Ramazan Yuxu ayı deyil.

By:

May 19, 2019

İslam tarixində ön önəmli və dönüş nöqtəsi olan hadisələr məhz Ramazan ayında gerçəkləşmişdir. Tarix boyunca müsəlmanlar Ramazan ayında şahlanmışlar. Bu ayda Allahın rəhmət və yardımının daha çox gələcəyini bilmiş və bu səbəblə hərəkətə keçmələri lazım olduğuna inanmışlar. Bunları biləndən sonra yəqin ki yuxunu və təmbəlliyi bir kənara qoyub aktiv bir Ramazan yaşayacaqsınız. 

1. Bədir Savaşı. Hicrətin 2-ci ili Ramazan ayının 27-si Cümə günü. Məkkədə müşriklərə qarşı edilən ilk savaş. İman və küfrün savaşı.

2. Məkkənin fəthi. Ramazan ayının 10

3. İslamın Yəməndə yayılması. Hicri 10-cu ili, Ramazanda

4. Hicrətin 13-cü ilində Ramazan ayında, Müsənna bin Harisə radiyallahu anhın komandanlığı altında Sasani (iran) imperatorluğuna İraqın Buveyd ərazisində əzici bir zərbə endirilmişdir.

5. Kadusiyyə döyüşü. Hicrətin 31-ci ilində Ramazan ayında, Sad ibn Əbi Vaqqasın komandanlığı altında Sasanilərə qarşı böyük bir zərbə vurulmuşdur. 

6. Arubə və İslam Günü.
Hicri 479-ci il Ramazanın 25-i cümə gününün sabahı. 
Əndülüsdə Yusuf Bin Tasfin başçılığı ilə Müsəlman Murabıtlar ordusu, Alfonsun başçılıq etdiyi 80.000 nəfərlik bir küffar ordusuna qarşı zəfər əldə etmişdir. 

7. Hicri 584-cü il o böyük komandan Səlahəddin Əyyubi xaçlıların belini məhz Ramazan ayında qırmış, Məscidi-Əqsanı və o bölgəni xaçlıların zülmündən azad etmidir Allahın izni ilə. 

8. Ayn-Calut Hadisəsi.
15 Ramazan 658 Hicri ili (3 Sentyabr 1260) Cümə günü sabahı, Misir Sultanı Sultan Kutuz (rahiməhullah) ”Va İslamah” deyə hayqırdıqdan sonra hücum edərək Moğollara qarşı böyük bir zəfər qazanmışdır. Savaşdan sonra Misir ilə Şam birləşdirilmişdir.

9. Əndəlus'un (İspaniya) Fəthi.
Hicri 711, 28 Ramazan tarixində,Tarıq Bin Ziyadın komandanlığındakı 7000 bin nəfərlik ordu, Qod komandanı Radriki Buhayra ərazisində məğlub etmişdir..
Tarık Bin Zyad öncə Cəbəl-Tarıq boğazını almışdır.Bundan sonra Qurtuba, Qırnada və Əndəlus’un paytaxtı Tulaytula şəhəri fəth edilmişdir. Tarıq Bin Ziyadı, bu fəthlərlə İspaniyada 700 ildən çox davam edən İslam mədəniyyətinin qurucu ünsürlərindən biri olmuşdur.