Ya Vəduud...

By:

May 19, 2019

  Əl-Vədud ismi, sevən və sevilən mənasına gəlir. Bu iki mənada, Allah Təala Vədud'dur. Həm məxluqatını sevər, həm də məxluqatı tərəfindən sevilər. Uca Allah Qurani-Kərimdə Şueyb peyğəmbərin öz qövmünə belə buyurduğunu xəbər verir:

“O halda “Rəbbinizdən bağışlanma diləyin, sonra Ona tövbə edin. Həqiqətən, Rabbim Rahiim (çox mərhəmət edən)dir, Vəduud (qullarını çox sevən)dir.” (Hud, 90).

1) Fail vəznində gələn Sevən mənasında. Uca Allah Peyğəmbərləri, nəbiləri, dostlarını və inanan qullarını sevər. 

2) Məful — vəznində isə Məvdud – sevilən mənasındadır. Yəni Allah sevilməyi haqq edəndir. O, qulun sevdiklərindən daha üstün bir sevgini haqq edəndir. Hətta O, qulun öz gözündən, qulağından və nəfsindən daha sevimlidir.

(İbn Qeyyim «Cəlaul Əfham» s. 28. )

 

«Və O, Ğafur (çox bağışlayan)dır, Vədud (qullarını çox sevən)dir». (əl-Buruc 14). 

 

Vədud (sevmə) İsmi, Rahim (mərhəmət etmə) İsmi ilə Ğafur (bağışlama) İsminə daha yaxın bir məna ifadə edər. Lakin aralarında fərq vardır. İnsan ona qarşı pislik edəni bağışlaya bilər, lakin onu sevməyə bilir. Yenə də sevmədiyi bir kimsəyə mərhəmət etməyə də bilir. Allah isə tövbə edən qulunu bağışlar, ona mərhəmət edər və heç nəyə baxmayaraq onu sevər. Çünki «Allah tövbə edənləri də sevər». (əl-Bəqərə 222).

İlk əvvəl, əl-Vədud adının "sevən" mənasını təfəkkür edək. Daha sonra da "sevilən" mənası üzərində dayanaq.

Allah Təala, əl-Vədud'dur- məxluqatını sevər. Bu sevmək, Allahın zatına layiq, ülvi müqəddəs bir məhəbbətdir. Bizlər Allahın, məxluqatını sevdiyini bilir və buna iman edirik; ancaq bu müqəddəs və münəzzəh olan məhəbbətin mahiyyətini idrak edə bilmərik. Rəbbimizin kitabında buyurduğu üzrə kimləri sevdiyini bilir və o sevdiyi qullardan olmağa çalışarıq. Rəbbimiz əl-Vədud adıyla kimləri sevdiyini Quran-ı Kərimdən öyrənək:

"Allah, muhsinləri (yəni Allahı görürmüş kimi Ona ibadət edənləri) sevər." (Bəqərə, 195)

"Şübhəsiz ki, Allah çox tövbə edənləri sevər, yaxşıca təmizlənənləri də sevər". (Bəqərə, 222)

"Şübhəsiz ki, Allah müttəqiləri (yəni təqva əhli qullarını) sevər." (Al-i İmran, 76)

"Allah #səbr edənləri sevər." (Al-i İmran, 146). (vallahu yuhibbus sabirin)

"Şübhəsiz ki, Allah #təvəkkül edənləri sevər. (Al-i İmran, 159). (innallahə yuhibbul mutəvəkkiliin)

Şübhəsiz ki, Allah, #ədalətlə hökm edənləri sevər. (Maidə, 42) (innallahə yuhibbul muqsitiin)

Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar bir divar kimi səf bağlayaraq döyüşənləri sevər. (Saff, 4)

Də ki, siz həqiqətən Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. (Al-i İmran, 31)

 

İndi də əl-Vədud adının ikinci mənası olan "sevilən" mənasından danışaq.

 

İnsanın qəlbinə sonsuz bir məhəbbət duyğusu qoyulmuşdur. Sevdiyi şeyi sonsuz və ölümsüz bir duyğuyla sevər. Görəsən bizə verilən sonsuz məhəbbət duyğusu nə üçündür? Kimi və nəyi sevmək üçündür? ... Bu fənaya məhkum olan məxluqları sevmək üçündürmü? ... Yoxsa fani ləzzətlərə aşiq olmaq üçünmü? ... Ya da mal, məqam, şöhrət kimi fani şeylərə qəlbimizi bağlamaq üçünmü?

Əlbəttə xeyr! Belə sonsuz və qiymətli bir duyğu olan sevgi, bu fani və qiymətsiz şeylərə sərf edilmək üçün verilməmişdir. Bu duyğunun verilmə səbəbi, Allahı sevməkdir; Onun ad və sifətlərinə məhəbbət etməkdir. 

Yaxşı bizlər, əl-Vədud adının təcəllisinə daha çox necə məzhər olacağıq? Yəni Allahı daha çox sevib, Ona necə aşiq olacağıq? Məlumdur ki, insan sevdiyini, bildiyi, tanıdığı ölçüdə sevər. Allahı sevməyin yolu, mərifətullahdan, yəni Allah bilgisindən keçər. Allah bilgisi bir toxumdur. Bir qəlbə düşərsə, o toxumdan Allah sevgisi, yəni muhabbətullah ağacı çıxar. Allah sevgisinə ayna olmağın yolu, Allahı tanımaqdan; isim və sifətlərini bilməkdən və bu isim və sifətlərin təcəllisini kainat səhifəsində oxumaqdan keçir. Allahı nə qədər çox tanısaq, o qədər çox sevərik.

Əgər, "Görəsən mən Allahı nə qədər sevirəm" deyə soruşursansa, Allahı nə qədər sevdiyinizə bu ayəni ölçü edə bilərsiniz: 

"De ki, siz həqiqətən Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın." (Al-i İmran, 31)

Demək Allahı sevmək, Peyğəmbərimiz aleyhissalama tabe olmağı tələb edir. Çünki Allahı sevmək, Onun razı olacağı şeyləri etməkdir. Allah razı olacağı şeyləri də ən mükəmməl surətdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləmdə cəm etmişdir və onun timsalında bəşəriyyətə göstərmişdir.. Deməli, Allaha olan sevgimizin ölçüsü, Rəsulullahın sünnəsinə tabe olduğumuz nisbətindədir. Rəbbimiz tərəfindən tərbiyyə olunan o bəşəriyyətin Müəlliminin sünnətinə nə qədər tabe olursaq, Allahı da o qədər sevirik deməkdir. 

 

Allaha inanan, kainatda və bütün məxluqatın üzərində təcəlli və təzahür edən ilahi isimləri oxuyan, onların təcəllilərindən maksimum ölçüdə istifadə etməyə çalışan möminlər, arif və alim şəxslər, Allahın məhəbbətinə daha çox məzhər olarlar. Onların, ən bariz vəsfləri, qəlblərində Allah sevgisinin hakim olmasıdır.

Bir qulun qəlbi, ilahi məhəbbətlə nə ölçüdə dolub daşarsa, Allah da o qulunu digər qullarına nisbətlə o qədər çox sevər. O bəxtiyar q