Ana səhifə

Allaha aşiq olmaq nə deməkdir?


YazdırSend to friend

Eşq güclü sevgiyə deyilir. Təsəvvüf dilində Allaha məhəbbət mənasında işlədilir (Nursi, Məktubat, səh. 450). Allahın zatı, sifətləri və adları məxluqatına bənzəmədiyi kimi ona olan sevgi də əsla yaratdıqlarına olan sevgiyə bənzəməz və bənzəməməlidir.

İnsan eşqi ya məcazi, ya da həqiqi mənada işlədir. Məcazi eşq fanilərə könül verməkdir. Həqiqi eşq isə Allahı sevməkdir. Bəzən məcazi eşq həqiqi eşqə vəsilə olur. (Əraydın, Təsəvvüf və Təriqət, səh. 203). Haqq aşiqi olan şəxs hər şeyi “Mövlanın diyarından” gəlmiş olaraq görür.

Quran və səhih hədislərdə eşq kəlməsi işlədilmir. “Sevgi” çox vaxt “hub” (sevgi) və “məhəbbət”, bəzən də “məvəddət” (sevgi) kəlimələri və onların yaxınmənalıları ilə ifadə edilir. Allah sevgisindən çox Allah qorxusuna üstünlük verən ilk zahidlər də eşqdən bəhs etməmişlər. İlk dəfə II (b.e. VIII əsri) əsrdə Allah ilə qul arasındakı sevgini anlatmaq üçün az da olsa, eşq kəlməsinin istifadə edildiyinin başlandığını göstərən rəvayətlər var. Belə ki, deyildiyinə görə, Həsəni-Bəsri (ö. 110/728) Allahın “Qulum mənə, mən də ona aşiq olaram.” buyurduğunu bildirmişdir. Abdülvahid b. Zeyd isə (ö. 177/793) peyğəmbərlərdən birinin “Allah mənə, mən də Ona aşiq oldum.” dediyini söyləyir. Başqa bir rəvayətdə buna bənzər bir söz Əbül-Hüseyin ən Nuriyə (ö. 295/908) aiddir.

Alimlər, hətta ilk dövrlərdə mütəsəvviflərin (təsəvvüflə məşğul olanların) böyük əksəriyyəti Allah  sevgisini ifadə etmək üçün Quran və Sünnədə hub və məhəbbət əvəzinə eşq kəlməsinin istifadə edilməsinə qarşı çıxmışlar. Rəbiyyə əl-Ədəviyyə (ö. 185/801), Bəyazidi-Bistami (ö. 234/848), Cüneydi-Bağdadi (ö. 297/909), Həllacı-Mənsur (ö. 310/922) kimi sevgi mövzusunu işləyən ilk sufilər əsasən eşq, aşiq və məşuq əvəzinə hub, məhəbbət, həbib, məhbub kəlmələrini işlətməyi üstün tutmuşlar. Şəriət hökmlərə çox bağlı olduğu məlum olan İbn Hafif də (ö. 371/98İ) Allah sevgisinin eşq kəlməsilə ifadə edilməsinə uzun müddət qarşı çıxmışdır. Ancaq onun Cüneydi-Bağdadinin eşqin mahiyyətinə dair bir risaləsini oxuduqdan sonra fikrini dəyişdirdiyi, hətta bu mövzuda bir risalə də yazdığı rəvayət edilir.

Haris əl-Muhasibi, Xacə Abdullah əl-Hərəvi, Muhaməd b. Hüseyn əs-Süləmi, Əbu Talib əl-Məkki, Hakim ət-Tirmizi, Əbu Nasr əs-Sərrac, Muhamməd b. İbrahim əl-Kəlabazi, Əbu Nuaym, Abdulkərim əl-Kuşeyri, Hücviri, Qəzali kimi mütəsəvvüf  yazıçılar da əsərlərində eşq kəlməsinə ya heç yer verməmişlər, ya da az istifadə etmişlər. Bunun əvəzinə böyük önəm verdikləri Allah sevgisi mövzusunu hubməhəbbət sözlərilə izah etməyi üstün tutmuşlar. Bunlardan Quşeyrinin nəql etdiyinə görə, Allah ilə qul arasındakı sevginin eşq məfhumu ilə ifadə edilməsinə qarşı olan Şeyx Əbu Əli əd-Dəqqakqbu fikrini belə açıqlamışdır:

Eşq həddini aşmış sevgi mənasını verir. Allah üçün belə bir həddi aşma olmadığına görə Onun quluna olan sevgisinə eşq deyilə bilməz. Digər tərəfdən qulun Allaha duyduğu sevgi nə qədər güclü olarsa olsun, yenə də Onu kifayət qədər və layiq olduğu dərəcədə sevə bilməyəcəyinə görə qulun Allah sevgisi də eşq adlandırıla bilməz (bax: Risale, səh. 615). Bununla bərabər Kuşeyri sufilərin Allah sevgisini eşq kəlməsilə ifadə etmələrini anlayışla qarşılamışdır. Belə ki, o əsərinin “Məhəbbət” bölməsini “Aşiqlər söylədikləri sözlərə görə qınamaq olmaz.” cümləsi ilə bitirir. (a.e. səh. 625)

Eşq kəlməsinin dini bir termin kimi istifadə edilməsini doğru görən sufilərin əsaslandıqları bəzi ayə və hədislər var. Məsələn, onların fikrincə, “...İman gətirənlərin isə Allaha sevgisi daha güclüdür ...” (Bəqərə surəsi, 2/165) ayəsindəki qüvvətli sevgidə məqsəd eşqdir. Digər bir ayyədə də (Tövbə surəsi, 9/24) möminlərin Allahı hər şeydən çox sevməli olduqları bildirilir. Hz. Muhamməd (s.ə.s) Hz. Öməə (r.a) “Mən sənə hər kəsdən daha sevimli olmadıqca iman gətirmiş ola bilməzsən.” demişdir. (Buxari, “iman”, 8-9; Muslim, İman, 67-70). Mütəsəvvüf bu mənaya gələn ayə və hədislərdən Allaha və Rəsuluna (s.ə.s) aşiq olmağın əsas mənasını açıqlamışlar.

Hücviri şeyxlərin eşq mövzusunda fərqli görüşləri olduqlarıni bildirərək başlıca fikirləri belə açıqlayır:

Bir zümrəyə görə eşq sevgilisindən ayrı düşənin xüsusiyyətidir. Qul da Allahdan ayrı qaldığına görə onun Allah sevgisinə eşq demək doğrudur. Bunun əksinə, Allah heç bir şeydən ayrı və uzaq olmadığına görə Onun sevgisi eşq kəlməsi ilə ifadə edilə bilməz. Başqa bir görüşə görə eşq həddi aşma deməkdir, Allah da hüdudsuz varlıq olduğu üçün Ona duyulan sevgi heç bir şəkildə hədsiz ola bilməz, ona görə də, eşq adlandırıla bilməz.

Hücviri əsaslandıqları fərqli mənbələri də sadalayaraq sonrakı alimlərin Allaha duyulan sevginin məhəbbət termini ilə ifadə edilməli olduğunu, bunun əvəzinə eşq kəlməsini işlətməyin doğru olmadığı fikrində olduqlarını bildirir. (Keşfü’l-mahcub, səh. 401)

Qəzâlî İhyau Ulumid-dîn'in Allah sevgisi Mövzusunu tədqiq etdiyi "Kitâbul-Məhəbbə vəş-Şəvq vəl-Uns vər-Rızâ" başlıqlı bölməsində eşq kəliməsinə iltifat etməmişdir. Bununla bərabır o eyni əsərin səmâ (eşitmə, dinləmək) mövzusu ilə əlaqəli bölməsində Allah'ı sevən, O'na âşiq olan və O'na qovuşma istəyi duyan insanın səmâsından da söz salır və bu səmanın insanın şövq, eşq və sevgisini coşduracağını ifadə edir. Qəzâliyə görə Allah'ı tanıyan O'nu sevir. Tanıma (marifət) artdıqca sevgi də inkişaf edir və güclənir. Məhz bu sevgiyə eşq deyilir. Sevginin bu şəkildə eşq halını alması, qulun marifətdə yetkinləşərək ilâhî gözəlliyi idrak etməsindən irəli  gəlir; bu idrak artdıqca eşq də güclənir.

Belə ki, Hz. Peyğəmbərin (s.ə.s)  Hira mağarasında ibadətə qapandığını görən Məkkə müşrikləri “Muhəmməd Allahına aşiq oldu.” demişdilər. Gerçək aşiq qəlbindəki Allah sevgisinə heç bir varlığın sevgisini ortaq eməz. Buna görə başqa şeylərə qarşı duyulan sevgiyə ancaq məcazi dildə eşq deyilə bilər, çünki ortağı olmayan, ona görə də ortaqsız sevilə bilən tək varlıq Allahdır. (İhya, II/279-280; bax: Süleyman Uludağ, TDV. İslam Ensiklopediyası, Eşq mad.)

Müəllif: 


08-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz