Ana səhifə

İslam Cəza Hüququnda Rəcm


YazdırSend to friend

   Rəcm-daşla öldürmək, daşa tutmaq, birinə daş atmaq, söymək, lənət etmək, qovmaq, birinin namusuna böhtan etməq, pis zənndə olmaq; evli və ya dul olan kişi və ya qadının zina etməsi halında İslam məhkəməsinin qərarı ilə daşlanaraq öldürülməsi mənasında istifadə olunan bir İslam Cəza Hüququ terminidir. R.c.m kökündən törəmiş bir məsdərdir, cəmi isə "rucüm"-dur. Eyni kökdən olan "racim", rəcm olunan, taşlanan, qovulan və lənətlənmiş mənasındadır.

 İslam Cəza Hüququ, cəmiyyətin mənfəətini qorumaq, cinayətkar əməllərin törədilməsindən daşındırmaq və zərər görmüş tərəfi təsəlli etməklə yanaşı günahkarın islah edilməsini də məqsəd olaraq qarşıya qoyan bir sistemdir. Hətta axirət həyatı da  düşünüldüyü zaman, İslamda ən ağır cəzalarda belə hələ cinayət əməli işlənilmədən öncə fərdlərin zehinlərində cinayət düşüncəsinə əngəl olma məqsədi vardır. Cinayət işləmək düşüncəsini əngəlləmək, cinayət meydana gəldikdən sonra günahkarın peşmanlıq keçirə bilməsini təmin etmək və s metodlarla İslam, cəzanı məqsədsiz bir şiddət və intiqam olaraq görməyib, günahkarı cəmiyyəta qazandırmağı məqsəd etmişdir Cəzanın bu baxımdan ilk və ən əhəmiyyətli məqsədi günahkarın islah olmasıdır. Yüngülləşdirici səbəblər və şübhələrlə cəza verilməməsinə çalışması, İslam Cəza Hüququnun əsas məqsədinin məhz cəza vermək olmadığını göstərir. (Zuhaylî, el-Fıkhu’l-İslami, VII, s. 480.  الغاية الأولى للعقاب هي إصلاح المجرم )

    Cəzalar əlbəttə islah mövzusunda yeganə yol deyil. Cinayət işləmək imkanlarını azaldan cinayəti əngəlləyən strategiyalar İslamın çox önəm verdiyi bir metdoddur. Təhsil və şüurlandırma, qıtlıq və iqtisadi çətinlik zamanlarında dövlətin xalqa yardımı, sosial obyektlərin tikintisi, cinayət törədilməsi ehtimal olunan yerlərin tədbirlərlə tənzimləməsi kimi islahatlar bunların bəziləridir. (Hafize Kontbay, “İslam Hüququnda Gözetilen Amaçlar Işığında Suçla Mücadele ve Suçluların Islahı”,Ankara Üniversitesi SBE,Ankara 2007 ( Yayımlanmamış Yüksek Lisans Tezi) s. 45.)

   Buradan da aydın olur ki İslamda cəzalar, günahkarın yaxşıya sövq olunması və islah edilərək cinayətdən uzaqlaşdırılması yolu ilə cəmiyyəta uyğunlaşmasını təmin etmək funksiyasını yerinə yetirir. Cəzalar, günahkarın yenidən cinayət işləməsinə əngəl olacaq xüsusiyyətə sahib olmalıdır. İslah prinsipinə görə də günahkar günahı işlədiyi üçün deyil, bir daha cinayət işləməməsi üçün cəzalandırılır. Məqsəd günahkarın cəmiyyətə geri qazanılmasıdır. Bu səbəblə də cəza verilərkən təhqir edici söz və hərəkətlərdən qəbul edilmir və peşmançılıq duyğusunun o insanda təzahür etməsi məqsəd qoyular. (Maverdi, Ahkâmu’s-Sultaniyye, s. 293; Əbu Ya’la, Muhamməd b. Huseyn el-Ferrâ (458/ 1065-66) el-Ahkâmu’s-Sultaniyye, Beyrut 1983, s. 295; İbn Humam, V, s. 211; Kahveci, s. 42; Mevsılî, IV, s. 79.; İbn Nüceym, II, s. 11. وسميت العقوبات الخالصة حدودا لانها موانع من ارتكاب أسبابها معاودة 

فَاقْتَضَتِ الْحِكْمَةُ شَرْعَ هَذِهِ الْحُدُودِ حَسْمًا لِهَذَا الْفَسَادِ، وَزَجْرًا عَنِ ارْتِكَابِهِ لِيَبْقَى الْعَالَمُ عَلَى نَظْمِ الِاسْتِقَامَةِ)

  Bu cür ağır cəzaların insanlar üzərində buraxdığı psixoloji qorxu tərəfi də var. Məsələn, zina etdikdən sonra ağır cəzaya məhkum ediləcəyini əvvəlcədən bilən sağlam düşüncəli hər bir insan zina etməyə cəsarət edərmi? Əlbəttə etməz. Nəinki zina etmez, heç ona yaxın da durmaz. Cəzanın mahiyyeti də məhz budur: sonradan bədəlini ödəyə bilməyəcəyin ağır yükün (günahın) altına girməməlisən.

   Qur’anda başqa bir ayədə isə zina əməli Allaha (c.c) şirk qoşmaq, oğurluq, uşaq öldürmək, iftira atmaq kimi ağır günahlarla bir sırada sadalanır:

 "Ey Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqlarına, oğurluq və zina etməyəcəklərinə, uşaqlarını öldürməyəcəklərinə, əlləri ilə ayaqları arasından olanı yalanla ört-basdır etməyəcəklərinə (ərlərindən olmayan uşaqlarını onlara isnad etməyəcəklərinə) və heç bir yaxşı işdə sənə qarşı çıxmayacaqlarına dair sənə beyət etmək üçün yanına gəldikləri zaman onların beyətini qəbul et və Allahdan onlar üçün bağışlanma dilə. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir." (Mumtəhinə, 60/12)

  Hazırda vəziyyət o həddə çatıb ki, hətta bəzi müasir müsəlmanlar da “Qur’anda rəcm cəzası yoxdur” deyərək rəcm cəzası ilə bağlı səhih hədisləri “barbarlıq” kimi görərək onları inkar etməyə daha çox üstünlük verirlər.

   Bəlkə də bir müsəlman olaraq bizlər yaranmış bu acınacaqlı vəziyyətə əsla təəccüblənməli deyilik. Dövrümüzdə rəcm cəzasına “barbarlıq” kimi baxılmasına niyə görə təəccüblənməli deyilik?

 – Çünki qadın alveri, zina, fühuş və əxlaqsızlığın əl-qol açıb geniş yayıldığı, qadın istismarının yeni forması olan porno sənayesinin bir çox cəmiyyətlər tərəfindən məşru və məqbul olaraq qəbul edildiyi bir dünyada rəcm cəzasının “vəhşilik” kimi görülməsində qeyri-adi heç nə yoxdur. Əgər bir fahişəxanaya gedib oradakı insanlara əxlaq dərsi keçməyə cəhd etsəniz, onlar əlbəttə ki, sizə “afərin” deməzlər, üstəlik sizi döyə-döyə oradan qovarlar.

 – Çünki fühuş işləməkdən həzz və qazanc alanlar, hər il fahişəxanalar və porno sənayesindən milyonlarla gəlir əldə edənlər üçün həyatdakı ən “dəhşətli və vəhşi” şey yalnız rəcm ola bilər.

 – Çünki “ben porno izlemeyi severim, porno yararlı bir şey, çocuklara da öğretilmeli” deyib açıq-aşkar zinanın təbliği ilə məşğul olan Celal Şengör kimi islamofob düşüncəli professorları yetişdirən müsəlman cəmiyyətlərimiz var.

 – Çünki nəinki qeyri-müsəlman, hətta müsəlman cəmiyyətlərdə bələ fəaliyyət göstərən çox saylı əxlaqsızlıq yuvalarının mövcudluğu insanları nə bir o qədər narahat etmir, nə də ki, heç veclərinə də deyil. Sanki həmin əxlaqsızlıq yuvalarının varlığı cəmiyyətin (hətta çoxu müsəlman olsa belə) ayrılmaz bir parçasına çevrilib və hər kəsin gözündə adiləşib artıq.

 – Çünki cəmiyyətin əksər üzvləri gündəlik həyatda, internetdə, TV-də, reklam çarxlarında və küçələrdə yarıçılpaq qadınlar, erotik xarakterli davranışlar, filmlər görməyə çoxdan öyrəşiblər. Artıq fühuş və əxlaqsızlıq adiləşib, normallaşıb və hətta müasirləşib olub “azad seks”. “Azad seks”lə məşğul olmayana, naməhrəmlə yaxınlıq etməyənə, gündə bir qızla fırlanmayana “geridə qalmışlıq” kimi baxılan bir dünyada yaşayırıq biz.

 – Çünki “əxlaqsızlıq və fühuş açıq şəkildə işlənmədən qiyamət qopmaz” hədisinin həqiqətə çevrildiyi bir vaxtda yaşayırıq biz.

  Rəcm məsələsi İslamın bütün hökm və əhkamlarının qüvvədə olduğu bir zəmində müzakirə edilərsə bu cəzanın səbəbi aydınlaşar. İslam qanunları ilə idarə olunan bir ölkədə evli bir kimsənin zina etməsi üçün bütün təbii səbəblər ortadan qaldırılmışdır. İslamın bir bütün olaraq yaşandığı zəmində evli olan kişi, həyat yoldaşından razı deyilsə ayrıla bilər. Məmnun olmayan kişi isə ayrılmaqla yanaşı ikinci bir xanımla da evlənmə imkanına malikdir. Bundan da əlavə, savaş nəticəsində alınan qadın əsirlər cariyə statusuna daxil edilibsə bunlardan alma imkanına sahibdir. Həmçinin insanları zinaya sövq edən bütün təhrik edici vasitələr yasaqlanmışdır. Divarlarda, kinoda və televiziyada, qəzet və jurnallarda ... insanı əxlaqsızlığa çağıran mənzərələr yoxdur. Qadın örtünmüş, qarşı cinslə münasibət zərurət səviyyəsinə endirilmişdir.

    Bütün bu şərtləri reallaşdırdıqdan sonra ailəni qəti olaraq qorumaq istəyən İslam, evli şəxslərin zinasını qəti olaraq yasaqlamış və bu qadağaya əməl olunmasını təmin etmək üçün də ən ağır cəza olan rəcmi qoymuşdur. Subaylıq bir təhrik edici səbəb olduğu üçün subayın zinasının cəzası daha yüngül edilmişdir.

  Rəcm cəzasına səbəb olan evlinin zinasının qarşısını almaq üçün görülən tədbirlərə baxmayaraq birisi bu əməli işləyərsə cəzanın tətbiq olunması üçün məhkəmdə isbat tələb olunur.

   İsbat və cəzanın tətbiq olunması elə şərtlərə bağlanmışdır ki, bunların reallaşması demək olar ki qeyri-mümkündür. Tarix boyunca rəcim cəzasının tətbiq olunmasında müşahidə olunan azlığın səbəbini bu nöqtədə axtarmaq lazımdır. Bu şərtlər qoyularkən sanki rəcim cəzasının, tətbiq olunmaqdan çox daşındırıcı, qorxuducu bir sanksiya mahiyyəti daşıması düşünülmüşdür. Bu cəza zinakarın öz günahını etiraf etdiyi təqdirdə həyata keçirilir. Baxmayaraq ki, İslam dini günahları örtməyə çağırır. Yəni, Allahın bir insanın günahını örtdüyü təqdirdə kiminsə günahına şahidlik edən dörd nəfər tapılmırsa, o cəza tətbiq edilmir. Bu da İslam dininin bəndələrə rəhmət olmasındandır. Adətən zinaya bir iki şahid tapılır. Cəmiyyətlərdə zina geniş yayılsa da, dörd şahidin tapılması çox nadir hallarda olur. Buna baxmayaraq, İslam düşmənləri nadir hallarda günahı tam isbat olunan şəxslərə tətbiq olunan bu cəzanı elə şişirdir və elə “ürəyiyanan”görünürlər ki, heç müsəlman ölkələrində qeyri-müsəlmanların atdığı raket zərbələrində ölən minlərlə günahsız uşaqlarçün və aciz insanlarçün belə narahat olmurlar.

   İbn Qudamə əl-Məqdisi (rahiməhullah) demişdir: «Evli (həyat yoldaşı olan) zinakar kimsənin daşqalaq olunmasının vacib olması elm əhlinin ümumunun rəyidir. Bu rəyə xəvariclərdən başqa müxalif olan bilmirik.» (əl-Muğni, 12/309. T. Turki.)

   İbn Battal demişdir: «Peyğəmbərdən sabit olmuşdur ki, o (zinakarın) daşqalaq olunmasını əmr etmiş və (zinakar) daşqalaq edilmişdir. Məgər Əlinin (radıyəllahu ənhu) sözünü görmürsənmi? «Biz Peyğəmbərin yoluna uyğun daşqalaq etdik, Ömər ibnil-Xəttab da daşqalaq etmişdir.» Deməli, daşqalaq Peyğəmbərin sünnəti, raşidi xəlifələrin feili və böyük alimlərin ittifaqıyla sabitdir. Onlardan: Malik ibn Ənəs Mədinə əhlindən, Şam əhlindən Əvzəi, İraq əhlinin camaatından əs-Səuri, əş-Şafi, Əhməd, İshaq və Əbus-Sovru (misal çəkmək olar). Xəvaric və mötəzilələr “daşqalaq Qur’anda yoxdur” deyib daşqalağı inkar etdilər.» (Şərhu ibn Bəttal, 8/431)

Aşağıda qeyd olunan fərqli hökmlər sizi çaşdırmasın. İslam qanunvericiliyində qanunların təməli sabit olmaqla bərabər həmin qanunların təfərrüatları zaman, məkan və digər səbəblərə görə elastikdir. Məsələn, zinanın, əxlaqsızlığın daha geniş yayıldığı yerlədə rəcm cəzasının təfərrüatlarında, şərtlərində daha sərt, çəkindirici prinsplər tətbiq olnur. Hər hansı İslam qanunları ilə fəaliyyət göstərən ölkə aşağıdakı İslam alimlərinin fərqli fikirlərindən öz zaman, məkan və adət-ənənələrinə uyğun olanları əsas götürərək vahid bir cəza qanunvericiliyi hazırlayıb tətbiq edir. 

  1- Rəcmin Tətbiq edilə bilməsinin şərtləri
 

   a.İsbat Edilmiş Bir Zina Olmalıdır

   Zina edən şəxsin rəcm oluna bilməsi üçün iqrar (etiraf, təsdiq) və ya dörd kişi şahid olmalıdır. Zinanı iqrar edən şəxs ağılı başında və yetkin olmalı, məcburiyyət, icbar altında olmamalıdır. Şafii və Malikilər'ə görə bir iqrar kafi olduğu halda, Hənəfi və Hənbəlilər'ə görə iqrar dörd ayrı məclisdə edilməlidir. Şafii xaricindəki hüquqşünaslara görə iqrar sözlə edilməlidir. Yazı və işarələr iqrar sayılmaz. Ayrıca iqrar, hakim ya da dövlət başçısının hüzurunda olmalı və iqrarı edən şəxs sərxoş olmamalıdır. Zina edənlərdən biri iqrar, digəri inkar edərsə, təsdiq edənə rəcm tətbiq olunar. Əbu Hənifə, İbn Hənbəl və Şafiyə görə rəcm əsnasında qaçan kimsə iqrarından əl çəkmiş, fikrindən daşınmış sayılır. [İbn Qudamə, VIII, 191; Zuhayli, VI, 53,56.].

     Zinanın dörd şahidlə isbat edilməsi üçün şahidlik edənlərin ağılı başında, həddi büluğa çatmış, azad, Müsəlman, ən az dörd kişi və ədalətli olmaları, həmçinin eyni hadisəyə bir məclisdə və bəhanəsiz olaraq aradan uzun zaman keçmədən şahidlik etmələri lazımdır. Ayrıca şahidlər zina cinayətini "qılıncın qınına girdiyi kimi" gördüklərini açıq şəkildə bəyan etməlidirlər. Birlikdə, oynaşarkən, eyni yataqda görmək kafi deyildir. Zahiri məzhəbi istisna olmaqla digər islam hüquqşünaslarına görə dörd şahidin də kişi olması lazımdır. Şafii, Maliki və Hanbəlilərə görə zina edən qadının əri dörd şahiddən biri ola bilməz. Hənəfi, Zahiri və Zeydi hüquqçulara görə isə ər dörd şahiddən biri ola bilər. Şahid sayı dörddən az olsa və ya dördüncü şahid "sadəcə bunları bir yorğan altında gördüm" kimi qapalı bəyan ortaya qoysa, Hənəfi, Maliki və Zeydilər görə, digər üç şahidə "zina iftirası" cəzası  (kazf-çubuqla vurmaq) tətbiq edilər və rəcm cəzası qüvədən düşər.

   Zahirilərə görə kazf (yalan zina iddiası) ayrı bir cinayət olduğundan şahidlərin dörddən az olması və ya digər səbəblərlə onlara cəza tətbiq edilməz. Əbu Yusufa görə şahidlərdən biri daş atmaqdan çəkinər və ya şahidliyindən daşınarsa rəcm cəzası tətbiq olunmaz. Rəcmdən sonra şahidlər şahidlikdən dönsələr şahidlərə kazf cəzası tətbiq edilər və hər biri dörddə bir diyet ödəyər. [Səraxsi, IX, 37; Muhamməd Əbu Zəhra, Cerime, Qahire 1976, s. 71; Behnesi, el-Medhalü’l-Fıkhiyyü’l-Cinaiyyi’l-İslâmi Qahire 1983, s. 56; Udeh, II, 411; Zuhayli, VI, 49.].

     b. Zina Edənlər Müəyyən Şərtlər Daşımalıdır

    1. Zina edənlər yetişkin və ağılı başında olmalıdır. Tərəflərdən biri ağıllı və yetkin olmasa digər tərəf rəcm edilər.

    2. Öz şəxsi iradəsi ilə bir cinsi təmas olmalıdır. Cinsi təmasın, Əbu Hənifəyə görə öndən, İmam Muhamməd və İmam Yusuf və digər üç məzhəbə görə isə ön və ya arxadan olması fərq etməz. Malikilərə görə ölü ilə cinsi əlaqə də zina sayılır. Həmçinin Şafii, Hənbəli və Zeydilər ilə İmameynə görə heyvanla əlaqə də zina hökmündədir.

   3. Zina edən adam muhsan olmalıdır. Muhsan olmaq üçün evlənmiş, azad və Müsəlman olmalıdır.

  a) Evlilik: İslam hüquqşünaslarının əksəriyyətinə görə (cumhur) evliliyin bir şəxsi muhsan etməsi üçün hal-hazırda və ya daha əvvəl səhih  bir nikahla evlənmiş olmalı və bu nikah davam etdiyi zaman, qadının heyzli, ehramlı və etiqafda olmadığı bir dövrdə bir dəfə də olsa cinsi münasibətdə olunmalıdır. Buna əsasən batil və ya fasid (əsassız) nikahla evlənmək bir şəxsi muhsan etməz. Müasir hüquqşünasların bir qismi əks fikirdə olmaqla yanaşı [Rəşit Rıza, V, 21; Əbu Zəhra, Ukube, 101; Avva, 226.], səhih evliliyin bir şəxsi muhsan etməsi üçün zina etdiyi əsnada evliliyin davam etməsi lazım deyil-demişdir. Cəfərilərə görə isə daimi olmadığına görə mütə nikahı ilə evlənən, səhih evliliyi sona çatan, yoldaşından uzaq qalan və ya həyat yoldaşı həbsdə olan kimsə muhsan sayılmaz [İbn Münzir, İcma, Mısır 1402, s. 112].   

  b) Azadlıq: bir fərdin muhsan sayılması üçün azad olması şərt olduğuna görə kölə və cariyələr evli və müsəlman olsalar belə muhsan qəbul edilmir. Hətta evlilikdə tərəflərdən biri azad olmasa azad olan tərəf bu evlilik səbəbi ilə muhsan olmaz. Cəfərilərə görə isə, cariyəsiylə cinsi əlaqədə olan kimsə muhsan olar [Necefi, XLI, 277.].

  c) Müsəlmanlıq: Hənəfi, Maliki və Zeydilər görə bir kimsənin muhsan sayılması üçün müsəlman olması şərtdir. Buna müqabil Şafii, İbn Hənbəl və Əbu Yusufa görə Müsəlmanlıq muhsan olmanın şərti deyildir. Zina edən zimmi cəza tətbiq edilməzdən öncə Müsəlman olarsa muhsan olmayacağı kimi, zina etdikdən sonra Müsəlmanın dindən çıxması da muhsanlığının aradan qalxmasına səbəb olmaz [İbn Abidin, IV, 16; Zuhayli, VI, 44.]. Zina edənlərdən biri muhsan olar, digəri olmazsa yalnız muhsan olana rəcm tətbiq edilər.

  4. Tərəflər arasında əqd və ya əqd şübhəsi olmamalıdır: Zahirilər xaricindəki hüquqçulara görə, mütə, şiğar, bir qadını üç talaqla boşayan ərinə halal etmək üçün edilən nikah, vəlisiz, şahidsiz, talaq-ı bainlə boşadığı qadının qardaşı və s-ilə nikah, talaq-ı bainle boşadığı dördüncü qadın iddetində olduğu halda başqa birisi ilə evlənənin nikahında olduğu kimi fasid və ya hökmü mübahisəli nikahlardan sonra edilən əlaqələrə şübhə səbəbi ilə rəcm tətbiq edilməz. Buna qarşılıq Əbu Hənifə xaricindəki İslam hüquqşünaslarının əksəriyyətinə görə əmi, xala kimi evlənilməsi haram olan kəslərlə və ya beşinci bir qadınla, başqa birisi ilə evli olan bir qadınla, üç talaqdan sonra hulle edilmədən eyni qadınla evlənən kimsənin nikahı batil sayıldığına görə bu qadınlarla edilən nikah əqdi və sonrasındakı əlaqə rəcmin tətbiq edilməsinə əngəl deyildir [Behnesi, 62; Udeh, II, 56.]. 
   (talaq-ı bain-yenidən bir mehir təsbit edərək nikah bağlanmadıqca ər ilə arvad arasındakı evlilik bağını kəsib onları biribirinden ayıran və nikahdan ortaya çıxan qarşılıqlı hüquq və vəzifələrə dərhal son verən boşama növü.)

    Həmçinin pul qarşılığında zina etmək, Əbu Hənifəyə görə bir mehir qarşılığında edilən nikah əqdinə bənzədiyinə görə bu kəslərə hədd cəzası tətbiq olunmaz, amma Əbu Yusuf və İmam Muhammədə görə tətbiq edilər [Bilmen, III, 205.]. Bir kimsə zina etdiyi qadınla sonradan evlənsə və ya o cariyəni satın alsa da, Əbu Hənifə xaricindəki hüquqçulara görə, bu hall rəcm cəzasının tətbiq edilməsinə əngəl sayılmır. [Kasani, VII, 62].

    5. Rəcm cəzasının tətbiq oluna bilməsi üçün, Zina İslam ölkəsində edilmiş olmalıdır.

    2. Rəcmin Cəzasına Əngəl Olan Hallar

   İqrar edən adam cəzadan əvvəl və ya edam əsnasında iqrarından dönərsə, hər nə səbəblə olursa olsun şahid sayı dörddən aşağı düşərsə və zina edən şəxs dilsiz olarsa rəcm cəzası tətbiq olunmur. Ayrıca Əbu Hənifəyə görə, edamdan əvvəl tərəflərdən birinin evli olduğunu iddia etməsi, şahidlərin şəhadət səlahiyyətini itirməsi və hədd-i kazf'a (zina iftirası cəzası) məhkum olması, şahidlərdən birinin ölməsi və ya itməsi halında da rəcm cəzası tətbiq olunmur. Əbu Yusufa görə zina edən kişi ilə qadın edamdan əvvəl evlənsələr rəcm cəzası qüvvədən düşər. Hamiləlik uşağın süddən kəsilməsinə qədər rəcmin təxir edilməsinə səbəb olar. [İbn Abidin, IV, 11; Udeh, II, 454.].

   3. Rəcmin Yerinə Yetirilməsi.

   Zina iqrarla sabit olmuşdursa, rəcmi hakim və xalq yerinə yetirər. Zina şahidlə sabit olmuşdursa, Hənəfi və Malikilərə görə, edam zamanı şahidlərin hamısının hazır olması və ilk daşı onların atması, sonra hakim və nəhayət xalqın daşlaması lazımdır. Hənbəli və Şafiyə görə şahidlərin rəcm yerinə gəlmələri lazım deyil, edama da hakim başlayar [Behnesi, 69.]. Əbu Hənifə və İbn Hənbələ görə rəcm əsnasında hakimin edam yerində hazır olması lazım olsa də İmam Malik və Şafiye görə lazım deyil. [İbn Kudame, XII, 312.].

   Rəcm cəzası hər kəsin görə biləcəyi bir meydanda, mümkün olduğu qədər çox adamın iştirakı ilə həyata keçirilər. Kişi ayaq üsdə, Əbu Hənifə, İbn Hənbəl və Malikə görə çuxur qazılmadan, İmam Şafiyə görə isə sadəcə qadın üçün sinəsinə qədər, Əbu Yusufa görə isə həm qadın həm də kişi üçün çuxur qazılaraq o çuxura endirilər və ölənə qədər kiçik daşlar atılmaqla edam edilər. [Səraxsi, IX, 51; Zeylai, Nasbü’r-Rayə, C. III, Qahire 1938, s. 325].

   Nəticə.

 Rəcm cəzası Qur’anda yoxdur. Qur’anın zina edən evli-subaylar üçün təyin etdiyi son cəza yüz çubuqdur. Ancaq müvafiq ayədən sonra da Hz. Peyğəmbər və ondan sonrakı dövrlərdə tətbiq olunduğu üçün rəcm sünnə və icma ilə sabit olmuşdur. Bununla yanaşı rəcm üçün, zina edənlərdə, şahidlərdə və hadisənin gerçəkləşməsində çox ağır şərtlər tələb edilmişdir. Xüsusilə zinanın şahidlə isbatında ən az dörd kişi şahidin zina əsnasında şəxsən görməsinin şərt qoyulması, şahidlərin daha az olması və ya birinin  fikirindən dönməsi halında digərlərinə kazf cəzasının tətbiq olunması, beləcə şahidlərin mümkün olduğu qədər hadisəni gizlətmələrinin istənilməsi sanki bu hərəkətin açıq-aydın işlənilməsi mənasını verməkdədir ki, cəmiyyətun nizamını bu dərəcədə pozan çirkin bir əməl üçün rəcm kimi ağır cəza uyğun görülmüşdür.

   Həmçinin zinanın iqrar ilə sabit olması halında təqsirləndirilən şəxsin iqrarından rəcm əsnasında belə qaçaraq dönə bilməsi kimi vəziyyətlər səbəbiylə, rəcm sanki simvolik bir cəza halına gəlmişdir. Bu səbəblə tarix boyu tətbiq olunan rəcm cəzası çox az sayda olmuşdur. 

Müəllif: 


07-04-2019 01:49:48