Ana səhifə

Qadınlar üçün qaş almaq, qaşları yolmaq, ayaq və üzdəki tükləri aradan qaldırmaq, qaşların arasında və kənarlarında bitən tükləri almaq caizdirmi?


YazdırSend to friend
Sual Detayı: 
Qaş almaq gunahdirmi?
Cavab: 

Və aleykum Salam və rahmətullah.

Cənab-ı Haqq hər insanı ayrı bir gözəllikdə yaratmışdır. Birlik möhürünün açıqca oxunduğu insan simasındakı gözəllik, fitrî və təbiî olanıdır. Bunu mühafizə etmək, sahib olduğu xüsusiyyət və gözəlliklərə şükr edib, Allah`ın uyğun hesab edib lütf etdiyi qədərinə razı olmaq qulluğun bir dərəcəsi və işarəsidir.

Bunun üçün həyatî rurî bir məsləhət yoxsa, bədəndə olan mövcud vəziyyəti dəyişdirməyi seçməmək lazımdır. Çünki belə rast gələ edilən bir əməl insanı ağır bir məsuliyyət altına sala bilər.

Bir zərurət yoxkən insan bədəni üzərində edilən dəyişiklikləri şiddətlə qadağan edən Peyğəmbərimiz (Allah`ın Salamı və Salatı Onun üzərinə olsun), başına əlavə saç taxana, dərisinə döymə edənə etdirənə, gözəlləşdirmək məqsədiylə dişini nazildib seyrəkləşdirənə, qaş və kirpiklərini yolan qadınlara, Allah`ın yaratdıqlarını dəyişdirdikləri üçün ilahi rəhmətdən uzaq qalmış olacaqlarını bildirmiş (lənətləmişdir) və xəbərdarlıq etmişdir.(Kütübü Sittə, Hədis No : 2155, Ravi: İbnu Abbas)

Fiqh alimləri bu hədisdən hərəkət edərək üzündə saqqal və bığ bitən qadının onları aradan qaldırmasının caiz olacağını; ancaq qaşları naziltmənin, təbii şəklindən çıxarmanın, kirpikləri düzəltmənin və ya taxma kirpik istifadə etmənin caiz olmadığını ifadə edərlər. Çünki diş, qaş və kirpik bir üzvdür. Əslində olmayıb sonradan bitən üzdəki tüklər isə bu qrupa daxil olmadığından, qadının bunları aradan qaldırmasında bir günah  yoxdur Eyni şəkildə qadının ayağındakı tükləri aradan qaldırmasında da bir günah yoxdur. Çünki bu qaş kimi bir üzv hökmündə deyil.

Fiqh kitablarına baxdığımızda bu hökmü görməkdəyik:

Qadını çirkinləşdirən üzdəki tüklər alınar. Kişilərdə görülən saqqal, bığ kimi şeylərin qadınlarda görülməsi halında; alınması caizdir.

"İbn-i Abidin, saqqal və bığın qadında fitrət olmadığını, bu səbəblə (əgər çıxarsa) kəsilməsinin (müstəhəb) olacağını bəyan etmişdir!

Bu tükləri aradan qaldırmanın ən uyğun yolu qırxmaq deyil, ağda(yapışqan), pudra və ya bənzəri tibbΠşeylərlə yolmaqdır. "(Qadın Elmihalı, Mürşidə Uysal, s. 370)

Aydın olan odur ki, dindar xanımın özünü yoldaşına qarşı cazibədar vəziyyətə gətirməsi müstəhəbdir. Beyini yadların cazibəsindən qorumuş olma hikməti də vardır bunda.

Qaşların arasında ya da qaşların kənarlarında bitən tüklərə gəlincə:

"Normal qadın qaşının bir şəkli (normal sayılan şəkilləri) vardır. Bunların xaricinə çıxan, gözə sakil (çirkin) gələn, sahibini çirkin göstərən və buna görə onu narahat edən çox tüklər alına bilər. Normal qaşları, modaya uyğun gələrək naziltmək, yerlərini dəyişdirmək ... caiz görülməmişdir. "(Prof. Dr. Hayreddin Karaman)

Qadınların üzlərindəki tükləri yolması, qaşlarını incəltməsi, kirpiklərini uzatması mövzusunun şəriət hökmü İslam alimlərini bir xeyli məşğul etmişdir. Hz. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) bu mövzu ilə əlaqədar bir hədisində;

"Allah üz tüklərini yolan və yolduran qadına lənət etsin." (Buxari, 'Libas', 84; Müslim, 'Libas', 120)

buyurmuş olması, bu ifadənin hansı hərəkətləri əhatə etdiyi İslam hüquqçuları arasında müzakirə mövzusu olmuşdur.

Alimlərin çoxuna görə; qadının ərinə gözəl görünmək üçün və onun icazəsi ilə üzündə, qadınlara məxsus olmayan tüklərin (saqqal, bığ tükləri) bitməsi halında bunları alması, gözəlləşmək üçün makiyaj etməsi, qaşlarının ətrafındakı dağınıq tükləri (iki qaş arası, ətrafı) alması caiz olub, hədisdəki qadağan, qadının çölə çıxmaq üçün, yadlar və başqaları üçün üz tüklərini yolması və qaşlarını alması ilə əlaqədardır.

Malikilər və bir qrup alim isə, bunu yaradılışı dəyişdirmə olaraq qiymətləndirdiyindən heç bir şəkildə caiz (icazəli) görməməkdə və ya məkruh saymaqdadır.

Nəticə olaraq, hədisdə qadağan edilən tük qoparmağı, hər hansı bir xəstəlik və ya illət səbəbiylə qadının üzündə sonradan bitən və üzünü çirkinləşdirən üz tüklərini (saqqal, bığ tükləri) qoparma deyil də, başqalarına gözəl görünmək məqsədilə qaşları naziltmək və ya yuxarı qaldırmaq üçün qaş tüklərini yolmaq, almaq olaraq anlamaq daha doğrudur.

İnsan, Allah`a inandığı, inanması ölçüsündə Rəbb`inin özünə əmanət etdiyi vücudundan ötrü hörmətli olması, nemətlərinə şükrlə qarşılıq verməsi gərəyindəndir. Bunun üçün müsəlman xanımın, Allah`ın (cc) üzünə verdiyi gözəlliyi pozmadan mühafizə etməsi əsərə olan hörmətinin, ruh və könül rahatlığının mənəvi işıltısını üzünə əks etdirərək gözəlliyinə gözəllik qatabilməsi isə, əsərin sahibi Uca Allah`a olan sevgisinin ifadəsidir. (Dr. Jalə Şimşək)



22-05-2014 07:18:56