Günaha Qarşı Tövbə

By:

Sep 7, 2014

İNSAN GÜNAH işləyə bilən bir varlıqdır. "Mənim günah işləməyim mümkün deyil." diyə bilən bir kimsə tapılmaz. Hər insan, bu və ya digər şəkildə, az və ya çox, günah çuxuruna yaxınlaşır, bəzən də içinə düşür.

Bizlər, ağıl və qəlb tarazlığı içində həyatımızı davam etdiririk. Lakin, insan yalnız ağıl və qəlbdən ibarət olmadığı üçün, başda nəfs olmaq üzrə basqın duyğular, söz dinləməz hisslər, önü alınmaz həvəslər və qarşı qoyulmaz vəhimlər altında, bəzən fərqində olaraq və ya olmayaraq iradəmizə söz keçirə bilmir və günah işləyirik. İşin əslinə baxılsa, Uca Allah bizi özünə yaxınlaşdırmaq, bizi özünə möhtac etmək, bizi özünə cəlb etmək üçün bir-birindən fərqli, müxtəlif vəsilələr yaratmış. Məsələn, acmaq kimi bir duyğu verib, bizi ruziyə möhtac etmiş, Rəzzaq olduğunu göstərmiş və bizi bu yolla Özünə bağlamış. Biz də qul olaraq bütün ehtiyaclarımızı Ondan istəmiş, O`nu Rəzzaq olaraq bilmiş, gerçək mənada ruzi verici olaraq Onu tanımışıq. Demək ki, Rəzzaq ismi, acmağımızı gərəkdirir.

Eyni şəkildə, biz günahkarıq, Allah bağışlayandır. Biz xəta işləyirik, Allah əfv edəndir. Biz üsyana qapılırıq, Allah bağışlayandır. Biz tövbə edirik, Allah tövbəmizi qəbul edəndir. Allah Ğafur`dur, Afuvv'dur, Ğaffâr'dır, Təvvâb'dır. İşlədiyimiz günahlar bizi Allah'ın bu isimlərinə aparır, bizi O`na yönəldir. Beləcə Allah'ı Ğafur və Ğaffar adlarıyla tanımış oluruq. Bədiüzzamanın dediyi kimi, 'Ğaffar ismi günahların vücudunu (varlığını) və Səttar ismi qüsurların olmasını iktiza edir (gərəkdirir).' Yəni, günah işlənsin ki Allah'ın Ğaffar ismi təcəlli etsin; qüsur edilsin, xəta edilsin ki, Allah da qulunun qüsurunu üzünə vurmayıb örtərək Səttar olduğunu göstərsin. Bir hədisində, sevimli Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu digər şirin həqiqəti nə də gözəl dilə gətirir: 

"Nəfsim qüdrət əlində olan Zat`a and içərəm ki, əgər siz heç günah işləməsəniz, Allah sizin hamınızı həlak edər; sonra günah işləyən, ardından da istiğfar edən bir qövm yaradar və onları məğfirət edərdi." (Müslim, Tövbə 9.)

Nə qədər günah, o qədər tövbə

İnsan nəfsinə aldanar, şeytana qanar, hisslərinə hakim ola bilməz, iradəsinə söz keçirə bilməz də, sonunda bir günah işləyər, ardında da etdiyinə, edəcəyinə min peşman olar və tövbə üstünə tövbə edər. Məhz, qulun günah işləmiş də olsa tövbə ilə Rəbbinə rücu (döndüyü) etdiyi digər hal, hədislərdən öyrəndiyimizə görə, Cənâb-ı Haqq`ı məmnun etməkdədir.

Əbû Hureyre radıyallahu ənh nəql edir:

"Rəsûlullah əleyhissalatu vəssəlâm Rəbbindən nəql edərək buyurdular ki:

Bir qul günah işlədi və 'Ya Rəbbi, günahımı əfv et!' dedi.

Haqq Təâlâ da, 'Qulum bir günah işlədi; ardından bildi ki günahları bağışlayan və ya günah səbəbiylə cəzalandıran bir Rəbbi vardır '. buyurdu.

Sonra qul dönüb təkrar günah işlədi və 'Ey Rəbbim, günahımı əfv et!' dedi.

Allahu Təâlâ da, 'Qulum bir günah işlədi və bildi ki, günahı bağışlayan və ya günah səbəbiylə cəzalandıran bir Rəbbi vardır.' -buyurdu.

Sonra qul dönüb təkrar günah işlədi və 'Ey Rəbbim, məni əfv et! ' dedi.

Allahu Təâlâ da, 'Qulum günah işlədi və bildi ki, günahı bağışlayan və ya günah səbəbiylə cəzalandıran bir Rəbbi olduğunu bildi. Ey qulum, dilədiyini et, mən səni bağışladım.'-buyurdu." (Buxârî, Tövhid 35; Müslim, Tövbə 29.)

Böyük hədis alimi İmam Nəvəvi, bu hədisdən bu hökmü çıxarır:

"Günahlar yüz dəfə, hətta min və daha çox dəfə təkrar edilsə də insan hər səfərində tövbə etsə, tövbəsi məqbuldur. Və ya bütün günahlar üçün bir tək tövbə etsə belə, yenə tövbəsi səhihdir. "

Bir hədisdə də, istiğfar edən kimsənin gündə yetmiş dəfə günahını təkrar etsə belə, 'günahında israr etmiş' sayılmayacağı bidirilir.( Müsnəd, 5: 130.)

Hz. Ali'nin (Allah ondan razı olsun) bu mövzuya gətirdiyi açıqlama daha maraqlıdır:

"Bərabərində qurtuluş resepti olduğu halda həlak olan kimsənin halına heyrət edirəm. O resept də istiğfardır. "

Onsuz da Ğaffar və Təvvab adları, 'çox çox bağışlayan, tövbələri çox qəbul edən, hər günah işlədiyində istiğfar edəni əfv edən, hər tövbə edişdə tövbə edənin tövbəsini qəbul edən' anlamına gəlir. Əgər Cənâb-ı Haqq qulunu həyatı boyu sadəcə bir səfərə məxsus olmaq üzrə bağışlayacaq olsaydı, ondan sonra insana günah işləmə imkânı və fürsəti verməməsi gərəkirdi. Yəni, Allah bağışlamaq istəməsəydi, bizə əfv istəmə duyğusunu verməzdi. 

Digər tərəfdən, Cənâb-ı Haqq`ın günahları bağışlaması O`nun inayəti, lütfü və ikramıdır. Hədisdə də ifadə edildiyi kimi, günahı səbəbiylə cəzalandırması isə ədalətinin təcəllisidir. Səid Nursi`nin ifadə etdiyi kim, "Cənâb-ı Haqq`ın günahkarları əfv etməsi fəzlidir, tâzib etməsi [əzab ilə cəzalandırması] ədldir (ədalət)."

Əfəndimiz sallallahu aleyhi və səlləm`in dizi dibində yetişən səhabə nəsli bu incə nöqtəni çox yaxşı qavramışdı. Allah'ın uca adlarını mükəmməl mənada həm çox yaxşı anlamışlar, həm də həyatlarına əks etdirmişdilər. Rəvayət etdikləri hədislərə baxınca, bu təhsilin səviyyəsi və anlayışlarının qabiliyyətinin fərqinə varmaq heç də çətin deyil.

Məsələn, qulun günahı nə qədər çox olursa olsun və qul nə qədər əfv dilərsə diləsin, heç bir zaman istəyinin qarşılıqsız qalmayacağını, Hz. Ənəs (Allah ondan razı olsun) xəbər verir.

Ənəs radıyallahu anh, "Mən Rəsûlullah sallallahu əleyhi və səlləmi belə buyurarkən dinlədim" deyir.

"Allahu Təâlâ [-buyurdu ki]: Ey Adəmoğlu! Sən mənə dua etdiyin və məndən əfv umduğun müddətcə, işlədiyin günahlar nə qədər çox olursa olsun, onların böyüklüyünə baxmadan səni bağışlayaram. Ey Adəmoğlu! Günahların göyləri dolduracaq qədər olsa, sən Məndən bağışlanmanı diləsən, günahlarını bağışlayaram. Ey Adəmoğlu! Sən yer üzünü dolduracaq qədər günahla hüzuruma gəlsən, lakin Mənə heç bir şeyi şərik qoşmamış, şirkə bulaşmamış olsan, Mən də səni yer üzü dolusu məğfirətlə qarşılayaram. "  (Tirmizî, Dəavat 98.)

Peyğəmbər Əfəndimiz Aleyhissalatu Vəssəlam də, bir hədisində, qulun işlədiyi günahdan ötəri tövbə edib Rəbbinə dönməsini çöl iqlimində yaşayan, çölə çıxınca varı yoxu dəvəsi olan bir insanın kədərini və sevincini dilə gətirərək bizə belə izah edir:

"Allah, mömin qulunun tövbəsinə, eynilə bu kimsə kimi sevinir:" Bir adam heç bitki olmayan, kimsəsiz, təhlükəli bir səhrada, özü ilə yeməyini və suyunu üzərinə yükləmiş olduğu miniyi ilə birlikdə səyahət etməkdədir. Bir ara (yorğunluqdan) başını yerə qoyub yatar. Oyandığı zaman görər ki, heyvanı başını alıb getmişdir. Hər tərəfdə axtarar və lakin tapa bilməz. Sonunda ac, susuz, yorğun və bitgin düşüb: "Hayvanımın itdiyi yerə dönüb orada ölənə qədər yatım" deyər. Gəlib ölüm yuxusuna yatmaq üzrə qolunun üzərinə başını qoyub uzanar. Deyərkən bir ara oyanar. Bir də nə görsün! Başı ucunda heyvanı dayanmaqdadır, üzərində də yemək və suyu. Məhz Allah'ın, mömin qulunun tövbəsinə görə duyduğu sevinc, itən miniyinə azuqəsiylə birlikdə qovuşan bu adamın sevincindən çoxdur. "

Müslimin bir rəvayətində bu əlavə var: "(Sonra adam sevincinin şiddətindən çaşaraq belə dedi: "Ey Allah`ım, sən mənim qulumsan, mən də sənin Rəbbinəm." (Buxârî, Da`avat 4; Müslim,Tövbə 3, (2744); Tirmizî, Qiyamət 50, (2499, 2500)

Ana Uşağını Oda Atar mı?

Cənâb-ı Haqq`ın rəhməti, şəfqəti və mərhəməti sonsuzdur. Bütün qullara yetər, bütün bir aləmə kâfi gələr. O`nu tanıyan, fəqət günahdan əlini çəkə bilməyən, nəfsinin əlinə əsir düşmüş qullarını öz halına buraxmaz. Bir başqa deyimlə, Cənâb-ı Haqq ona yönələn qulunu fərqli vəsilələr yaradaraq onu rəhmət iqliminə çəkər. Yəni, Allah qulunu cəzalandırmaq üçün yaratmamış, bir fürsətini ələ keçirib da onu Cəhənnəmə atmaq üçün dünyaya göndərməmiş. İnsan necə öz uşağını xətasından dolayı oda atmazsa, Uca Allah da onu Rəbb olaraq tanıyan qullarından sonsuz mərhəmətini əsirgəməz, onları Cəhənnəmə atmaz.

Həzrət-i Ömər (Allah ondan razı olsun) Səadət Əsrində şahid olduğu bir hadisəni nəql edərkən, bu barədə Əfəndimiz aleyhissalâtu vesselâm'ın müjdəsini bizə da çatdırır.

Bir savaş sonrasıydı. Əsirlər arasında uşağından ayrı düşmüş bir qadın da vardı. Qadıncığaz uşağına olan həsrətini aradan qaldırmaq üçün gördüyü hər uşağı qucaqlayır, bağrına basır və əmizdirirdi. Rəsûlullah sallallâhu əleyhi və səlləm ətrafındakılara:

"Bu qadının öz uşağını atəşə atacağına ehtimal verirsinizmi?" deyə soruşdu.

"Əsla, atmaz" dedilər.

Bunun üzərinə Rəsûlullah aleyhissalâtu vesselâm, "Məhz Allahu Təâlâ qullarına bu qadının balasına olan şəfqətindən daha mərhəmətlidir." buyurdu. (Buxari, Ədəb 19, Müslim, Tövbə 22.)

Hədis-i şəriflər Cənâb-ı Haqq`ın sonsuz məğfirətini və rəhmətini izah edir. Eyni şəkildə, yanılmaz bir prinsip olaraq ayəti-kərimələr, ümumi ölçüləri verdikdən sonra önəmli bir nöqtəni xatırladır. O da, qulluq şüurunu zədələməmək, qulun Rəbbinə olan hörmət sərhədini aşmamasıdır. Tövbə, istiğfar etdikdən sonra, necə olsa Allah bağışlayar deyib günah işləməyi davam etdirməməli ki, qulluq sirri itməsin. Qur'an bu həqiqətə belə işarə edir:

"Onlar çirkin bir günah işlədikləri və ya hər hansı bir günaha girərək özlərinə zülm etdikləri zaman Allah'ı xatırlayarlar və günahlarını bağışlaması üçün O`na niyaz (dua) edirlər. Günahları isə Allah`dan başqa bağışlayacaq kim vardır? Və onlar işlədikləri günahda bilə-bilə israr etməzlər." (Ali-İmran surəsi, 3: 135.)

Günahla Mənəvi Yüksəliş

Qul işlədiyi günahdan dolayı Allah'a daha ciddi olaraq sığındığı və daha ixlaslı bir şəkildə yönəldiyi təqdirdə, mənəvî bir yüksəlişə də keçə bilməkdədir. Qur'an bu həqiqəti “günahların savaba çevrilməsi” şəklində izah etməkdədir.

"Ancaq tövbə edən və yaxşı işlər görənlər bundan müstəsnadır. Allah onların günahlarını silib yerlərinə yaxşılıqlar verər. Allah çox bağışlayıcı, çox mərhəmət edicidir." (Furqan surəsi, 25:70)

Cənâb-ı Haqq, xəta və günahlarını etiraf edən, peşmançılıq hiss edən kimsələrin həm günahlarını bağışlayır, həm da günahların yerini savabla doldurur, beləcə günah yerini savaba buraxır, günah savabla yer dəyişdirir. Bu sirdəndir ki, bəzi hədis alimləri, "Bəzi günahlar vardır ki, mömin üçün bir çox ibadətdən daha faydalıdır." deyərlər.

Hər kəs xəta işləyə bilər, hətta hər kəs mütləq xəta edər, günaha girər. Fəqət günahkarların da xeyirlisi vardır. Bu xeyri Əfəndimiz sallallahu aleyhi və səlləm belə ifadə edər:

"Hər insan xəta edər; amma xəta edənlərin ən xeyirlisi, çox tövbə edənlərdir." ( Tirmizî, Qiyamə 49)

Xəta edənlərin tövbələri ilə xeyirli bir insan olmalarından əlavə, bir da Allah'ın sevdiyi bir qul olma mərtəbəsinə yüksəlmələri söz mövzusudur. Qur'an`ın göstərdiyi bu müjdə, İslam`ın insana təqdim etdiyi ən şirin müjdələrdən biridir:

"Şübhəsiz ki, Allah çox çox tövbə edənləri və təmizlənənləri sevər." (Bəqərə surəsi, 2: 222.)

Peyğəmbər Əfəndimiz aleyhissalâtu vəssəlâm bu ayəni belə təfsir edərlər:

"Şübhəsiz ki, Allah, təkrar təkrar günah işlədiyi halda üst-üstə tövbə edən qulunu sevər." (Müsnəd, 1:80.)

Bu sevginin gerçək şüurunda olan Peyğəmbərimiz sallallahu aleyhi və səlləm, heç bir günahı olmadığı, günahlara qarşı qorunduğu halda, gündə yetmiş dəfə, bəzi zamanlar yüz dəfə tövbə və istiğfar edərdi. Çünki, istiğfarın içində 'mahbubiyət' mərtəbəsi və sevinci vardır (son dərəcdə sevmək, seviləcək halda olmaq).

Ancaq, bu müjdəni yanlış bir yönə çəkərək, "Madam günahlar savaba çevrilə bilir, əvvəl günah işləyib sonra da tövbə etsək olmazmı?" kimi hiylələrlə məsələni istismar etməmək də lazımdır.

Belə bir yanaşma, hər şeydən əvvəl, qulluq ədəbinə ziddir. Bu hal, -haşa- Allah'ı imtahan etmək, dini hökmlərə ciddi yanaşmaq sayılır ki, işin sirrini qavramamaq olar. Belə bir istismara qarşı, bir çox ayədə əfv səlahiyyətinin Allah'a aid olduğu, Allah'ın istədiyini bağışlayacağı, istədiyini əzaba uğradacağı bildirilərək, xof-rəca müvazinətinə, ümid-qorxu tarazlığına diqqət çəkilir. Belə də demək olar ki, Allah, ancaq bilmədən, nəfsinə qalib gələ bilməyib də günah bataqlığına düşənləri tövbə etdikləri təqdirdə o bataqlıqdan çıxarar, günahlarını bağışlayıb, onların pisliklərini yaxşılıqlara çevirər. Çünki bizləri yoxdan yaradan Allah Təala günah işləyəcəyimizi bilir.  Yoxsa birisi onsuzda tövbə etsəm bağışlanacam və günahlarım savablara çevriləcək düşüncəsiylə etsə bu şüurlu bir günah sayılacağından bu qayda onlara şamil olunmaz.

Qaldı ki, "Necə olsa tövbə edərəm." düşüncəsiylə günaha batan kimsə tövbə etmə fürsəti tapa biləcək midir, buna ömrü çatacaq mdır, bir zəmanəti var mıdır? Etdiyi günahın təsirindən, onun gətirdiyi halat-ı ruhiyyədən qurtulub tövbə edə biləcəkmi? Və ya ən önəmlisi, davranışları Allah'ın qəzəbini çəkdiyi halda, Allah ona tövbəyə dönüş fürsəti verəcək midir? Bütün bunların da nəzərə alındığında tutulması lazımdır.

"Fərzləri edən, kəbairləri (böyük günah) işləməyən qurtular." (Risale-i Nur Külliyyatı, 2: 1632.)

Bütün bunlarla birlikdə, xüsusilə hər gün yüzlərlə günahın hücumuna məruz qalan möminin ən mühüm məsələsi, günahdan qaçınmağa çalışması, günahlı mühitdən uzaq durması, günah işləməyə açıq olan qapılara yanaşmamasıdır. Bir baxıma, 'dəf`i şər' etməsi, şərli işlərdən uzaq qalmasıdır. Bu xüsus bu zamanda çox  böyük əhəmiyyət kəsb etməkdədir. Təqva sirrinə da ancaq bu yolla qovuşmaq olar. Çünki bir haramı, bir böyük günahı tərk etmək fərzdir. Bir vacibi işləmək çox sünnədən daha savablıdır. Təqvanın əsas alınmasıyla minlərlə günahın hücumuna qarşılıq bir dəfəlik üz çevirmə ilə, yüzlərlə günah tərk edilmiş, dolayısilə yüzlərlə fərz və vacib işlənmiş olar. Beləcə, təqva niyyətiylə, günahdan çəkinmək məqsədilə çox sayda saleh əmələ yol açılar. Çünki bu zamanda "Fərzləri edən, kəbirələri işləməyən qurtular."

Bu qurtuluşu, yəni böyük günahlardan qaçınanların nemətə, ikrama və Cənnət səadətinə qovuşacaqlarını Qur'an xəbər verir:

"Əgər sizə qadağan edilmiş günahların böyüklərindən qaçınsanız, geri qalan günahlarınızı örtər və sizi nemət və ikramlarımızla dolu olan Cənnətə qoyarıq." 13

Madam elədir,

"Həyatınızı imanla hayatlandırın və fərzlərlə zinətləndirin və günahlardan çəkinməklə mühafizə edin." 14