Elveda Ramazan, Hoşgeldin Bayram

By:

Jun 24, 2017

 

 
 
 
 
 
 
 
 

Bayram bir sevinc və şadlıq günüdür. Uca duyğuların coşduğu, sevgi və hörmət, hisslərinin mü'minlər arasında son dərəcədə canlandığı gözəl günlərdən biridir. O gündə yardımlaşma və qardaşlıq ən yüksəl həddinə çatar.

Bayram insanları sevindirib bir yerə gətirən ən gözəl vəsilələrdən biridir. Belə ki, bayramda şahlanan yardımlaşma və hədiyələşmə ruhu yalnız həyatda olanlara bağlı qalmaz, dünyadan gedib qəbirlərində bir Fatihə gözləyənlərə qədər uzanar. Onların bu diləyini yerinə yetirmək üçün mö`minlər bayramda qəbirləri ziyarət edərlər; ruhlarına Qur`anlar, Fatihalar və dualar oxuyaraq onları da sevindirərlər.

Ramazan Bayramının mü'minlər arasında ayrı bir yeri vardır. Çünki Ramazan Bayramı, hər gün tutulan orucun iftar vaxtındakı sevinci kimi, tutulan bir aylıq orucun toplu bir iftar sevincini ifadə edər. Bir ay kimi uzun bir müddətlə, xüsusilə Ramazanın yaz mövsümünə rast gəldiyində isti günlərdə nəfslərinə oruc tutduran mö`minlər, səbir imtahanını verərək mənəvi məsuliyyətdən qurtulmanın sevincini Ramazan Bayramında yaşama imkanına qovuşarlar.

Ramazan və Qurban bayramları Hicrətin 2-ci ilindən etibarən qeyd olunmağa başlanmışdır. Ramazan orucu da ilk dəfə bu il fərz edilmiş, bu ayı orucla keçirən mü'minlər sonrakı ayın (şəvval) ilk üç gününü bayram olaraq qeyd etmişlər. Bu səbəblə bu bayrama Ramazan Bayramı deyilmişdir.

"Bu günümüzdə edəcəyimiz ilk şey namaz qılmaqdır" (Buxari, İdəyn: 3; Müslim, ədâhî: 7.)

məalındakı hədisə əsaslanaraq Ramazan və Qurban bayramları bayram namazlarının qılınmasıyla başlar.

Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm, "Ərəfə günü, qurban günü və təşrik günləri biz Müsəlmanların bayramıdır. Bu günlər yeyib içmə günləridir" (Əbu Davud, Savm: 50; Tirmizi, Savm: 59; Nəsai, Mənasiq: 195.) buyurmuşdur.

Ramazan bayramı da bu mənada bir gün olaraq qəbul etmiş və bu bayramı Ramazan orucunun iftar günü olaraq xarakterizə etmişdir. (İbni Macə, Siyam: 32.) Bu sirr üçündür ki, Ramazan və Qurban bayramlarında oruc tutmaq haram qılınmışdır. Bir gün əvvəl oruc pozmaq haramkən, bir gün sonra oruc tutmanın haram olması, mö'minlərin düşüncə və duyğu dünyasında nemətlərin gerçək Sahibini xatırladan ən təsirli bir səbəbdir.

Hər kəs bir gün öncə kimin əmrinə tabe olaraq oruc tutursa, bu gün də Onun rizasına tabe olaraq orucunu açar. Və Onun gerçək nemət verən olduğunu haqqıyla idrak edərək, gerçək bir şükrə yol tapar.

Bayram bir aylıq orucun ümumi bir iftarı olduğu üçün, gündəlik iftarların sünnə növündən ədəbi bayramda da yerinə yetirilir. Necə ki orucunu şirin bir şeylə açmağı adət edən Peyğəmbər Əfəndimiz Aleyhissalatu Vəssalam, Ramazan Bayramına da şirin yeyərək başlayırdılar. Bayram sabahında xurma kimi bir şirin ilə bir aylıq oruclarını açmadan evlərindən ayrılmazdılar. ( İbn Macə., Sıyam: 49.)

Hər vəsilə ilə bizləri ibadətə və axirət əməllərinə təşviq buyuran Peyğəmbər Əfəndimiz Aleyhissalatu Vəssalam, ilin iki bayram gecəsində qalxıb ibadət etməyi tövsiyə edərdilər. Bu gecələrdə oyaq olmağın, qəlbin oyanıqlığına vəsilə olduğunu bildirirlərdi. Bunu bir hədis-i şəriflərində belə ifadə etmişlərdi:

"Savabını Allah`dan umaraq iki bayram gecəsində qalxıb ibadət edən kimsənin qəlbi, qəlblərin öldüyü gün ölməz." (İbn Macə, Sıyam: 67.)

Bayramlar səadət əsrində da tam fərqli bir hava və nəşə içində yaşanardı. Peyğəmbər Əfəndimiz Aleyhissalatu Vəssalam bayram sabahında namazgaha çıxardı. Peyğəmbər xanımlarının da, digər xanımlar və qızlarla birlikdə namazgaha çıxması istənilirdi. Qadınlar camaatın arxa tərəfində yer alardılar. (Müslim, Səlatu'l-İdəyn: 11.) Qılınan bayram namazından sonra Peyğəmbərimizin Əleyhissalatu Vəssalam camaata xitab olaraq bir xütbə oxuduğunu nəql edən ibni Məs`ud (Allah ondan razlı olsun) davamla belə deyər:

"Rəsulullah Əleyhissalatu Vəssalam üzərinə şəhadət edirəm ki, o namazı xütbədən əvvəl qıldı. Sonra xütbə oxudu. Daha sonra qadınlara eşitdirə bilmədiyini düşünüb onların yanına gəldi. Onlara xatırlatmalar etdi. Və bu ayəni oxudu:

"Ey Peyğəmbər! İnanmış qadınlar Allah`a heç bir şey şərik qoşmamaq, oğurluq etməmək, zina etməmək, uşaqlarını öldürməmək, əlləri və ayaqları arasında uydurduqları iftira ilə gəlməmək, yaxşı işlərdə sənə üsyan etməmək mövzusunda beyət etmək üçün yanına gəldikləri zaman, beyətlərini qəbul et və Allah`dan onlar üçün əfv dilə! Şübhəsiz ki, Allah, Ğafur və Rəhmlidir."

Sonra:

- Bütün bunlar üzərinə beyət edərsinizmi? deyə soruşdu. Onların biri dedi:

- Bəli Ya Rəsulullah! dedi. Allah Rəsulu (sallallahu aleyhi və səlləm):

Sədəqə verin! buyuraraq onları zəkât verməyə təşviq etdi. Onu dinləyən xanımlar qulaqlarındakı sırğaları, qollarındakı bilərzikləri çıxarıb nə qədər üzük boyunbağı varsa onları çıxardılar. Bilâl Həbəşi paltarını yerə sərdi:

- Anam, atam sizə fəda olsun bağışlarınızı gətirin deyə səsləndi. Xanımlar bilərziklərini, sırğalarını, üzüklərini Bilâl-i Həbəşi`nin paltarının üzərinə qoymağa başladılar. Paltar zinətlərlə doldu. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bayram bitdikdən sonra orada dayanmayıb evinə ailəsinin yanına döndü. "(Müslim, Səlatu'l-İdəyn: 2)

Bu hadisəni izah edən səhabələrdən biri, "Qadınların bu verdikləri Ramazan Bayramı zəkat mı idi?" sualına belə cavab verdi: "Xeyr, lakin o vaxt verdikləri bir sədəqə idi. Qadınlar üzüklərini atırdılar." (Müslim, Səlatu'l-İdəyn: 3)

Eyni hadisəyə işarə edən Əbu Səidi'l-Xudri də (Allah ondan razı olsun) bayram günündə ən çox sədəqə verənlərin qadınlar olduğunu nəql edir.

Ramazan Bayramı, bağışlanmış olmanın bir sevinc işarəsidir. Bu bağışlanma müjdəsini insanlara mələklər verir.

Sa`d bin Əvs əl-Ənsari nəql edir: Rəsulullah sallallahu əleyhi vəsəlləm belə buyurmuşdur.

Ramazan Bayramı sabahı mələklər yollara tökülür və belə səslənirlər: "Ey Müsəlmanlar birliyi! Kərəmi bol olan Rəbbinizin rəhmətinə qaçın. O, bol yaxşılıq və ehsan edər. Sonra onlara bol-bol mükafatlar verilir. Siz gecə ibadət etməklə əmrolundunuz və əmri yerinə yətirdiniz. Gündüz oruc tutmaqla əmrolundunuz, orucu tutdunuz və Rəbbinizə itaət edin, mükafatlarınızı alın.

Bayram namazını qıldıqdan sonra bir münadi belə səslənər:

"Diqqət edin, müjdə sizə! Rəbbiniz sizi bağışladı, evlərinizə doğru yola çatmış olaraq qayıdın. Bayram günü mükafat günüdür. Bu gün səma aləmində mükafat günü olaraq elan edilir." (əl-Tərğib vət-Tərhib Trc. 2:332.)

Bayram günləri sevinc günləri olduğu üçün, bu sevincin açıqca göstərilməsinə səbəb olacaq məşru oyun və əyləncələrə də icazə edilmişdir. Bu barədə Müslim`də ayrı bir bab ayrılmış və misallar verilmişdir. Bunlardan birində Həzrəti Aişə (Allah ondan razı olsun) belə nəql edir:

"Bir qrup Həbəşli, bir bayram günü mizraq və qalxanlarıyla nümayişlər edərkən rəqs edər kimi oynayırdılar. Peyğəmbər Əleyhissalatu Vəssalam məni çağırdı. Başımı onun çiyninə söykədim. Bu vəziyyətdə onların hərb oyununa baxmağa başladıq. Ta onlara baxmaqdan ilk imtina edən mən oluncaya qədər." (Müslim, Salatu'l-İdeyn, 20.)

Ancaq bayramdaki sevincin qəflətə çevriləcək qədər ifrata çatmaması lazımdır. Əyləncə məşru dairədə olmalı və günah ünsürlərini daşımamalıdır. Əsasən bayram Allah`ın bizə verdiyi ilahi bir ziyafətdir. Bu baxımdan, bayram günündə ən çox Allah`ı xatırlayıb şükr etməyə ehtiyacımız vardır. Zaman seyri içində bayram yeni bir dəyişmənin başı, bir dönüş nöqtəsi və hesablaşma vaxtıdır. Ömürdən bir ilin daha keçib getdiyini, qəbir aləminə doğru bir addım daha yaxınlaşıldığını xatırladan vəsilələrdən biridir.

"Bunun üçündür ki, bayramlarda qəflət zəbt edib qeyri-qanuni dairəyə sapmamaq üçün, rəvayətlərdə zikrullaha (Allah`ı zikr etməyə) və şükrə böyük tərgibat (təşviqlər) vardır. Ta ki, bayramlarda o sevinc və tərgibat nemətlərini şükrə çevirib, o neməti davam etdirib və çoxaltsın. Çünki şükür neməti artırar, qəfləti qaçırar. "( Ləm`alar, 230.)

Necə ki böyük camaatlar halında qılınan bayram namazları əsnasında gətirilən təkbirlər, qəflətin aradan qaldırılmasına və şükür vəzifəsinin yerinə yetirilməsinə ən böyük bir vəsilədir. Yalnız bir ölkə xalqının deyil, yer üzündə sayı milyardlara çatan Müsəlmanların həmişə birlikdə eyni anda təkbir gətirdiklərini xəyal etdiyimizdə, qarşımıza çıxan möhtəşəm mənzərə, bayramlarımızı kâinat miqyasında bir mənaya qovuşdurar. O anda sanki yer üzü tək bir ağız olar, təkbir gətirib namaz qılar kimi bir hala bürünər. Misal aləmində birləşən o səslərin bir anda yer üzündən yüksəlişi, sanki möhtəşəm bir xor halında dünyamızın göylərə doğru tövhidi hayqırmasıdır.

Bu möhtəşəm mənaların yaşandığı bayram günlərində kiçik məsələlərdən çıxan incikliklərin, küskünlüklərin nə əhəmiyyəti ola bilər? Onun üçün bayramda hər möminin qardaşlarıyla qardaşlıq müqaviləsini yeniləməsi, qüvvətləndirməsi, kasıbların köməyinə qaçması, uşaqlarını sevindirməsi lazımdır ki, o mənalar yaşanan həyata keçsin.

Bayramların əsl bəzəyi və zinəti təkbirlərdir. Gətirilən hər təkbir ruh və könüllərdə mənəvi coşğunu və həyəcanı canlandırar. Qulu, Rəbbinin əzəməti qarşısında uca duyğulara daşıyar.

Əbu Hüreyrə rəvayət edir: Rəsulullah sallallahu əleyhi vəsəlləm belə buyurmuşdur: "Bayramınızı təkbir gətirmək surətiylə bəzəyin." (ət-Tərğib vət-Tərhib Trc. 2:332.)

Bayramlara sünnə çərçivəsində hazırlanmaq bu adəti də ibadət halına gətirər, bu sevinc günlərini bir iman şüuru içində keçirməyi təmin edər.

Bunun üçün sünnədə yer aldığı kimi bayrama əvvəldən hazırlanmaq, təmiz və gözəl paltarları geymək, qüsl almaq, misvak istifadə etmək və ya dişləri fırçalamaq, gözəl qoxular sürünmək, gülər üzlü olmaq, namazdan əvvəl Ramazan Bayramında xurma və s. şirin bir şey yemək bu günlərimiziə ayrı bir məna qazandırar.

Əsl etibarilə fitrə sədəqəsi olaraq bildiyimiz fitrə də bayram günü verilir. Ramazan ayı içində verilməmişsə fitrənin də o gün verilməsi lazımdır. Onsuz da Ramazan Bayramının hədislərdə keçən adı "ıydu'I-fitr", yəni Fitr Bayramı deməkdir. Yaradılışın gərəyi olan qulluq vəzifələri edildiyi üçün bu adı almışdır.

Bayramların ən gözəl şəkli tanısın tanımasın möminlərin salamlaşaraq, qucaqlaşaraq bir-birləriylə bayramlaşması, bayramlarını qeyd etməsi və təbrikləşməsidir. Səadət əsrində Səhabələr bir-birləriylə "Bərakâllâhü lənə və ləkum" deyərək bayramlaşılardı, yəni "Allah bizdən də, sizdən də qəbul etsin" dedikləri rəvayət edilər. Bu təbrikləşmə bizim dilimizdə "Bayramınız mübarək olsun, bayramınızı mübarək olsun, xeyirli bayramlar" kimi sözlərlə ifadə edilir.

Bayram və Bayram Namazları

VƏ BAYRAM ...