Ana səhifə

Musiqisiz zümzümə etmək caizdirmi? Musiqi dinləmək caizdirmi? Musiqili toylara, ad günlərinə qatılmaq olarmı? İslamda ilahilərin hokmü nədir?


YazdırSend to friend

Cəmiyyətimizdə uzun müddətdir aktuallığını qoruyan məsələlərdən biri də musiqi mövzusudur. Musiqi dinləyən müsəlmanlar, bu əməllərilə günahkar olub olmadıqları mövzusunda tərəddüd yaşayırlar və bu tərəddüd onların musiqidən çəkinməsinə əngəl olur.Bizlər qarşımıza qoyduğumuz hədəf gərəyi, müsəlmanların bu sıxıntısını çözməyə və onlara bu barədə dinin hökmünü bildirməyə qərar verdik.

Musiqisiz zümzümə etmək caizdirmi? Musiqi dinləmək caizdirmi? Musiqili toylara, ad günlərinə qatılmaq olarmı? İslamda ilahilərin hokmü nədir?

Allahın tövfiqiylə mövzumuzda bu və bənzəri suallara cavab tapmağa çalışacayıq.

***

1. Zümzümənin hökmü. Musiqisiz, ritmik şəkildə zümzümə və ya tərənnüm etməyin, yəni mücərrəd nəğmə oxumağın hökmü nədir? Fəqihlərimizin istilahında buna "ğina", "təğanni" kimi adlar verilir.

Hənəfi fiqh məcmuası olan "Əl Fətaval Hindiyyə"də bu haqda belə deyilir:

“(Hənəfi fəqihləri) mücərrəd təğanni haqda ixtilaf etmişlər:

1. Bəzilərinə görə təğanni mütləq olaraq haramdır və onu dinləmək günahdır. Bu, Şeyxul İslamın görüşüdür. Əgər anidən duyarsa günah qazanmaz.

2. Bəzilərinə görə, qafiyə öyrənmək və fəsahəti artırmaq üçün təğannidə bir bəis yoxdur.

3. Bəziləri isə, yalnızkən sıxılmamaq üçün, əyləncə olmayacaq şəkildə təğanni etmənin caiz olduğunu demişlər. Şəmsul Əimmə Səraxsi bu görüşə meyl etmişdir.” (Qaynaq: Nizamuddin Əl Bəlxi: Əl Fətaval Hindiyyə: 5/431. Beyrut: Darul Kutubil İlmiyyə: 1421/2000)

Təliq: Qayda olaraq belə demək olar ki, əyləncə üçün oxunan zümzümə qadağandır, lakin bəzi alimlər müəyyən istisnalar ediblər. Məşhur Hənəfi fiqh kitabları olan “Əl Muhit Əl Burhəni”, “Təkmilətul Bəhrir Raiq”, “Təbyinul Həqaiq” və digər əsərlərdə də zikr etdiyimizin məna olaraq eynisi mövcuddur.

***

2. Musiqi dinləməyin hökmü. Mücərrəd musiqi və ya nəğməylə bərabər çalınan musiqi dinləməyin hökmü nədir?

Hənəfi məzhəbinin mötəbər alimlərindən Əbul Fadl Əl Məvsili (599-683 h/1203-1284 m) məşhur "Əl İxtiyar" adlı əsərində bu haqda deyir:

“Musiqi alətlərini dinləmək haramdır. Məsələn çubuqla harasa vurmaq, dəf, zurna kimi alətlər və s. Rəsulullah – aleyhissalatu vəssəlam – buyurub: “Musiqi aləti dinləmək günah, bunun üçün məclisdə oturmaq fasiqliq, bundan ləzzət almaq isə küfrdəndir.”

Bu hədis, işin ciddiliyini və günahın böyüklüyünü göstərmə məqsədi daşıyır.

Əgər anidən/istəmədən duyarsa üzrlü sayılar. Eşitməmək üçün çalışması lazımdır. Çünki, hədisdə Rəsulullahın tütək səsini eşitməmək üçün iki barmağını qulaqlarına tıxadığı rəvayət edilmişdir.

Həsən bin Ziyaddan belə nəql edilmişdir: Məşhurlaşsın və nigah elan edilsin deyə toyda dəf çalmaqda bəis yoxdur.

İmam Əbu Yusufdan soruşuldu: “Toy xaricində, qadının uşaq (uşağı sakitləşdirmək) üçün fisq olmayan şəkildə dəf çalması məkruhdurmu?”. Əbu Yusuf “xeyr” deyə cavab verdi.” (Qaynaq: Əbul Fadl Əl Məvsili: Əl İxtiyar: 4/146..Darur Risalətil Aləmiyyə: 1430/2009)

Hənəfi fəqihlərindən “Əl Muhit Əl Burhəni” adlı kitabın sahibi Burhənuddin Əl Mərğinəni (551-616 h/ 1156-1219 m) bu barədə deyir:

“... “Fətəvə Əhli Səmərqand” adlı kitabda deyilir: Çubuqla vurulması və başqa bir şəkildə ortaya çıxan musiqini dinləmək haramdır. Rəsulullah aleyhissəlam belə buyurur:

“Musiqi aləti dinləmək günah, bunun üçün məclisdə oturmaq fasiqliq, bundan əzzət almaq isə küfrdəndir.”

Bu hədis, işin ciddiliyini və günahın böyüklüyünü göstərmə məqsədi daşıyır. Ancaq alimlər, əgər anidən eşidərsə üzrlü sayılacağını bildirmişlər. Hər kəsə eşitməmək üçün çalışması vacibdir.” (Qaynaq: Burhanuddin Əl Mərğinəni: Əl Muhit Əl Burhəni: 5/369.Beyrut: Darul Kutubil İlmiyyə: 1424/2004)

Təliq: Qayda olaraq demək olar ki, istər mücərrəd musiqi olsun, istər musiqinin nəğməylə müşayəti olsun, bütün bunların dinlənilməsi haramdır. Ancaq nigah, savaş, uşaq sakitləşdirmək kimi istisna durumlarda sadəcə dəfə icazə verilmişdir. Sözügedən görüşlər sayacağımız kitablarda da mövcuddur: “Tuhfətul Muluk”, “Əl Hidəyə”, “Təbyinul Həqaiq”, “Əl İnəyə Şərhul Hidəyə”, “Multəqal Əbhur”, “Məcməul Ənhur”, “Əd Durrul Muxtar”, “Rəddul Muxtar”.

***

3. Musiqili toylara, ad günlərinə və bənzəri məclislərə qatılmağın hökmü.

Hənəfi məzhəbinin mötəbər alimlərindən Əbul Fadl Əl Məvsili (599-683 h/1203-1284 m) məşhur "Əl İxtiyar" adlı əsərində bu haqda deyir:

“Bir kimsə əyləncə/musiqi olan bir toya çağırılarsa:

1. Əgər musiqili olduğundan öncədən xəbərdardırsa ora getməz. Çünki, ona icabət etmək vacib deyil.

2. Əgər məclisə gedənə qədər bunu bilmirdisə (daxil olduqdan sonra öyrənibsə):

a) Onlara əngəl olmağa gücü çatırsa bunu etməlidir. Çünki bu bir münkəri qadağan etməkdir.

b) Onlara əngəl olmağa gücü çatmırsa:

1) Əgər musiqi onun oturacağı süfrənin üzərindədirsə orada oturmamalıdır. Çünki, musiqi dinləmək haram, dəvətə icabət etmək isə sünnətdir. Haramdan çəkinmək, sünnəti yerinə yetirməkdən öncəliklidir.

2) Əgər oturacağı süfrədə deyilsə:

a ) Əgər örnək götürüləcək bir şəxsdirsə orada oturmaz. Çünki, bu əmməldə dinə ləkə gətirmək və müsəlmanlara günah qapısını açmaq vardır. Əbu Hənifədən rəvayət edilən “bir dəfə belə bir bəlaya düçar oldum və səbr etdim” sözləri, onun daha örnək şəxsiyyət olmadan öncəki dönəminə aiddir.

b ) Əgər örnək şəxsiyyət deyilsə orada otura bilər. Bu hal, cənazədə ağı deyilməsi halı kimidir. Cənazə mərasimində ağı deyən var deyə, cənazənin hazırlanması və cənazə namazı tərk edilməz. Bu məsələdə belədir.” (Qaynaq: Əbul Fadl Əl Məvsili: Əl İxtiyar: 4/189..Darur Risalətil Aləmiyyə: 1430/2009)

Təliq: Zikr etdiyimiz fətvann məzmun olaraq eynisi sayacağımız Hənəfi fiqhi kitablarında da mövcuddur: “Əl Hidəyə”, “Tuhfətul Muluk”, “Təbyinul Həqaiq”, “Əl İnəyə Şərhul Hidəyə”, “Əl Binəyə Şərhul Hidəyə, “Multəqal Əbhur”, “Təkmilətul Bəhrir Raiq”, “Məcməul Ənhur”.

Ölkəmizdə İslami həssasiyyət sahibi olmayan kimsələrin bütün toyları musiqili keçdiyi üçün cağırıldığımız toyun musiqili olacağı zənni qaliblə bilinir. Dolayısıyla belə toylara gedilməsi mütləq olaraq/təfsilatsız haramdır. Bu dediklərimiz, toylara qatılmanın musiqi yönündən haramlığıyla bağlıdır. Bununla yanaşı hər masada içkilərin olması və öz arvadlarının oynayaraq əndamlarını insanlara nümayiş etdirilməsinə göz yumanlarla eyni masada oturub, onlarla bərabər qadınlarına tamaşa etməyi də nəzərə alsaq məsələ daha da ciddiləşər...

***

4. Qurani Kərimin musiqi müşayətində oxunması. Hal hazırda belə bir şey yayğın olmasada, bənzəri müqəddəs şeylərin musiqi müşayətində oxunduğunun və buna “ilahi” adı verildiyinin şahidi oluruq. Zikr edəcəyimiz fətvalar müqəddəs şeylərin musiqi müşayətində oxunmasının insanı İslamdan çıxaracaq dərəcədə ciddi bir şey olduğunu göstərir.

Hənəfi fəqihlərindən İbnuş Şihnə (844-882 h/1440-1477 m) “Lisənul Hukkəm fi Marifətil Əhkəm” adlı əsrində deyir:

“…”Ən Nisab” adlı kitabda deyilir: Bir kimsə Quranı dəf və ya çubuqla vurma müşayətində oxuyarsa, Qurana hörmətsizlik etdiyi üçün kafir olar.” (Qaynaq: İbnuş Şihnə: Lisənul Hukkəm: 416..Qahirə: 1393/1973)

Təliq: Eyni məzmunlu fətva aşağıdakı kitablarda da mövcuddur: “Əl Fətəval Hindiyyə”, “Məcməul Ənhur”, “Əl Bəhrur Raiq”, “Əl Bəriqatul Mahmudiyyə”, “Əlfazul Kufr li Bədrir Raşid”

Müəllif: 


17-10-2014 12:00:00