Ana səhifə

Qismətin bağlanması deyə bir şey var?


YazdırSend to friend

Qismətin bağlılığı, qismətin bağlanılması haqqında məlumat verəbilərsiniz?

Qismətin bağlı olub olmadığını insan bilmədiyi üçün, öz istəyi olan bir şeyi əldə etmək üçün bəzi səbəblərə təşəbbüs etməsi lazımdır. Bu səbəblərə təşəbbüsdən sonra əgər istədiyimiz şeyi əldə etsək, şükr edərik. Əgər istədiyimiz şey əldə edilməzsə, o zaman "Haqqımızda xeyirli deyilmiş" deyib, verilmədiyi üçün və axirətdə istəyimizin daha gözəlinin veriləcəyinə iman edib yenə şükr etmək lazımdır.

Qisməti gözləməkdə səhv şərhlərdən uzaq qalınmalıdır. Bəzi kəslərdə səhv olan qismətin bağlanılması anlayışı görülməkdədir.

Vahimə(şübhə) və sui-zənnə qapılan bu kəslər, tərəddüd etmədən danışa bilirlər:

"Qızımızın ya da oğlumuzun qisməti çıxmır, çıxınca da razılıqla nəticələnmir, bir bəhanə tapılıb iş pozulur! Demək ki qismətini bağlayıblar. Onsuz da filan filan qonşulardan da şübhə edirik ..." deyə hökm verə bilirlər.

Halbuki Allah (cc), heç bir insana bir başqasının qismətini bağlama imkan və səlahiyyəti verməmişdir. Bu səbəblə, qismətin bağlanması deyə bir hadisə ola bilməz. Amma qismətin gözlənilməsi deyə bir gerçək olur.

Demək ki məsələ, qismətin bağlanması deyil qismətin gözlənilməsi məsələsidir.

Bunu heç unutmamaq lazımdır ki, Allah yaratdığı qulunun qismətini əsla bağlamaz. O dərəcə bağlamaz ki, dünyada evlənə bilmədən vəfat edənləri belə cənnətdə otuz üç yaşında ən gözəl bir cənnət gənci olaraq olaraq evləndirir, qismətini yenə qarşısına çıxarır, əsla qismətsiz buraxmaz. O vaxt onlar da dünyadakı gözləmələrindən ötəri peşmançılıq duymazlar. Çünki cənnət evliliyi dünyadakıyla qiyaslana bilməyəcək (müqayisə) qədər xüsusi və gözəl bir evlilik olur ... Tamamilə xoşbəxtlik və səadət qaynağı halını alır.

Məncə burada unudulmaması lazım olan ən mühüm nöqtə bu olmalıdır:

Dünyadakı qismətini gözləyənlər gözləmə müddətini böyük bir fürsət bilməli, bu anlarda öz xüsusiyyətlərini inkişaf etdirib vəsflərini çoxaltmağı hədəf etməli, vəsfsiz işçi halından çıxıb axtarılan vəsfl (xüsusiyyətli) namizəd xüsusiyyətini qazanmalı, özünü bir çox vəsflərlə dəyərli hala salmalıdır. Çünki uyğunluq dünyada da axirətdə də əsasdır. Dünyada vəsfli olanlar cənnətdə də vəsflilərlə evlənirlər. Bu baxımdan da qismət gözləmə dövrəsini gözəl xüsusiyyətləri qazanma, çoxaltma dövrəsi olaraq düşünməli, yüksək vəsflərə layiq hala gəlməyə səy göstərməlidir.

Onsuz da gözləmənin bir faydalı yanı da, "gözəl vəsflərini (xüsusiyyətlərini) çoxalt" xəbərdarlığını etməsidir.

Yazıçı:

Əhməd Şahin



19-01-2016 10:31:04

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz