Ana səhifə

Ətrafımıza baxdığımızda hər varlığın müəyyən bir məqsədə istiqamətli yaradıldığını görürük. Bütün varlıqların insan oxu ətrafında mərkəzləşdiyi bir sistemdə görəsən insan nə üçün yaradılmışdır?


YazdırSend to friend

     Bu sualı əsasən iki yöndən araşdırmaq mümkündür. Birincisi, insan xaricindəki bütün varlıqların insan mərkəzli işləri, insana xidmət etmələri məsələsi. Burada da iki vəziyyət ağla gəlir. Ya demək lazımdır ki insan xaricindəki varlıqlar insanı tanıyır, onun ehtiyaclarını bilir, ona şəfqət edib üzülürlər, bunun üçün də məsələn; meyvə ağacı insanın vitamin ehtiyacını təmin etmək üçün ona meyvə verir, heyvanlar, zülal ehtiyacını qarşılamaq üçün ət, süd, yumurta kimi qidaları insana təqdim edirlər… və ya insan, bütün bunları öz gücü, qüvvəti və qüdrəti ilə edir…

    Halbuki diqqətlə baxıldığında görülür ki, bütün varlıqların insanın ehtiyaclarını təmin etməyə yönəlmiş işləri, insanın onları əmri altına almasıyla, onlara üstün gəlməsiylə deyil. İnsan, həyatını davam etdirmək üçün lazımlı olan ehtiyacları torpaqdan, havadan, sudan, alovdan öz güc və qüvvətiylə təmin edə bilməyəcəyi üçün,  İlâhî rəhmət və qüdrət, almanı ağacın, yumurtanı toyuğun, südü qoyunun əliylə insana lütf edir. Günəşdəki zərərli şüaları da atmosfer vasitəsiylə yenə insan üçün süzür.

    Demək bütün bu hadisələr, insanın çox güclü, qüvvətli və qüdrətli olmasıyla həyata keçmir, tam tərsinə gücü, gücsüzlüyü, zəifliyi və acizliyi üçün ona kömək edilir, əlində olmadığı nemətlərdən ötəri ona lütf edilir, elimsizliyindən  dolayı ona ilham edilir, ehtiyacları üçün ona ikram edilir.

    İndi belə bir sual ağla gəlir? İnsan xaricindəki hər şeyi insane üçün işlədən bu sonsuz qüdrət insanı nə üçün yaratmışdır və insandan nə istəyir?

    Bu suala cavab vermək üçün də insanın digər varlıqlardan fərqini yaxşı bilməsi lazımdır. Bəli Allah, insanı bu kainat içində ən seçilmiş bir surətdə yaratmışdır. Digər bütün varlıqlardan fərqli olaraq; ona varlıqlardakı fayda və məqsədləri idrak edəcək bir ağıl, yaxşı və pisi doğru və səhvi ayırd edə biləcək bir vicdan, bütün elmləri öyrənə biləcək bir qabiliyyət, bir çox gizli sirləri anlaya biləcək bir qəlb, bütün dadları hiss edəcək bir dil, gözəlliklərin bütün incəliklərini görə biləcək bir cüt göz, hər növ nəğmə və  ilahîləri eşidə biləcək bir qulaq vermişdir.

    Cənab-ı Haqq seçilmiş olaraq yaratdığı insanı, özünə dost etmiş, göndərdiyi səmavi kitablarla ona əmr və qadağanlarını bildirmiş, səadət və istiqamət yollarını göstərmişdir.

    İnsan özünə verilən bu uca hiss və orqanların qiymətini bilməzsə, onları verəni unudar və ondan qəflət edər. Allah`ın məxluqu və sənət əsəri olduğunu və hər an onun tərbiyə və nəzarəti altında olduğunu, onun vermiş olduğu nemətlərlə bəsləndiyini unudar. Ona qarşı etməsi lazımlı olan vəzifələrdən üz çevirər. Bəli özünü tanıyan və yaradılış məqsədinin Allah`a qulluq olduğunu bilən insan, bu məqsədə uyğun hərəkət edər.



15-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz