Zaman necə istifadə edilir, zaman tənzimlənməsi mövzusunda məlumat verə bilərsinizmi?

By:

May 12, 2017

    Boş yerə keçən hər anın, bir çox fürsətləri də özü ilə apardığı qəbul etməli olduğumuz bir reallıqdır. Çünki insanın vaxtı dünyanın ömrünə nisbətlə çox az və qısadır. Bu baxımdan, tək bir saniyəsi belə qızıldan daha qiymətli olan zamanın, əbədi həyata nur və işıq saçacaq məşğuliyyətlərlə keçməsi lazımdır. Bunun üçün, möminin ibadəti və işi bir xeyir üzrə olduğu kimi, geriyə qalan zamanı da mənasız olmamalıdır, halal dairədə yaşanmalıdır. Ta ki, bir tərəfdən qazanarkən, digər tərəfdən də itirmiş olmasın.

    Dövrümüzdə, insanın zamanını qətl edən o qədər lazımsız məşğuliyyətlər var ki, bunlardan bir çoxu maddi və mənəvi inkişafımıza bir səbəb olmadığı kimi, insanı yaradılış hikmətindən uzaqlaşdırdığı da bir reallıqdır. Beləliklə, insan bu cür məqsədsiz və hədəfsiz şeylərdən özünü nə qədər uzaq tutarsa o dərəcə mənfəət içində olar.

"İki şey vardır, insanların çoxu onun dəyərini bilməzlər: Sağlamlıq və boş vaxt." (Hədis-i Şərif)

  Həyata atılan bir kimsənin müvəffəqiyyətli olmasında onun "zaman" anlayışının böyük əhəmiyyəti vardır. Zaman mövzusunda araşdırma aparan sosioloqlar inkişaf etmiş və geri qalmış ölkələr arasında zaman anlayışının fərqli dərk edildiyini müşahidə etmişlər. Onlara görə inkişaf etmiş ölkələrdə işlərin, öncədən, zamana görə tənzim olunması və hər işin, ona həvalə edilən zaman çərçivəsində edilməsi şərtdir.Təqvimə görə hərəkət, həyatın intizama salınması, insan ömrünün maksimum şəkildə məhsuldar edilməsi deməkdir.

QURAN'DA ZAMAN:

   Quran-ı Kərim, üzərində diqqətləri canlı tutmaq üçün zamanı xatırladan təbirləri tez-tez istifadə edir. Hər növ fərz, vacib və nafilə namazlar zaman tənziminə də aid məqsədlər daşıyır. Bu baxımdan, alimlərin çoxuna görə din, insana zamanı maksimum ölçüdə qiymətləndirməyi öyrədir. Hətta əsl qayə budur deyilə də bilər.

Qur`an`ın Zamanı İfadə Şəkli:

   "Zaman" lüğət baxımından "uzun və ya qısa vaxt" mənasını verir. Quran, zaman əvəzinə daha çox vaxt kəliməsini seçər və istifadə edər. Bu kəlmə lüğət yönüylə "bir iş üçün təyin olunan zamanın sonu" deməkdir. Quran-ı Kərimdə zamanla əlaqəli gün, həftə, il, əsr, vaxt, saat sözləri bir fərd üçün hansı daha əhəmiyyətli isə əhəmiyyət dərəcəsinə görə təkrar edilmişdir. Fərd üçün ən əhəmiyyətli gün olduğundan Qur`anda ən çox zikr edilən "Yəvm" yəni "Gün" sözüdür ki 475 dəfə zikr edilir. Quran-ı Kərim ilk səhifələrindən etibarən, ən son səhifələrinə qədər, heç fasilə vermədən, oxuyucusuna zaman məfhumunu xatırlatmaqdadır.

    Ərəbcədə "Leyl" (gecə) sözü günəşin batması ilə, səhər fəcr-i sadiq deyilən ikinci fəcrin doğuşuna qədər keçən zamanı ifadə edir. Geri qalan müddətə də nəhar (gündüz) deyilir. Qur 'an-ı Kərimdə gündüz (nəhar) 57, gecə (leyl) 92 dəfə zikr edilir. Gecə müddəti, illik olaraq ələ alınınca günün tam yarısı edir. Bu səbəblə maksimum ölçüdə qiymətləndirilməlidir.

   Fərz namazlarının mühüm qayələrindən biri, Müsəlman kimsəyə, gündəlik zamanı bölüşdürmək və proqramlaşdırmaq vərdişi qazandırmaqdır. Qıyamul-leylə (gecə qalxışı) Quran-ı Kərim əhəmiyyət verməkdədir. Böyük İslam mədəniyyətlərinin çiçəklənmə dövrlərini hazırlayanların həyatında gecə qalxışı önəmli yer tutar. Qıyamul-leyl Peyğəmbər Əfəndimizə sallallahu aleyhi və səlləm  fərzdi, lakin ümmətinə nafilədir. Bu sünnə Qur`an-ı Kərimin əmridir.

"Rəbbin adını səhər-axşam an (zikr et). Gecə O`na səcdə et. O`nu gecələri uzun uzun təsbeh et." (İnsan, 76/26).

"Gecə səcdə edərək və ayaq üstə duraraq boyun bükən, axirətdən çəkinən və Rəbbinin rəhmətindən diləyən kimsə inkar edən kimsə kimi ola bilərmi?" (Zumər, 39/9).

    Quran-ı Kərimdə gecə qalxışıyla əlaqəli asanlaşdırma ifadə edilmişdir. Xəstələr, cihada çıxanlar azad tutulmuşdur. Gecə qalxılacaq müddət ən az gecənin dörddə biri, ən çox dörddə üçü olaraq ifadə edilmişdir. Bu fərqlilik gecənin uzunluğundan dolayıdır. Qıyamul-leyl ilk öncə ibadət, yəni namaz və  Quran tilavəti üçündür. Elmlə də məşğul olmaq olar. Qıyamul-leyli, Quran-ı Kərimdə gecə sözünün gündüz sözündən çox zikr edilməsi və bu əmrin Peyğəmbər Əfəndimizə (s.ə.s.) peyğəmbərliyinin ilk illərində verilməsi önəmli etməkdədir.

ZAMANLA BAĞLI TELAKKİ VƏ TƏDBİRLƏR:

  Vicdani tədbirləri almağa "telakki" deyirik. İnsan yaşadığının ŞUURUNA vara bilmək üçün, ömrünün hər gününü eyni tərzdə keçirməməlidir. Bəzi aylar, bəzi saatlar digərlərinə nəzərən fərqli olmalıdır. Dinimizdəki mübarək aylar və günlər vasitəsiylə bu təmin edilir. Bu fərqli dəyərdəki aylar, günlər sayəsində insanda hasil ola biləcək monotonluq qırılmaqdadır. Axirətə inanan, hər günündən, hər saatından hesab vermənin narahatlığını vicdanının dərinliklərində duyan bir kimsə üçün zamanı qiymətləndirmədə mühüm bir tələqqi, ömrünü içində olduğu gün bilməsidir. Bir çox pisliklərin qaynağı tûl-i əməl deyilən uzun yaşamaq vəhmi (xəyalı) qəbul edilmişdir.

    İslam dini gündəlik zamanı üç əsas məqsədə uyğun olaraq proqrama salmağımızı əmr edər;

1. İbadət

2. Ruzinin qazanılması

3. Həyatımızı müraqabə (yoxlamaq) və təfəkkür

 

PEYĞƏMBƏRİMİZİN HƏYATINDA ZAMAN TƏNZİMİ

    Peyğəmbər Əfəndimiz (s.ə.s.) həftəlik müəyyən günlərdə eyni işləri etməkdədir. Gündəlik isə müvəqqəti işlərdir ki bunlar əvvəlcədən proqramlaşdırılmadan ortaya çıxan işlərdir. Bir heyətin qəbulu, bir kimsənin müraciəti, bir ehtiyacın zühuru kimi. Bunlar imkan daxilində tənzim olunmağa çalışılmışdır. Adət edilən işlərsə eyni günlərdə eyni vaxtlarda edilir. Hər işə müəyyən müddət vardır. O iş hər gün eyni müddət içində tamamlanır.

İSLAMDA TƏTİL VƏ İSTİRAHƏT

     Tətil sözü boş vaxt mənasında istifadə ediləcək. İslam tamamilə boş keçiriləcək bir vaxt tanımaz, QƏBUL ETMƏZ. Quran-ı Kərimdə bizə məşğuliyyətin dəyişdirilməsi surətiylə istirahət əldə ediləcəyinə işarə edilməkdədir. Buna bir növ "çalışaraq istirahət" deyə bilərik. Müsəlmanlar, Yəhudilər və xristianlar kimi tamamilə "işsiz" keçiriləcək bir həftəlik tətil anlayışından uzaq olmalıdır. Əyləncədə şəhvət hisss etmək və fitnə çıxarma ehtimalı halında, haram olduğunda ittifaq vardır.

"İslam boş zaman qəbul etməz." deyərkən, istirahəti rədd edər mənası çıxarılmamalıdır. Quran-ı Kərimdə ən yaxşı istirahətin insanın öz evində yuxu ilə olacağı bəyan edilmişdir.

"Sizə gecəni örtük, yuxunu istirahət (vasitəsi), gündüzü də işləmək zamanı edən Allah`dır." (Furqan, 25/47).

  "Allah sizin üçün məskənlərinizi hüzur və sükunət yeri etdi ..." (Nəhl, 16/80).

    Qadağan olan oyun və əyləncə; qumar oyunları, heyvanlarla oynamaq, içkili, çalğılı, qadınlı əyləncələrdir. Bəzi oyunların faydalılıq yəni cihada hazırlıq yönü daha çox ola bilər. Buna görə Hz. Peyğəmbər (s.ə.s.) onlara israrla təşviq etmişdir. Bu qrupa üzmək, ox atmaq, at çapmaq, qoşma və güləş daxildir.

    Qanuni əyləncə imkanları isə müxtəlif mərasimlər, ziyafətlər (sünnə, doğum, səfərdən dönüş, yeni məskənə girmə, müsibətdən xilas olma) və düyünlərdir.

İSLAM ALİMLƏRİNDƏ ZAMAN QORXUSU;

   İslam alimlərinin zaman mövzusundakı müştərək fikirləri belədir: "Keçmiş zaman əldən çıxmışdır, gələcək isə hələ qeybdədir, elə isə mövcud olan sənin içində olduğun bu andır." İslam alimləri yemək-zaman, insanlarla münasibət, hər an məşğuliyyət, son nəfəsə qədər səyə önəm vermişdir. Yemək-zaman əlaqəsini minimum azaltmaq üçün, xırdalayıb tirit şəklində çörək yeməklə, normal çörək yemək arasındakı fərqi belə hesablamışlar. Davut ət-Tai bu zamanda 50 ayə oxunacaq qədər fərq olduğunu təsbit etmişdir. İmam Əbu Yusuf isə son nəfəsinə qədər elmi məşğuliyyətdə olmuşdur.

NƏTİCƏ:

   Hər şey imanda düyünlənir. Bu səbəblə, dinimiz quru iman və tətbiqi olmayan elmə etibar etməmişdir. Tətbiqi olmayan elmə "faydasız elm" demişdir.

   Gəncliyi daha sağlam, daha məhsuldar yaşamaq üçün zamanla əlaqədar bəzi prinsiplər bunlardır.

   1. Gəncliyə zaman şüuru verilməlidir.

  2. İllik, aylıq, həftəlik, gündəlik planlar hazırlanmalı, bu planlara tabe olmalıyıq.

    3. Gecənin fəzilətindən faydalanmaq  ayrı bir məsələ olaraq ələ alınmalı, yuxu müddəti yaxşıca öyrənilməlidir.

  4. Dövlət, yaş mərhələlərinə görə qazandırılması lazım olan dərrakə və vərdişləri təsbit etməlidir.

   5. Dövlət və valideynlər gənclik dövrü üzərində diqqətlə dayanmalı, problemləri təsbit edib israrla üzərinə getməlidir.

Prof.Dr İbrahim Canan

Komputer və televizor qarşısında vaxt keçirib çox gec yatıram. Dinimizə görə gec yatmağın hökmü nədir?