Ana səhifə

Hər şeydə bir xeyir var, sözü doğrudurmu? Bu söz harada istifadə edilməlidir? Pis bir hadisədə də xeyir vardırmı?


YazdırSend to friend
Sual Detayı: 
Hər şeydə bir xeyir var, sözü doğrudurmu? Bu söz harada istifadə edilməlidir? Pis bir hadisədə də xeyir vardırmı?
Cavab: 

Cavab 1:

Mövzuyla əlaqədar bəzi ayələrin tərcümələri belədir:

"Ola bilsin ki, sevmədiyim bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz. " (Bəqərə, 2/216).

"Yerdə və göylərdə olan hər şeyi bilir." (Ali-İmran, 3/29).

"Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) Onun dayandığı və əmanət buraxıldığı yeri bilir. Bunların hamısı açıq-aşkar bir kitabdadır. " (Hud, 11/6).

"Allah, onların keçmişini də, gələcəyini də bilir; onlar isə Onu elmi olaraq əhatə edə bilməz. " (Ta-Ha, 20/110).

"Allah, insana bilmədiklərini öyrətdi." (Ələq, 96/5).

"Qeybin açarları Onun yanındadır; onları ancaq O bilir. O, quruda və dənizdə olan hər şeyi bilir. " (Ənam, 6/59).

"Əgər Rəbbimin sözlərini yazmaq üçün dərya mürəkkəb olsa, bir o qədərini də qatsaq, Rəbbimin sözləri tükənmədən dənizlər tükənərdi." (Kəhf surəsi, 18/110).

"Hər şey"də xeyir olub olmaması bundan nə qəsd edildiyinə bağlıdır. Məsələn günah işləməyi də bu sözün içərisinə daxil etsək məsələ dəyişər. Çünki günah işləməyin bir xeyr ehtiva etməsi sözün mövzusu deyildir. Lakin günah belə əgər insana tövbə etməyi öyrədirr və tövbə etməkdə daha başqa günahlara girməməyi nəticə verirsə, nəticələri etibarilə günah işləməkdə belə bir xeyir olduğu deyilə bilər. Bunu "günah işləmək yaxşıdır" deyə anlamamaq lazımdır.

Digər bir nümunə,şeytana uymaqda da bir xeyir olduğu deyilə bilməz. Çünki o insanı cəhənnəmin gayyalarına (cəhənnəmdə var olduğu bildirilən bir quyunun adıdır) yuvarlamağa and içmişdir. Şeytanın yaradılması şər deyil, şeytana uymaq şərdir. Atəş nümunəsində olduğu kimi. Atəşi yaxşı işlərimizdə istifadə edir, onunla yemək bişirir və daha bir çox ehtiyacımızı aradan qaldırırıq. Atəş əlimizi yandıranda "atəş şərdir" deyə bilərikmi? Nümunələr çoxaldıla bilər.

Həyatın axışı içərisində reallaşan hadisələrdə bəzən bizim heç bir müdaxiləmizin olmadığı işlər olur. Məhz insanlar bu cür hallarda "var bu işdə də bir xeyir" sözünü istifadə edirlər. Bu mənada "Əl Xayru fi mahtârahullah" sözünü əsas ala bilərik. Bu söz, "Xeyir, Allah Təalanın qoca buyurduğu (seçdiyi) xüsusdadır." mənasına gəlir; Cənab Haqq qullarını nəyə sövq edərsə etsin və necə bir nəticəyə çatdırarsa çatdırsın, Onun təqdîrinin hər zaman ən məqsədəuyğun, bərəkətli, faydalı, savablı və aqibət etibarilə da ən xeyirli seçim olduğunu xatırladır.

Bəli, insan adi şərt planında bir iradə sahibidir; yəni, Allah (əzzə və cəllə) qulundan, iki şeydən hər hansı birini seçməsini istəməsi sözün mövzusu olduğunda bir cəhd və səy ortaya qoyma, bir növ meyl və ya meyldə iradəsi ilə bir xüsusu seçim etmə, bir şeyi istəmə və diləmə qabiliyyəti vermişdir. Bu iradə qabiliyyətinə görədir ki, insan bəzi xüsusları yaxşı ya da pis, gözəl və ya çirkin, faydalı yaxud zərərli görə bilər və bir neçə şey arasından birini seçə bilər. Lakin bəzən insan seçimində isabətli (yəni hədəfdə vurmaq) ola bilməz və gözləmədiyi, istəmədiyi bir nəticə ilə qarşılaşa bilər. Məhz, "Əl Xayru fi mahtârahullah" həqiqəti, insanın öz arzularına baş qaldırmasını, hər məsələdə Haqqın riza və məmnuniyyətini öz istək və diləklərindən üstün tutaraq hər yerdə və hər vəziyyətdə Onun təqdirinə razı olmasını ifadə edir.

Bu sözün Peyğəmbər Əfəndimizin (s.ə.s.) mübarək dodaqlarından töküldüyünü söyləyənlər və onu hədis olaraq rəvayət edənlər də olmuşdur; lakin mühəddislər bu şəkildə bir hədis-i şərifə rast gəlmədiklərini ifadə etmişlər. Elə də olsa, bu cümlə çox əhatəli bir həqiqətin ifadəsidir. Bəzi alimlərin, dəyişik ilahi və nəbəvi əmrlərdən süzərək bu cür prinsiplər və ümumi qaydalar ortaya qoyduqları məlumdur. Bu baxımdan, kəliməsi kəliməsinə Rəsuli-Əkrəm Əfəndimizdən (s.ə.s.) rəvayət edildiyinə dair möhkəm bir məlumat mövcud olmasa belə, bu söz, mənası və məfhumu etibarilə Allah Rəsuluna (s.ə.s.) nisbət edilə bilər.

Allah Təalanın təqdirinin hər zaman qul üçün ən xeyirli seçim olduğunu vurğulayan bu cəmlik ifadə edən bəyan, bəzi kitablarda kiçik söz fərqlilikləriylə zikr edilərək gəlmişdir. ümumiyyətlə,

"Ola bilsin ki, sevmədiyim bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz." (Bəqərə, 2/216)

tərcüməsindəki ayəyi-kəriməninbir meyvəsi olaraq qiymətləndirilmişdir.

Bu baxımdan, insan, xoşuna gəlsin gəlməsin, hər məsələni dini ölçülərə görə ələ almalı; hər hadisəni "Xeyir, Allah Təalanın ixtiyarında olduğu şeydədir." həqiqəti öz baxış bucağından qiymətləndirməli və hər zaman cənab Haqqın seçimi istiqamətində seçim etməyə çalışmalıdır. Səbəblərə riayət etdikdən sonra nəticəni Allahın təqdirinə buraxmalı; özüylə əlaqəli təsərrüflərdə (istifadə etdiyi şeylər) Rəhməti Sonsuz olana inanıb Ona güvənməli və Onun etdiyi hər şeydən məmnun olmalıdır. Bəli, qədər küləkləri nə tərəfdən əsərsə əssin, könül rahatlığı ilə qarşılamaq və hər hadisəyə "Bunda da bir xeyir vardır; bu da keçər!" inancıyla yaxınlaşmaq mömin olmağın gərəyidir.

Cavab 2:

Müsəlman, hər zaman yaxşılıq üçün çalışır, yaxşılıqlarla qarşılaşmağı ümid edir. Başına gələn hər hadisəyə gözəl baxır. Dünyada, bəzi hadisələr xarici görünüşlərinin tərsiylə nəticələnir. Görünüşcə xeyirli olan çox şey, arxasından bəzi şeyləri gətirə bilər, şər kimi görünən hadisələr də bir çox xeyirləri içində saxlaya bilər. Necə ki, yuxarıda tərcüməsini verdiyimiz ayədə keçən,

"Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli olsun." (Bəqərə, 2/216)

Başqa bir ifadə ilə,

"Ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun." (Nisa, 4/19)

tərcüməsindəki ayədə bunu açıq şəkildə görmək olar.

İşin bir başqa yönü də budur: Biz Allah haqqında sui-zənn deyil hüsnü-zənn edirik. Onsuz da Allah da qullarının pisliyini istəməz. Əksinə Allah (c.c.), qullarını bağışlamaq, onları gözəlliklərlə görüşdürmək üçün imkanlar yaradır. Elə isə Allah haqqında hər zaman hüsnü-zənn etməliyik ki, Allah da (c.c.), qullarına düşündükləri kimi rəftar etsin. Bu həqiqət bir qüdsi hədisdə belə buyurulur:

"Allah Təala Həzrətləri belə buyurur: Mənim qulumla maiyyət və muamiləm (rəfatarım), onun Mənim haqqımdakı düşüncəsinə bağlıdır (Ona rəhmətimlə muamilə edəcəyimi (rəftar edəcəyimi) umarsa onu tapar)." (Buxari, Tövhid 15; Müslim, Zikr 2, 19)

Peyğəmbər Əfəndimiz (s.ə.s.) də belə buyurur:

"Sizdən hər biriniz başqa deyil ancaq Əziz və Cəlil olan Allah tərəfindən bağışlanacağı ümidiylə ölsün." (Müslim, Cənnət 81,82)

Bəli, Allah (c.c.), bizim haqqımızda xeyir murad etdiyinə və bizim də Allah haqqında yaxşı düşüncələr içində olmağımız gərəkdiyinəgörə, meydana gələn hadisələrin xarici yönünə baxaraq mənfi düşünüb həyatımızı qaraltmaqdansa, hər hadisənin yaxşı yönlərinə baxıb, gözəl düşünüb ömrümüzü həmişə gözəlliklər içərisində keçirərik.

Bu səbəbdən pis kimi görünən hər hadisənin xeyirli tərəfini araşdırmağımız, nəfsimizi sorğulamağımız, istiğfar etməyimiz, edilən səhvləri təsbit edərək gələcəkdə eyni səhvlərə düşməməyə çalışmağımız, hər möminə yaraşan bir davranış olacaqdır.



18-02-2016 09:34:46

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz