona xəzinədarlıq və sədaqət deyil, bəlkə himayə və mərhəmət və hörmətdir. Onun üçün, o kişi inhisar altına alınmaz. Başqa qadınlarla da nigah qura bilər.

Məmləkətimiz Avropaya qiyas edilməz. Çünki orada duel kimi çox şiddətli vasitələrlə açıq-saçıqlıq içində namus bir dərəcə mühafizə edilir. İzzət-i nəfs sahibi birinin arvadına pis nəzərlə baxsa, boynuna kəfənini taxar, sonra baxar. Həm soyuq məmləkət olan Avropadakı təbiətlər, o məmləkət kimi soyuq və cansızdırlar. Bu Asiya, yəni İslam aləmi qitəsi ona nisbətən isti məmləkətdir. Məlumdur ki; mühitin, insanın əxlaqı üzərində təsiri vardır. O soyuq məmləkətdə, soyuq insanlarda heyvani həvəsatı təhrik etmək və iştahanı açmaq üçün açıq-saçıqlıq, bəlkə çox su-i istifadəyə və israfata səbəb olmaz. Fəqət tez mütəəsir və həssas olan isti məmləkətlərdəki insanların nəfsani həvəsatını mütəmadi olaraq  coşduracaq,həyəcanlandıracaq açıq-saçıqlıq, əlbəttə çox su-i istifadəyə və israfata və nəslin zəifliyinə və qüvvətin süqutuna səbəbdir. Bir ayda və ya iyirmi gündə fitri ehtiyaca müqabil, hər bir neçə gündə özünü bir israfa məcbur zənn edir. O vaxt, hər ayda onbeş gün qədər heyz kimi nöqsanlıqlar münasibətilə qadından çəkinməyə məcbur olduğundan, nəfsinə məğlub isə fuhşiyata da meyl edir. Şəhərlilər; kəndlilərə, bədəvilərə baxıb təsəttürü qaldıra bilməz. Çünki kəndlərdə, bədəvilərdə, məişət dərdi məşğələsiylə və bədənən çalışmaq və yorulmaq münasibətilə, həm şəhərlilərə nisbətən nəzəri diqqəti az cəlb edən məsumə işçi və bir dərəcə qaba qadınların qismən açıq olmaları, nəfsani həvəsləri coşdurmağa səbəb ola bilmədiyi kimi; sərsəri və işsiz adamlar az tapıldığından, şəhərdəki fəsadların onda biri onlarda tapılmaz. Elə isə onlara qiyas edilməz.

________________

Məhkəməyə qarşı və məhkəməni susduran müdafiəsindən bir parça: "Mən də məhkəməyə deyirəm ki: Min üç yüz əlli ildə və hər əsrdə üç yüz əlli milyon insanların ictimai həyatında ən qüdsi və Həqiqi və Həqiqətli bir İlahi düsturu, üç yüz əlli min təfsirin təsdiqlərinə və ittifaqlarına istinadən və min üç yüz əlli il zərfində keçmiş əcdadımızın etiqadlarına tabe olaraq təfsir edən bir adamı məhkum edən haqsız bir qərarı, əlbəttə yer üzündə ədalət varsa, o qərarı rədd və bu hökmü ləğv edəcəkdir)!.."