Ana səhifə

Ətrafımızda, az da olsa, "Görmədiyimə inanmaram" deyən kəslərlə qarşılaşırıq. Onları, bu səhv düşüncələrindən döndərmək üçün nələr söyləməliyik?


YazdırSend to friend

Bu da bir gerçəkdir ki, varlıq aləmi yalnız beş duyğu ilə hiss edilə bilənlərdən ibarət deyildir.İnsan, görmə duyğusu ilə yalnız maddə aləmini görür. Diliylə dadlar aləmini, qulağıyla səslər aləmini, burnuyla qoxular aləmini hiss edir. Halbuki elektrik, cazibə, şüalar aləmi, radioaktiv dalğalar və nə qədər həqiqətlər var ki, bunlar, nə görülürlər nə də eşidilirlər. Bununla bərabər, bu gerçəklərin varlığına şübhə edilməz.

Məhz bu prinsipi göz ardı edən bir qisim insanlar, "görmədiyimə inanmaram" deyərək bütün varlıq aləmini, yalnız gözləriylə gördükləri maddi əşyadan ibarət sanaraq, böyük bir xətaya düşürlər. Halbuki bir şeyin gözlə görünməməsi onun yoxluğuna dəlil ola bilməz. Çünki bu aləmdə, gördüklərimizə nisbətlə görə bilmədiklərimiz daha da çoxdur. Hətta insan bədənin dəağıl, xəyal, yaddaş kimi görünməyən varlıqlar, görünəndən qat-qat çoxdur.

"Görmədiyim şeyə inanmaram." sözünün altında ağlın vəzifəsini gözə yükləmə xətası yatır. Halbuki insandakı hər bir duyğu ayrı bir aləmin qapısını açır, birinin vəzifəsi digərindən gözlənilməz. Məsələn, göz, qulağın; burun, dilin vəzifəsini görə bilməz. İnsan gözü nə yeməyin dadına,nə bülbülün səsinə, nə də gülün qoxusuna baxa bilər. Göz bu orqanların vəzifələrini yerinə yetirə bilməz ikən, əlbəttə ağlın funksiyasını da icra edə bilməz.

Məlumdur ki, hər hansı bir əsər, göz ilə göründüyü halda, ustası ağıl ilə anlaşılır. "Görmədiyimə inanmaram." deyən bir insan, bu əsərin qurucusunu inkar vəziyyətinə düşür. Eynilə bu nümunədə olduğu kimi, sonsuz bir qüvvət, elm və sənət məhsulu olan bu möhtəşəm kainatı seyr etdiyi halda, onun sənətkarını qəbul etməyən insan, elm və ağıldan uzaqlaşmış olur.

Belə bir insan, bu kainatda hər an təcəlli edən və Allahın varlığını günəş kimi göstərən, yaratma, ruzi vermə, həyat vermə kimi hüdudsuz hadisələri necə açıqlayacaq?

"Hər şeyi maddədə axtaranların ağılları gözlərindədir, göz isə mənəviyyatda kordur."

Müəllif: 


05-03-2016 09:01:30

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz