VİDALAŞARKƏN ′′ÖZÜNƏ YAXŞI BAX′′ DEMƏK SÜNNƏYƏ UYĞUNDUR?

By:

Jan 14, 2016

Bizim adətimizə görə bir kəs ilə gördüyümüz və ya qarşılaşdığımızda salam veririk, vəziyyətə görə hal xətir soruşuruq, ayrılacağımız zaman da "Xudahafiz, sağlıqla qalın, Allaha əmanət olun..." deyirik, həmsöhbətimiz da bunlara uyğun sözlər söyləyirdi. İndi də dəyişən əxlaqımızı, insana və cəmiyyətə baxışımızı tam olaraq əks etdirən bir söz çıxdı ortaya: "Özünə yaxşı bax".

Biri digərinə"özünə yaxşı bax"deyirsəbunun iki mənası olur:

1. "Məndən və başqasından sənə fayda yoxdur, sən öz başının çarəsinə bax".

2. "Başqası səni maraqlandırmaz, başqası üzündən narahat, dərdli, fədakar olma!"

İnsan haqqlarından və demokratiyadan söz edənlər "fərd, fərd" deyə deyə, yalnız bu gününü düşünənlər də "başqası cəhənnəmə"deyərək inananları bu hala gətirdilər, öz şəxsini düşünən və eqoist etdilər.

Mənim yetkinlik çağımda analar vəatalar gələcəklərini (əvvəl Allahın köməyiylə) uşaqlarında görürlər, "Oğlum böyüyəcək, əlinə çörəyini alacaq, evə bir də gəlin alacağıq, onlar bizə baxacaq, xidmətimizi görəcəklər, məhz o zaman biz beş vaxtımızı məsciddə qılar, həccimizi edər, qalan ömrümüzü dinclik və rahatlıq içində keçirərik "deyərdilər.

İndi gənclər tez-tez özləri tapdıqları biriylə evlənmədən əvvəl ayrı ev təşkil edirlər, ana və atalarına da "Bunlardan ölənə qədər daha necə faydalana bilərik, onlar sayəsində özümüzə necə çox və daha yaxşı baxa bilərik" deyə düşünür, buna görə planlar edirlər. Özləri daha firavan bir həyat yaşamaq və bəziləri də ətraflarıyla yarışa bilmək üçün ər-arvad işləyirlər, ya uşaq dünyaya gətirmir, ya gec və tək uşaq dünyaya gətirir, evə dayə(baxıcı) tutur, varsa analarını və atalarını xidmətçi kimi istifadə edirlər. İşlərinə yaramayacaq ailə böyükləri, analar və ataların yeri də qocalar evi olur.

Məhz "özünə yaxşı bax" nəslinin insan, ailə və cəmiyyət anlayışı!

Bizim ənənəmizin başqasının halına fikir vermədən özünə yaxşı baxmaq deyil, özünə yaxşıca baxmaq, özünü tanımaq, insan olmağın idrakı və şüuru içində vəzifələrini etmək, fərdçi (yalnız özünü düşünən) deyil, şəxsiyyətçi olmaq vardır. Nə deyir Şeyx Qalib:

Xoşca bax zatına kim zübdəyi aləmsən sən

Mərdumi didəyi əkvân olan âdəmsən sən

Yəni "Özünə diqqətli bax, özünü yaxşı tanı vəbil ki sən varlığın süzülmüşü, kainatın göz bəbəyi olan insansan".

Özünü bilən və tanıyan insan məcburi olaraq Rəbbini dəbiləcək, özünə aid məlumatı nə qədər artarsa ​​Rəbbini o nisbətdə tanıyacaq və "Rəbbini bilən insan" olma yolunda təkamül edərək həyatı davam etdirəcək.

Məhz bu insan özünü düşünən deyil, özgəsini düşünən olacaq, öz yaxşılığını başqalarının yaxşılığı içində biləcək və görəcək. Böyük hikmət Sədi Şirazi bu əxlaqı nə gözəl dilə gətirmişdir:

Fuqəra könlünü xoş etməyə bax

Öz rahatlığını geriyə burax

Rahat üzü görməz kimsə dünyada

Öz rahatlığını axtararsa ​​sadə.

Yazıçı:

Xeyrəddin Qaraman (Prof. Dr.)