Ana səhifə

Nə üçün Allahı bu dünyada görə bilmirik?


YazdırSend to friend

Allahın bir ismi də Nur'dur. Nurani varlıqlar olan mələklərdən, günəş işığına və kainatı doldurmuş bütün şüalara qədər, hər şey bu ismin dəyişik təcəllilərini daşıyır. İnsan gözü, bu dünyada, yalnız maddi aləmi görür. Nə öz ruhunu, nə əməllərini yazan mələkləri görə bilir, nə də şüalar aləmini.

İnsan gözünün kainatda mövcud şüaların ancaq% 2.5 qədərini görə bildiyi təsbit edilmişdir.Bu göz ilə bu aləmdə bütün nurani varlıqları yaradan Allahın görülməsini gözləmək,ən azından fizika qanunlarına zidd bir anlayış olar. Mövzunun bir başqa yönü də insanların bu dünyada imtahan olmalarıdır.

Allahın görünməsi bu imtahan sirrinə də tərs düşər. Bu dünyaya göndərilişimizin məqsədi Allahı tanımaq və ibadət etmək olduğuna görə və insanlar da inanıb inanmamaq arasında buraxıldıqlarına görə, əgər göz ilə görmə olsaydı o zaman hər kəs istər istəməz inanmaq məcburiyyətində qalacaq və imtahan sirri aradan qalxacaqdı. Bədiüzzamanın ifadəsinə görə Əbu Cəhil kimi kömür ruhlular ilə Hz. Əbu Bəkir kimi almaz ruhlular eyni səviyyədə qalacaqdı.

Allahı gözümüzlə görə bilməməyimizin səbəbi, qüdrət və elmi ilə hər şeyi əhatə etməsi və ziddinin yoxluğuna görədir.

Məsələn, atmosferin yer kürəsini hər tərəfdən əhatə etməsi kimi, günəşin də bütün fəza aləmini əhatə etdiyini fərz etsək, o zaman günəşi göz ilə görmək mümkün olmaz. Hər yer günəşin işığıyla işıqlandığına görə günəş görünməz olar. Həm gecə kimi bir ziddi də olmadığına görə günəş görülməz və mahiyyəti aydın olmaz. Bununla bərabər, işığıyla hər yerdə olan və hər yeri əhatə edən günəşin varlığını inkar etmək də cəhalət olar.

Eyni məntiq perspektivi içərisində, isimvə sifətləriylə hər şeyi əhatə edən və hər yerdə hazır olan və ziddi olmayan Allahın da göz ilə görülməməsini anlaya bilərik. Axirətdə isə vəziyyət tamamilə fərqlidir. Cənnət əhlinin ruhları bədənlərinə qalib gələcəkdir. Burada kölgə hökmündə olan varlıqlarının əsli orada yaradılacaqdır. İnsan hər yönüylə cənnətə layiq və ondakı hər cür ehsanlardan faydalana biləcək bir varlıq olaraq cənnətə girəcəkdir. Cənnətdə də ruyət (Allahı görmə) hadisəsinin davamlı olmaması üzərində düşünmək gərəkdir.

Demək olar ki, cənnət əhli, Allahı görməyə nail olacaqları zaman ayrı bir hala girəcəklər və bu İlahi ikram özünə məxsus ayrı bir mühitdə reallaşacaqdır. Necə ki, Allahı görüb qayıtdıqları zaman ailələrinin onları tanıya bilməyəcəklərindən bəhs edən xəbərlər də bunu göstərir.

Müəllif: 


30-03-2016 04:00:19

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz