Ana səhifə

Harama girməkdən qorxuram; harama girməmək üçün nəfsimizə necə mane olmalıyıq?


YazdırSend to friend

    

   İnsan nəfsini cilovlayan ən mühüm vasitələrdən biri də orucdur. Xüsusən, aclıq insanın nəfsini tam tərbiyə edib və onu pis hislərdən təmizləməkdədir. Bunu bilən Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) şəhvət hislərinə hakim olmaqda çətinlik çəkən adamlara oruc tutmağı tövsiyə etmişdir. Oruc isə imsaq vaxtının girməsi ilə başlayır və axşam düşəndə bitir. Bu niyyətlə davamlı surətdə oruc tutmağa məcbur deyilik. Ancaq şəhvət hislərimizi cilovlamaqda çətinlik çəkdiyimiz vaxtlarda oruc tutmağımız doğrudur. Beləcə, haramlardan qorunarıq.

      İradə nəfsdən gələn heyvani arzu və istəklərin şüura və həyata təsirinin qarşısını alan keyfiyyət, beləliklə, özünə hakim olma gücü və iqtidarı deməkdir. Tərbiyə edilmiş iradələr əvvəlcə müxtəlif duyğu və meyilləri, sonra isə düşüncə və davranışları nəzarət altına alaraq, faydalı və doğru olan şeyləri tətbiq və icra edər, düzgün olmayanları da şüur altına itələyər və həbs edərlər.

     İnsan iradəsini həyat üçün faydalı olacaq surətdə hərəkətə gətirən, onu müvəffəqiyyət və səadət pillərinə yüksəldən ən gözəl və həqiqi qaynaqlar isə, növbə ilə sadalasaq, doğru bilgi, sağlam inanclar, riyakarlıqdan uzaq ibadətlər və ürəkdən edilən ixlaslı dualardır. Çünki insanlar bildiklərini edər, inanc və düşüncələrinə uyğun şəkildə əməl edərlər.

    Psixologiya mütəxəssislərinə görə,  müasir dövrümüzdə insanları depressiyaya salan,  onları günahlara, qeyri-sağlam hərəkətlərə sövq edən, hətta intihara qədər sürükləyən ən mühüm səbəb tənhalıq, yalqızlıqdır. Müasiri olduğumuz insanın təhhalaşmasına səbəb olan başlıca amil isə onu mənəviyyatdan: sevgi, yaxşılıq, digərlərinə hörmətlə yanaşmaq, fədakarlıq kimi fəzilətlərindən uzaqlaşdırıb təkəbbürllü, acgöz məxluqa çevirən maddəçi fəlsəfələr və ona əsaslanan təhsil sistemləridir.

    Son əsrdə inkişaf edən texnologiya, cəmiyyətləri böyütmüş olmasına baxmayaraq, ailə və dostluq sərhədlərini kiçiltmiş və insanı hər gün bir az daha yalnızlığa sürükləyərək, öz dar qəfəsinə həbs etmişdir. Beləcə, ailə üzvləri, qohumlar arasındakı əlaqələrin möhkəmliyinə xələl gəlmiş, dostluq və səmimiyyət hisləri zəifləmiş, cürbəcür şəkillərdə özünü göstərən mənfəətlər və rəqabət insanları əks qütblərdə duran qardaşlara çevirmişdir.  Saxta gülüşlər, riyakarcasına söylənən sözlər, dərin səmimiyyətdən uzaq yaxınlıqlar insanları sanki ruhsuz və mənəvi baxımdan yoxsul varlıqlara çevirmişdir. Bərabər əylənib, birlikdə yeyib-içməklərinə aldanmaq lazım deyil. Bütün bunlar içlərindəki sıxıntıdan qurtulsunlar deyə, bir-birindən yararlanmaq, yəni şəxsi mənafe üçün edilər.

   İbadətlər, əslində, insanı hər zaman nəfsi ilə baş-başa qoyur və əda edilən hər bir ibadət iradəmizi gücləndirən bir ünsürdür, eyni zamanda da nəfsimizi zəiflədən gücdür. İradəsini gücləndirən insan ibadətlərinə diqqət etməli, günahlardan uzaq durmalı və həm özü, həm də bəşəriyyət üçün faydalı işlərlə məşğul olmalıdır. 

Müəllif: 


11-07-2015 12:00:00