Ana səhifə

Komputer və televizor qarşısında vaxt keçirib çox gec yatıram. Dinimizə görə gec yatmağın hökmü nədir?


YazdırSend to friend
Sual Detayı: 
Gec yatmaq məkruhdur?
Cavab: 

    Geç yatmaq məkruh görülmüşdür. Peyğəmbərimiz (s.ə.s.), işanı qıldıqdan sonra dünyəvi söz və söhbətə rəğbət etməzdi,

"İşadan sonra oturub boş və faydasız söhbət yoxdur."(Buxari, Məvâkît 23; Müslim, Məsacid 236. Ayrıca bax. Tirmizi, Məvâkît 11; Nəsai, Məvâkît 20; İbni Mâcə, Salat 12; Məcmauz-zəvaid, 1/315.)

buyururlardı.

     Rəsulullah Əfəndimizin (s.ə.s.)  ümmətinə yatsı namazını qıldıqdan sonra dünyəvi boş söz və laqqırtını qadağan etməsinin hikməti; möminlərin əməl dəftərlərini ibadətlə bağlayıb o günü hüsnü-xatimə (gözəl sonluq) məzhər olaraq xeyirli bir şəkildə başa vurmalarını təmin etmək üçündür.

     Ancaq namazdan sonra zikr və əvrad oxunar, dini və imanî söhbətlər edilərsə, bu cür söhbətlər hədisdə qadağan edilən gecə söhbətləri sinifinə aid deyildir. Əməl dəftərinin xeyirli bir əməl ilə bağlanmasına da bir əngəl təşkil etməz.

     Ayrıca, Peyğəmbər Əfəndimiz (s.ə.s.) belə buyurmuşdur:

"Səhərin erkən saatlarında bərəkət və müvəffəqiyyət vardır." (Ləvakıh-u'l-Ənvar, Şa'rani, s. 295.)

     Son zamanlarda getdikcə artan bərəkətsizliyin və müvəffəqiyyətsizliyin hikməti bu hədisi-şərifin işığında axtarılıb tapılmalıdır. Təəssüf ki, televiziya, kompüter "erkən yatmağın düşməni" olaraq insanın qarşısına qoyulmuşdur.

     Bu qatı düşməni məğlub edib, mümkün qədər erkən yatıb, təhəccüd namazına qalxmaq, daha sonra günəş doğmadan öncə sübh namazına dinc olaraq oyanmaq və ondan sonra yatmayıb işə başlamaq lazımdır.

     Gümrah, dinc, çalışqan olmalarına hamımızın şahid olduğu babalarımız və nənələrimiz belə edərdilər. Bu gözəl adət yox olduqda, sağlamlıq da, bərəkət də, dinclik da yox oldu.

Mövzuyla Əlaqədar Hədislər və Açıqlamaları:

     Əbu Bərzəəl-Əsləmi (radıyallahu anh) nəql edir:

"Rasulullah (aleyhissalatu vəssalam) işadan əvvəl yatmağı, sonra da danışmağı məkruh sayardı." (Buxari, Məvâkît 23; Müslim, Məsâcid 237, (647); Əbu Dâvud, Salat 3, (398); Tirmizi, Salat 125.)

     Bu hədis, Rəsulullahın (aleyhissalatu vəssalam)  gündəlik həyat nizamını əks etdirən rəvayətlərdən biridir: Buna görə Əfəndimiz (s.ə.s.), işanı qılmazdan əvvəl yatmağı məkruh görmüşdür, çünki gecə qalxa bilməyib namazı qaçırma ehtimalı vardır. Bundan başqa işadan sonra da oturub söhbət etməyi xoş qarşılamazdı. Bu da gecə ibadətinə yəni təhəccüdə mane olan bir haldır. Halbuki, Rəsulullah (s.ə.s.) gecənin bir hissəsində hər gün qalxıb gecəni əhya etməklə, namazla, zikrullahla keçirməkdədir.

     Rəsulullahın (s.ə.s.)  şəxsi həyatında etdiyi, ümmətinə də sünnədir. Qaldı ki bir çox hədislərində gecə namazını ümmətinə tövsiyə etmişdir.

     Ancaq onu da ifadə edək ki, bu söylənilən, ən çox olan vəziyyəti ifadə edir. Ehtiyac halında bəzi gecələrdə gec vaxtlara qədər Əfəndimizin (s.ə.s.)  oyaq qaldığı olmuşdur. Buxarinin bir rəvayətində qadınlar və uşaq yatacaq qədər Rəsulullahın (s.ə.s.)  işanı ertələməsi də mövzumuzla əlaqədardır; vəziyyət ümmət üçün də eynidir. Uləma işanın ardınca yatmağın vacib olmadığını ifadə etmişdir. Tirmizi, elm əhlinin əksəriyyətinin yatsı namazından əvvəl yatmağı məkruh qəbul etdiyini, bəzilərinin də xüsusilə ramazanda buna icazə verdiklərini bildirir. Məkruh olmamağın şərti, namazın normal vaxtında insanı qaldıracaq birinin olması vəya o vaxtda mütləq oyanmaq insanın adətləri arasında dəqiqlik qazanmasıdır. Belə olacağı halda əvvəldən yatmağın bir zərəri, kərahəti yoxdur.

     Namazdan sonrakı danışığın kərahətindən məqsəd, məşru bir mövzu üzərində olmaması hallarına aiddir. Elm təhsili, tələb olunan mövzular üzərində müzakirə məqsədilə işadan sonra oyaq qalmanın məkruh olmadığı ifadə edilmişdir. Ayrıca gec yatmağın, Qıyamul-leyl'ə (gecə namazı) əngəl olmasının da bu kərahətin səbəbləri arasında yer aldığı ifadə edilmişdir.

     Hz. Ömər (Allah ondan razı olsun) nəql edir:

"Rəsulullah (aleyhissalatu vəssalam), Hz. Əbu Bəkir (radiyallahu anh) və yanlarında mən də olduğum halda müsəlmanların məsələlərini (danışmaq üçün) gecə gec vaxta qədər oyaq qalardılar." (Tirmizî, Salat 126.)

     Ayni, qadağan olan oyanıqlığın xeyirsiz söhbətə, qadağan olmayan oyanıqlığın isə xeyirli söhbətə yozulduğunu söyləyərək əvvəlki hədislə bunu şərh edir.

    (bax. Prof. Dr. İbrahim Canan, Kutubu Sittə Tərcümə və Şərhi)



28-07-2016 11:13:21