Ana səhifə

Evlənmək istədiyim qızla nişanlı və ya sözlü deyilimsə islami cəhətdən görüşməyimizə icazə vardırmı?


YazdırSend to friend
Sual Detayı: 
Evlənmək istədiyim qızla nişanlı və ya sözlü deyilimsə islami cəhətdən görüşməyimizə icazə vardırmı?
Cavab: 

Nigahlı olmayan tərəflərin bir-birinə dəyməsi, toxunması haramdır.

Flört (Eşqbazlıq), Müslümanlarların lüğətində yeri olan bir söz olmadığı kimi, ifadə etdiyi məna da Müsəlmanlarda həyat tapan bir hadisə deyil. Eşqbazlığa kimlər nə məna yükləyirsə yukləsin; İslâm bu cür hissi bir mövzuda kişilə qadına sərhədlər çəkir, məhdudiyyətlər qoyur və Əfəndimizin (sallallahu aleyhi və səlləm) məşhur xəbərdarlığı iki tərəfi də qəti ölçülərlə qorumağa alır, mühafizə edər.

Nədir Əfəndimizin (s.ə.s.) qəti və çox məqbul olan xəbərdarlığı?

"Yad bir qadınla bir kişi iki ikiyə, baş-başa qalsalar üçüncüləri şeytandır!"

Bəli, biribirinə yad iki qarşı cinsin tənha bir yerdə baş-başa qalmaları; hisslərinin üsyanına, yaradılışda var olan duyğuların ayaqlanmasına vəsilə təşkil edər. Cinsi hisslərin hərəkətə gəlməsi və üsyanından sonrakı mərhələləri isə kimsə təxmin edə bilməz. Harada başlayar, haralara qədər gedər. Onsuz da cəmiyyət həyatındakı peşmanlıqların, hətta cinayətlərin və pisliklərin böyük əksəriyyətinin bu xəbərdarlığa qulaq asmamaqdan, aradakı sərhədi aşıb daşmaqdan qaynaqlandığı da yaşanan gündəlik hadisələrlə sabitdir.

Bunun istisnası yoxmu, hər qadın, hər kişi belə mi?

Əlbəttə elə bir iddiamız olmaz. Əlbəttə hər qaydanın istisnası olur. Lakin istisnalar həmişə müstəsna qalar, umumi hökmü dəyişdirməz. Bildiyim gerçək odur ki qadın özünü ləkə, ayıb altına salacaq həyasızlıqdan, sırtıqlıqdan uzaq qalmalı, asan əldə edilən, asanlıqla da tərk edilən əyləncə metaı (dəyərsiz əşya) halına gəlməməlidir.

Məlum olduğu kimi asan əldə edilən şeyin qiyməti çox da bilinməz, asanlıqla da tərk edilməsində qəbahət düşünülməz. Qiymətli şeylər isə həmişə çətin əldə edilir, beləcə də asanca tərk edilməzlər. Qadın dəyərlərin ən ucası, etibarının qorunması lazım olanların da ən öndə gələnidir. Qadının bir gün filanın yanında, o biri günü də filan qolunda olması, bir başqa gün isə kimin yanında olacağının naməlum hala düşməsi, onu həyatı boyunca etibarsızlığa məhkum edər. Bir dəyərli həyatı bu cür dəyərsiz və etibarsız hala salan şeyə isə siz istər eşqbazlıq deyin, istərsə başqa bir şey; nə müdafiə olunar, nə də nəticəsi önəmsiz qəbul ediləcək bir təbiilik olaraq görülə bilər.

Yenə bir qüdsi bəyandan öyrənməkdəyik ki sonu evliliyə varmayan qeyri-qanuni yakınlaşmalardan tərəflər elə peşmanlıq duyacaq ki axirətdə: "Kaş ki, atəş parçası tutsaydım da belə nəticələr verəcək başlanğıclar etməsəydim." deyə fəryad edəcəklər.

Amma bunun faydası olmayacaq. Çünki ox yaydan çıxmış, güllə hədəfi vurmuş; təmiri mümkün olmayan təxribat baş vermişdir.

Onun üçündür ki, dindar ailələrdə qadın, quracağı yuvada xoşbəxt və dinc olmaq üçün geridə şübhəli, ləkəli, ayıb bir keçmiş buraxmamağa çox diqqət edər, gəldiyi yerdə başına vurulacaq bir çox səhvlərin sahibi olmama məsələsində böyük vasvasılıq göstərər. Bu diqqət və vasvasılığından dolayı da ömür boyu sevinc duyar, etibar sahibi olmanın xoşbəxtliyini yaşayar.

Qadını tərtəmiz xoşbəxt bir ailənin qurucusu deyil də, gündəlik zövqlərin vəsaiti halına gətirən kişilər, yaxud da özlərini bu vəziyyətə salmış qadınlar əlbəttə mövzunu bizim kimi şərh etməyəcəklər, hallarına uyğun gələn həyatın müdafiəçisi olacaqlar. Belələrinə bizim nə söyləyəcək sözümüz, nə də verəcək cavabımız olar. Özü yıxılan ağlamazdan başqa ...

 

(Əhməd Şahin, Ailə Elmihalı, s.142)

 

Evlənmədən əvvəl, nişanlılıq dövründə görüşmənin (telefonlaşma, kompüterlə görüş) ölçüsü nədir?

Flört(Eşqbazlıq) etmədən evlənənlər daha bədbəxt olur, dinimiz nə üçün eşqbazlıq tərzi əlaqəni qadağan edir? İnsanların evlilik öncəsi cinsi istəklərini bilməsi, uyğunluğu bilməsi gərəkliykən, bu yoldaş namizədləri üçün nə üçün günah? ..




22-07-2014 08:29:10