Livata nədir? Onun hökmü nədən ibarətdir?

By:

Jul 22, 2015

Livata böyük günahdır, ancaq insanın nikahına zərər verməz. Tövbə istiğfar edib, bir daha bu günaha girməməlidir.


Kişinin kişi ilə cinsi əlaqədə olmasina Livata deyilir.


İslâm dinində zina, fahişəlik kimi bir həyasızlıq nümunəsini təşkil edən livata da, qəti olaraq qadağan edilmişdir. Livâtaya, oğlancılıq və ya homoseksuallıq də deyilir. Livata, insan şəxsiyyətinə və heysiyyətinə heç bir şəkildə yaraşmayan əxlaqi cinayətlərdən biridir.


Hz. Lût Aleyhissalam, pozğunluğun, əxlaqsızlığın, ədəbsizliyin ən adisi olan livatanın geniş yayılmış olduğu Sədum xalqına peyğəmbər olaraq göndərilmişdir. Sədum xalqı, daha əvvəlki millətlərdə görünməyən bu əxlaqsızlıq günahında çox irəli getmişdi, həddi aşmışdılar. Iffət, namus və həyanın unudulduğu bu cəmiyyətdə Lût Aleyhissalam kimilər, onların bu cür əxlâqsızlıqlarına əngəl olmaq istəmişlər, ancaq susdurulmuş və təsirsiz hala gətirilmişlər.


Sədum xalqının əxlaqsızlıq və ədəbsizliyini ifadə edən ayədə belə buyurulur:

"Lut`u da xatırla. O zaman o, öz qövmünə belə demişdi: Aləmlərdə heç kimin sizdən əvvəl etmədiyi bir həyasızlığımı edirsiniz?" (əl-Ənkəbut, 29/28).

Ancaq digər ayələrdə, bunların etdiyi pisliklərin cəzasız qalmadığı vurğulanaraq, göydən gələn acı bir əzab ilə yerlə bir edildikləri ifadə edilmişdir.


Livatanın və ya başqa bir sözlə homoseksuallığın İslâm hüququndakı cəzası, bəzi fəqihlərə görə zina cəzasıdır. Digər tərəfdən, hakimin, bu pis işdən insanları yayındırmaq üçün cəmiyyətin faydasına görə cəza verə biləcəyi görüşünü müdafiə edənlərlə yanaşı, livata işini edən və edilənin öldürülməsi lazım olduğu fikirində olan İslâm fiqh alimlərinin da vardır.


İbnu Abbâs (radiyallahu anhümâ) nəql edir: "Rəsulullah (aleyhissalâtu vəssəlâm) buyurdu ki:

"Kimin Lut qövmünün azğın işini etdiyini görsəniz, faili (edən) də məf'ûlü (edilən) də öldürün." (Tirmizî, Hudud 24, (1456); Əbu Dâvud, Hudud 29, (4462, 4463)



Tirmizî, Əbu Hüreyrənin də belə bir rəvayət etdiyini bildirir. Əbu Davud'da İbnu Abbas (radiyallahu anhumâ)'dan edilən bir rəvayətdə:


"Livata edərkən tutulan subay (yəni muhsan (evli) olmayan adam) də rəcm edilər." deyilmişdir.


Livata edənlərə tətbiq olunacaq hədd xüsusunda alimlər fərqli görüşlər irəli sürmüşdür:


Şâfiî'nin iki görüşündən daha zâhir, aydın olanına görə -ki Əbu Yusuf və İmam Muhamməd də bu fikirdədir- failin həddi cəzası, zina həddidir. Yəni muhsan isə rəcm edilər, muhsan deyilsə yüz çubuq vurular. Məf'ulə isə Şâfiî'yə görə, muhsan da olsa qeyri-ı muhsan da olsa, qadın da olsa, kişi də olsa yüz çubuq və bir il sürgün cəzası verilər.


İmam Mâlik  Əhməd ibn Hənbəl başda olmaqla, digər bir qisim alimlərə görə, livata edənin cəzası rəcm edilməkdir, muhsan da olsa qeyri-ı muhsan da olsa fərq etməz.


İmam Şâfiî'nin ikinci bir görüşü, haqqında danışdığımız hədisin zahirinə uyğun olaraq failin də məf'ûlün də öldürülməsidir.


Öldürülüş tərzi xüsusunda: "O pis işi etdikləri ev başlarına yıxılar." deyənlər olmuşdur. "Uçurumdan atılaraq öldürülər." deyənlər də olmuşdur.


Əbu Hənifə: "Bunlar azarlanar, ləvm edilər (qınanılar) lakin hədd cəzası tətbiq olunmaz." demişdir. (Prof. Dr. İbrahim Canan, Kutubu-Sittə Şərhi, c. 6 sh. 253)


İmam Şafi, İbn Əbi Şeybə, İbn Əbid-dünya və Beyhaqi`nin Yazid b. Kays'dan etdikləri rəvayətə görə, Hz. Ali Radiyallahu Anh, bir Lutiyi rəcm etmişdir.


İbn Əbid-dünya, İbnu'l-Muzir, İbn Büşra və Beyhaqi`nin Muhamməd b. Əl-Mükəndər'dən, İbn Qudamə`nin isə Safvan b. Süleym'dən nəql etdiklərinə görə, bir kişinin qadın kimi özünü istifadə etdiyini eşidən Xalid b. Vəlid, mövzunu Hz. Əbu Bəkir Radiyallahu Anh`a bildirmiş, Əbu Bəkir də Səhabələrdən bəzi insanları yığıb onlarla məsləhətləşmiş, heyətdə olan Hz. Ali (ra), "Bu işi tarixdə yalnız bildiyiniz bir qövmdən başqa (Lut qövmünü qəsd edir) edən yoxdur.Onların aqibətini də bilirsiniz. Bu səbəblə, bu adamı yandırmanızı təklif edirəm." demiş və Hz. Əbu Bəkir (ra) də Xalid b. Vəlidə'ə onun yandırılması üçün əmr göndərmiş və əmr yerinə gətirilmişdir. (bax. İbn Qudamə, əş-Şərhu'l-Kəbir, 10/176). Şövqəni, bu hədisin mürsəl olduğunu söyləyərək zəifliyinə işarə etmişdir. (bax. Nəylü'l-Əvtar, 7/129).


Mənbələrdən aydın olduğuna görə, bu yandırma işi -əgər olmuşsa- öldürüldükdən sonra həyata keçmişdir. (a.ç.ə).


Tarixdə olduğu rəvayət edilən yandırma hadisəsini heç bir məzhəb alimi mənimsəməmişdir. Bu mövzuda müxtəlif hədis rəvayətlərinə əsaslanan alimlərdən bəzilərinə görə, homoseksual olan kimsə livata etdiyi zaman, zina günahının cəzası ilə -bekâr / evli olması nəzə alınaraq- cəzalandırılar.


Bəzilərinə görə, evli və ya subay olması fərq etməz, hər iki halda rəcm edilər.


İmam Azam'a görə və İmama Şafii'nin bir sözünə görə, homoseksualın etdiyi lutilik günahından dolayı, zina cəzası deyil, tazir cəzası (hakimin uyğun görəcəyi, qınama, danlama, qırxdan az dəyənək vurma kimi çəkindirici, uzaqlaşdırıcı bir cəza) lazımdır. (Tuhfətu'l -ahvezî-şamilə- 4/94).


Hənəfi əsərlərindən, əl-Hidayə`də, İmamı Azamın görüşü bu şəkildə dəilləndirilmişdir.


"Bu hərəkət bir zina deyildir. Çünki səhabələr onun öldürülmə şəklində ixtilaf etmişlər. Bəziləri odla yandırılmasını, kimi üzərinə bir divar yıxılmasını, kimisi yüksək bir yerdən itələnilib arxasından daş atılmasını vs söyləmişlər. Bu əməldə, uşağı tələf etmək və ya qan qohumların qarışması da söz mövzusu olmadığı üçün bu, zina mənasında deyildir. Hər iki tərəfdən bu işə istək olmadığı üçün baş verməsi də nadirdir. Zinaya isə istək vardır. Lutinin öldürüləcəyini bildirən xəbərlər isə, ya siyasi olaraq öldürüləcəyinə dəlalət edər ya da bu əməli halal görənlərlə əlaqədardır. "


Bu günahkarları cəzalandırmaq, səlahiyyətli qurumlar tərəfindən həyata keçirilməlidir.


Bilinməlidir ki, şəriətin hökmləri o zaman icra olunur ki o ərazi şəriət qanunları ilə idarə olunur. Yəni konstitusiya şəriət qanunlarından ibarətdir. Ölkədə hər şey şəriət qanunları ilə idarə olunur. 


Həmçini, bu cəzanı hər yerindən duran edə bilməz. Bu qainin işidir. Məhkəmə olmalı və qərarı məhkəmə çıxarmalıdır.