Ana səhifə

Axirətə gedib gələn var?


YazdırSend to friend

Gündəlik həyatımızda, axirətin varlığı haqqında dərinliyinə nüfuz edilmədikcə, çətinlik çəkdiyimiz suallarla qarşılaşırıq. Bunlar "Görmədiyimə inanmaram! .."safsatasının(əsilsiz, boş söz) arxasına sığınan materialistlərin, bir iman vadisini dəinkar üçün istifadə etdikləri, dövrünü çoxdan keçmiş sayıqlamalarıdır.

Bəli, insanın ağıl və məntiqinin bir hadisəni hal-hazırda qəbullanıb onu gələcək üçün inkar etməsindən daha qorxunc bir təzad düşünülə bilməz. Əslində axirətin varlığına dəlil olaraq içində yaşadığımız həyat kifayətdir. İkinci bir həyatın varlığını inkar edənlər, içində yaşadıqları həyatı inkar edə bilərlər? Edə bilməzlər.

Çünki; bir sərkərdənin heç yoxdan bir ordunu yığıb əmri altına alması daha asandır, yoxsa vəzifəsini öyrənmiş, bir-biriylə tanış olmuş və istirahət üçün dağılmış bir ordunu təşkil edən əsgərləri, təkrar bir boru səsiylə bir araya gətirməsi daha asandır? Hansı? Əlbəttə ikincisi. Bu misal kimi, Rəbbimiz, bizi yoxluq qaranlıqlarından çıxarıb, tərtəmiz bir aləmdə həyat dediyimiz neməti vermiş olduğuna görə, ölüncə eyni işin bir dəfə daha təkrarlanması necə mümkün ola bilər ?. Üstəlik birincisinə görə daha asan deyilmi?

Həm bir yerdən vəya bir şeydən xəbər vermək üçün, o yerə getmək vəya o şeyi mütləq gözümüzlə görmək gərəkdirmi? Astronomiya elmi bizə ulduzlardan, qalaktikalardan, bəhs edir. Kosmosda hələ işığı bizə çata bilməyən neçə-neçə ulduzlar vardır. Yaxşı buralara kim gedib, kim gəlmişdir?

Bu mövzu ilə əlaqəli olaraq Bədiüzzaman Həzrətləri belə deyir:

"Qeyb pərdəsi içindəki axirət aləminə aid mənzilləri dünya gözümüzlə görmək və göstərmək üçün, ya kainatı kiçildib iki vilayət dərəcəsinə gətirməli, yaxud gözümüzü böyüdüb ulduzlar kimi gözlərimiz olmalıdır ki, yerlərini görüb, təyin edək. Axirət aləminə aid mənzillər bu dünyəvi gözümüzlə görülməz."

Bu dünyanın ölçülərinə görə çalışan insan ağlı, hər nə qədər mahiyyət və ölçüləri başqa olan bir aləmi haqqıyla idrakdan aciz isə də varlığı haqqında hədsiz dəlillər olub isbat edildiyi üçün, axirəti mümkün görməkdədir. Əqli olaraq mümkün olan bir şeyin varlığı da xəbər yolu ilə gerçəkləşər. Bütün peyğəmbərlər və kitablar axirətin varlığını xəbər vermiş və insanın öldükdən sonra təkrar dirilərək, bu dünya həyatında etdiklərindən hesaba    çəkiləcəyini    xəbər    vermişdirlər.   Müqəddəs kitabımız Qurani-Kərimdə də axirət həyatı və dünya həyatından bəzi misallar, bir sıra təşbehlər gətirilərək ən mükəmməl bir tərzdə izah edilmişdir. Bu izah da, axirətin, cənnət və cəhənnəm mənzillərinin dünyaya bənzədiyindən deyil, başqa cür tam mənasıyla bu həqiqəti anlamaq mümkün olmadığındandır.

Üstəlik Əfəndimiz (s.ə.s) də, Merac gecəsində gedib görmüş və gəlib xəbər vermişdir. İndi varlığı haqqında bu qədər möhkəm dəlillər sıraladıqdan sonra, inkar edənlərdən soruşuruq:

Siz hara gedib baxdınız da görə bilmədiyinizdən ötəri yoxluğuna hökm edirsiniz? Dəliliniz nədir? Madam inkar edirsiniz, inkârınıza dəlil gətirmək məcburiyyətindəsiniz. Yox, yox demək nəyi həll edər?

İzah və isbat edənlərin, cildlərlə dolu məlumatlar verib şübhələri dəf etdikləri bir iddianın, günəş kimi açıq bir həqiqətin qarşısında inkar ilə gözlərini qapayanlar, ancaq özlərinə gündüzü gecə edərlər ...

Yazıçı:

Gerçəyə Doğru



19-01-2016 10:34:35

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz