Şaban Ayı və Bərat Gecəsi

By:

May 10, 2017

 
 
 
 
 
 
 
 
 

Şaban ayı və Berat Gecəsi 

"Şühûr-i səlâsə" deyilən "üç aylar"ın ikincisi də Şaban ayıdır. Bilindiyi kimi, üç ayların ilki Rəcəb, üçüncüsü də Ramazandır. Şaban ayının əhəmiyyətli bir xüsusiyyəti də, "Berat gecəsi"nin bu ayın on beşinci gecəsinə rast gəlməsidir. Berat gecəsi, mələklərin enməsi, duaların qəbul olunub, geri çevrilməməsi kimi bir çox fəzilətə sahib olduğu üçün, bu ayı da dəyərli etmişdir. [1]

Şaban ayı, Hz, Aişə anamızın ifadələrinə görə, Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) bir çox günlərini orucla keçirdiyi mübarək bir aydır. İbadət ü taətdən bir an belə uzaq dayanmayan, hər halını ibadətə çevirən Peyğəmbərimiz aleyhissalâtu vəssəlâm  ümmətini xəbərdar etmiş:

"Gücünüz çatdığı qədər Allah`a ibadət edin, siz usanmadıqca Allah sizdən usanmayacaqddır. "[2]

buyurmuşlar.

Üsamə min Zeyd soruşmuş:

-Ya Rəsulullah! Heç bir ayda şaban ayında tutduğunuz oruc qədər (nafilə) bir oruc tutmursunuz, niyə?

Əfəndimiz cavab vermişlər:

-Bu ay, Rəcəb ayı ilə. Ramazan ayı arasındakı Şaban ayıdır. İnsanların əhəmiyyətini anlaya bilmədiyi bir aydır. Ki o ayda əməllər (ibadətlər) aləmlərin Rəbbinə, kainatın Yaradıcısına qaldırılar, ərz olunar. Mən istəyirəm ki mənim əməlim, ibadətim mən oruclu ikən Cənab-ı Haqqa ərz olunsun. [3]

Peyğəmbərimizin bu rəftarı Qur`anın bu ayəsinə işarə etməkdədir:

 "Kim izzət və şərəf istəyirsə (bunu bilsin ki) izzətin hamısı Allah`a aiddir. (O Allah ki insana izzət və şərəf qazandıran) tərtəmiz sözlər O`na çıxar. O sözləri Allah`a yüksəldəcək olan da saleh (təmiz, dürüst, xalis)əməllərdir. "[4]

Həsən və Katadə demiş: "Təmiz söz, Allah`ı zikr etmək, Saleh əməl də fərzləri yerinə yetirməkdir. Kim Allah`ı zikr edər də fərzləri yerinə yetirməzsə onun sözü əməlinə geri çevrilər."[5] 

Onun üçün Fəxr-i Kainat Əfəndimizə (aleyhissalâtu vəssəlâm)  könül verən, O`nun sünnəsini canlandırıb Allah`ın razılığını qazanmaq istəyən möminlər, mümkün qədər Şaban ayının bəzi günlərini oruclu, gecələrini, xüsusilə Bərat gecəsini ibadətlə, salavatla, Qur`an oxumaq və dua etməklə keçirərlər.

BERAT GECƏSİ

Şaban ayının 15-ci gecəsi Bərat gecəsidir. Bərat, bəraət sözünün qısaldılmış halıdır. Bu daborcdan və isnad edilən günahdan qurtulma mənalarını verir. Onun üçün borcdan və isnad edilən xəta və günahlardan xilas olmaq istəyənlər bu gecə Allah`dan bəratlarını yəni qurtuluşlarını istəyəcəklər. Bu gecə ibadət və niyazımızla (duamızla) Allah`ın rəhmətinə, məğfirətinə və söhbətinə layiq olmağa çalışacağımız mübarək bir gecədir.

Duxan surəsində Allah Təala belə buyurmaqdadır:

"Hə mîm!  Halal ilə haramı açıqca bildirən bu Kitaba and içərəm ki, şübhəsiz biz onu mübarək bir gecədə endirdik. Biz onunla xəbərdar etməkdəyik. O elə bir gecədir ki hər hikmətli iş tərəfimizdən çıxan bir əmrlə ayrılar, (qərara bağlanar. )" [6]

Bu gecəyə bərat gecəsi deyildiyi kimi mübarək gecə, bağışlanma gecəsi və rəhmət gecəsi də deyilməkdədir. [7]  Ayədə keçən "Mübarək Gecə" dən məqsəd, Qədr Gecəsidir deyənlər olduğu kimi, Berat Gecəsidir deyənlər də vardır. [8]

Qədr surəsindəki ayələrlə bu ayələr arasında ziddiyyət yoxdur. Berat gecəsində endirilən, Qur’an’ın Lövhü Məhfuz`dan dünya səmasını hamısının endirilmiş halıdır. Qədr gecəsində endirilən isə, Qur’an’ın hissə-hissə, bölüm-bölüm endirilməyə başladığı vəziyyətin ifadəsidir. [9] Hər şeyi ən doğru bilən Allah`dır.

Bu gecədə beş özəllik vardır:

1-Her hikmətli iş qərara bağlanar, [10]

2-Bu gecədəki ibadətin fəziləti hesabsızdır.

Bu gecədə nafilə olsun, qəza olsun namaz qılanların, yaxşılıq, ibadət, xeyr və hasənat edənlərin, darda qalanlara kömək edənlərin cənnətlə müjdələnilməsi, cəhənnəm əzabından, dünya fəlakətindən, şeytanın hiylə və tələlərindən xilas olması Allah`ın rəhmətindən gözlənilər. Bu gecə ilə əlaqədar xüsusi bir namazın və ibadətin olduğuna dair rəvayətlər varsa da bunlar mötəbər qaynaqlarda yer almadığından biz də zikr etməyi uyğun hesab etmədik. Bu gecə, bol bol qəza namazı qılına bilər. Zikirlə məşğul oluna bilər. 

3-Bu gecə rəhmət enər, Allah, bu gecə Kelp qəbiləsinin qoyunlarının sayınca qullarına mərhəmətlə rəftar edər.

4-Allah məğfirəti ilə bütün Müsəlmanları bağışlayar. Ancaq tövbə etmədikcə:

a)Kahinləri yəni qeybdən xəbər verənləri,

b) Cadu edənləri,

c) Kin saxlayanları,

d) İçkiyə davam edənləri,

e) Ana-atasını incidənləri,

f) Zinaya davam edənləri və zinanı müdafiə edənləri bağışlamaz.

5- Bu gecə Peyğəmbərimizə (aleyhissalâtu vəssəlâm) şəfaət haqqının hamısı verilmişdir. Peyğəmbərimiz, Şaban ayının on üçüncü gecəsi Cənab-ı Haqq`dan ümməti üçün şəfaət haqqı istədi, üçdə biri verildi, on dördündə üçdə ikisi, on beşində də hamısı verildi. Bu şəfaətdən hər kəs istifadə edə biləcək ancaq dəvə qaçar kimi Allah`dan qaçanlar deyil.

6- Bu gecədə zəmzəm sununun artırılması ilahi adətdəndir. [11]

Aişə anamız (Allah ondan razı olsun) deyər ki:

Rəsulullah (səv) qalxdı, gecə namaza durdu, nəhayət səcdəyə vardı. Səcdəsini o qədər uzatdı ki mən ruhunun alındığı (yəni vəfat etdiyi) qənaətinə gəldim. Qalxdım, yanına gəldim. Barmağına toxundum, canlı olduğunu görüncə geri döndüm. O əsnada səcdədə olan Rəsulullah (sallallahu aleyhi və səlləm) sızlayır, yalvarır və belə deyirdi;

-Allah`ım! Əzabından əfvinə sığınıram, qəzəbindən razılığına sığınıram, Səndən yenə Sənə sığınıram. Səni, mən, Sənin özünü təriflədiyin kimi əsla tərifləyə bilmərəm, Səni, sən ancaq tərifləyə bilərsən, Zatına layiq tərifi ancaq sən edərsən Allah`ım!..

Rəsulullah başını səcdədən qaldırdı, namazını tamamladı və dedi ki:

-Ey Aişə! Bilirsənmi bu gecə hansı gecədi?

-Allah və Rəsulu daha yaxşı bilər dedim.

Bu gecə dedi, Şabanın yarısı yəni on beşinci gecəsidir. Allah bu gecə qullarına və qullarının hərəkət və davranışlarına baxar, bağışlan­maq istəyənləri bağışlayar, mərhəmət diləyənlərə mərhəmət edər. Kin, həsəd və pis əməl sahiblərini tövbə etməzlərsə rəhmətsiz, məğfirətsiz olaraq olduğu kimi buraxar. [12]

Qur`anın enişinə səhnə olan gecələrdən birinin də bu gecə olduğu deyilməkdədir. Bu gecənin ən mühüm hadisələrindən biri də Kâbe-i Muazzama’nın ümməti Muhammədə (sallallahu aleyhi və səlləm) qiblə olaraq təyin edilmiş olmasıdır.

Bir hədisdə buyurulmuş ki:

" Şa'ban'ın yarı (on beşinci) gecəsi olduğu vaxt, gecəsində ibadət üçün qalxın, gündüzdə də oruc tutun. Çünki Allah Təala günəşin batışından etibarən rəhmətiylə dünya səmasına təcəlli buyurar. Bağışlanmaq istəyən yoxmu? Onu bağışlayım. Ruzi istəyən yoxmu? Onu ruziləndirim. Dərdli yoxmu? İstəsin də dərman verim. Bu çağırış şəfəq sökənə(dan yeri ağaranda) qədər davam edər. "[13] Bu gecədə edilən müraciətlər, dualar geri çevrilməz. [14]

Onun üçün bu gecə dini bir, Allahı bir, Peyğəmbəri bir, kitabı bir, qibləsi bir olan mü`minlərin bir-birini sevməyə, saymağa, qardaşca yaşamağa qərar verəcəkləri bir gecədir. Kin və nifrəti, şikak və nifaqı, ayrılıq və qeyriliyi unudacaqları bir gecədir. Bütün inananların küfrə qarşı, dinsizliyə qarşı, əxlaqsızlığa, anarxiyaya, bölücülüyə qarşı yek-vücud olub sabahlara tək səs və tək nəfəs halında çıxmağa niyyət edəcəkləri bir gecədir. Ömürümüzün günahkar keçmişinə vəda edib, bundan sonra ibadətlə dolu bir həyat sürmək, Allah`ın əmrlərinə möhkəm şəkildə bağlı dəqiqələr ge­çirmek üçün dua edəcəyimiz bir gecədir. Çünki Allahı razı etmək üçün verilmiş bu fürsət, bəlkə bir daha əlimizə keçməyəcək.

Ən böyük məsələ, ən böyük iddia Allahı razı etməkdir. O`nun sevgisini qazana bilməzsək, bütün dünya dostumuz, dünya dolusu da malımız olsa faydası yox. Çünki qəbir, yalançılığın, saxtakarlığın, rüşvətin sıza bilmədiyi axirət qapısıdır. Şairin dediyi kimi:

"Sanma ey hâcə ki səndən zər ü sîm istəyərlər

Yəvmə lâ yənfəu də lb-i səlim  istəyərlər."

"Ey Əfəndi! Nə malın, nə övladın, heç bir şeyin fayda verməyəcəyi bir gündə, sanma ki səndən qızıl gümüş istəyəcəklər. Yalnız və yalnız möhkəm bir iman, günah çirkləriylə qaralmamış və ya günahlardan təmizlənmiş bir qəlb, ibadətlə keçmiş bir həyat istənəcək."

Məhz axirətdə səndən istənəcək şeylər bunlardır. Qəbirdə etibarlı olan da bunlar olacaqdır.

Elə isə insan, ən böyük sərmayəsi olan ömür dəqiqələrini; özəlliklə bu gecələri qənimət bilməli. Yaşadığı hər anı, tövbə etmək üçün verilmiş bir imkan olaraq dəyər­ləndirməli. Əlindən gəlirsə gözyaşlarıyla günah çirklərini yumalı, günahlarla paslanmış qəlb aynasını silməli. Silməli ki Haqq təcəlli etsin, Haqq`ın camalı görünsün, Mahzar-ı Rəhman olsun.

Dünyanın cazibəsi, Leylaların gözəlliyi insanı aldatmamalı, Mevla`dan uzaqlaşdırmamalı. Bunu yaxşı bilməli ki Mevla`yı tapsa, Leylalara, həm də gözəlliyi solmayan Leylalara qovuşmaq mümkün olacaq. Bu gələcək söz ya baş üstünə asılmalı, ya da qulaqlara sırğa olaraq taxılmalıdır:

"Dost istəsən Allah yetər, Çünki O dost isə hər şey dostdur. Yaran istəsən Qur`an yetər. Çünki Qur`anda adları keçən peyğəmbərlər və mələklərlə xəyalən görüşər, başlarından keçənləri seyr edib ünsiyet edərsən. Mal istəsən qənaət yetər; çünki qənaət, iqtisad etməyə sövq edər, iqtisad, bərəkətə vəsilə olar. Nəsihət istəsən ölüm yetər. Çünki ölümü düşünsən, dünyaya dalmaqdan qurtular, axirətinə ciddi çalışarsan. " [15]

Elə isə indiyə qədər qıla bilmədiyimiz namazları qılmağa, bir daha da namazı buraxmamağa qərar verək. Verilməmiş zəkâtlarımızı, sədəqələrimizi verək, açıq-saçıq və təsəttürsüz keçən həyatımıza vida edək, həyatımızı imanla hayatlandıralım, Allah`ın əmri olan fərzlərlə bəzəyəlim. Haramlardan, kiçik və böyük günahlardan uzaq dayanmaqla həyatımızı və sağlamlığımızı qoruyaq. Küsmüşsək barışalım, incitmişsək halallıq alalım, incinmişsək bağışlayaq, incitdiyimiz alim-üləma varsa, üzr istəyək, əfv istəyək, ana-atamızın əllərini öpelim, ehtiyaclarını qarşılayaq, dualarını alalım, təkəbbürdən, qürurdan, nəfsə qulluqdan uzaq duraq. Qula yaraşan şəkildə, təvazökar, hər kəsə şəfqətlə, muhabbətlə qucaq açaq. Çarəsizlərə çarə olaq, Allahın dinini yaşayaq, Onun qoruması altına girək. Ancaq bu şəkildə gecəmiz mübarək olar, evimiz, könülümüz, yurdumuz hüzur və bərəkətlə dollar.

Gecəniz mübarək olsun. Allah razı olduğu həyatdan və istiqamətdən heç birimizi ayırmasın.

Mənbə:

[1] Pakalın, M. Zəki, Osmanlı Tarix Deyimləri və Terminləri Lüğəti, İstanbul 1983, III, 302

[2]  Baxın. Buxari, Savm, 39; Müslim, Müsafirin, 215,220; Tirmizi, Qiblə, 13; İbn Macə, Zühd, 28; Əhməd b. Hənbəl, II, 231,250

[3] Əhməd b. Hənbəl, V, 201; Nəsai, Sıyam, 70

[4] Fatır, 10

[5] Nablusi, a. g. e, s. 36

[6] Duxan, 44/1-4

[7] Yazar, Elmalılı Muhamməd Hamdi, Haqq Dini Qur`an Dili, VI, s. 4293-4294

[8] Nablusi, a. g. e, s. 42

[9] Fərqli görüşlər üçün baxın. Yazar, eyni yer.

[10] Duxan, 44/ 6

[11] Yazır, a.g.e, VI, s. 4293-4294

[12] Ət-Tərğib və't-Tərhib, II, 119

[13]  İbn Macə, İqamə, 191; Əhməd b. Hənbəl, VI, 238; Tirmizi, Savm, 38

[14]  Nablusi, a. g. e, s. 43

[15] Nursî, Məktubat, 26. məktub, s.

 

Yazar

Vehbi Qaraqaş (Dr.)

Bərat Kandili